Kapueyra


Kapueyra

<!–
TEnd
–>

AZƏRBAYCAN KAPUEYRA FEDERASYASI




Kapueyra döyüş sənəti Azərbaycana ilk dəfə 1997-ci ildə Taleh Natiq oğlu Orucov tərəfindən gətirilmişdir.


2000-ci
ildə Bakıda Azərbaycan Kapoeyra Federasıyası vahid mərkəz kimi
formalaşıb və Azərbaycanda kapueyra döyüş sənəti yaranan gündən edilən
intensiv məşqlər və gənclərimizdə idmana və xüsusəndə kapoeyra döyüş
sənətinə həvəs yaratmaq məqsədi ilə görülən işlər nəticəsində
paytaxtımız Bakıda və Azərbaycanın bir çox regionlarında Azərbaycan
Kapueyra Federasıyası məktəbləri yaradılmış və bu günə kimi də çox
geniş səkildə fəaliyyət göstərməkdədirlər.



Azərbaycanda ən böyük və ən tanınmış idman federasyaların
dan biri sayılan Azərbaycan Kapueyra Federasıyası bir çox yerli və beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlıq edir.


Azərbaycan Kapueyra Federasıyası haqqında dəfələrlə bir çox yerli və
beynəlxalq qəzet və jurnallarda məqalələr dərc olunmuş, bir çox yerli
telekanallarda çıxışları olmuşdur.





MƏŞQ SAATLARI VƏ ÜNVANLAR





Əlaqə telefonu: 492-82-91





E-mail: [email protected]



1. DİNAMO idman cəmiyyəti, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 32, Sahil m.stansiyasının yaxınlığında.



2-4-6-cı günlər saat 20:00 – 21:30. Məşqçi: Elmar Bayramov (Tel. 050 449 12 47)



2. Taekvondo zalı, Bakı şəhəri, Nərimanov rayonu, Gənclik m.stansiyasının yaxınlığında.



1-3-5-ci günlər saat 15:00 – 16:30. Məşqçi : Alim Əliyev (Tel. 050 578 53 98)



3. Azərbaycan Texniki Universitetinin İdman Sarayı, Bakı şəhəri,
Yasamal rayonu, Ayna Sultanova küçəsi 5, Elmlər Akademiyası
m.stansiyasının yaxınlığında.



1-3-5-ci günlər saat 20:30 – 22:00. Məşqçi : Elmar Bayramov (Tel. 050 449 12 47)



4. 54 №li orta məktəbin idman zalı, Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi m.stsnsiyasının yaxınlığında.



2-4-6-cı günlər saat 18:00 – 19:30. Məşqçi : Elmar Bayramov (Tel. 050 449 12 47)



5. DİN-nin Güləş Evi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 33a, “Hyatt Regency” otelinin yaxınlığında.



1-3-5-ci günlər saat 10:30 – 12:00. Məşqçi : Alim Əliyev (Tel. 050 578 53 98)



6. “Ağ At” idman klubu, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı
küçəsi 20, Q.Qarayev metrostansiyası, “Praqa” restoranının
yaxınlığında.



2-4-6-cı günlər saat 15:00 – 16:30. Məşqçi : Alim Əliyev (Tel. 050 578 53 98)



7. “Kentavr” idman klubu, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur
qəsəbəsi, Rafiq Əlicanov küçəsi 4057/4060 məhəllə, “Rauf” şadlıq evinin
yaxınlığında.



1-3-5-ci günlər saat 14:15 – 15:45. Məşqçi : Rauf Hüseynov



8. Azərbaycan Beynəlxalq Universitetinin İdman Kompleksi, Bakı şəhəri,
Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 179.



1-3-5-ci günlər saat 16:00 – 18:00. Məşqçi : Rauf Hüseynov



9. “Ruslan” idman klubu, Bakı şəhəri, Xətai rayonu, Əhmədli m.stansiyasının yaxınlığında.



1-3-5-ci günlər saat 21:00 – 22:30. Məşqçi : Rəsul Həsənov (Tel. 050 572 92 78)



10. “Zəngilan” idman klubu, Bakı şəhəri, Nizami rayonu, 8 km. qəsəbəsi,
Bəhruz Nuri küç. 31. Xalqlar Dostluğu m.stansiyasının yaxınlığında.



2-4-6-cı günlər saat 15:00 – 17:00. Məşqçi : Rahil Hacıyev(Tel. 055 719 12 69)



11. “Emir” idman kompleksi, Bakı şəhəri, Xətai rayonu, “Bakı kinoteatrı” nın yaxınlığında..



2-4-6-cı günlər saat 14:30 – 16:00. Məşqçi : Rəsul Həsənov (Tel. 050 572 92 78)



12. Mehdiabad qəsəbəsi, 1 №li orta məktəbin idman zalı.



2-4-6-cı günlər saat 18:30 – 19:00. Məşqçi : Alim Əliyev (Tel. 050 578 53 98)



13. Novxanı qəsəbəsi, “Samuray” idman klubu.



1-3-5-ci günlər saat 19:00 – 20:30. Məşqçi : Alim Əliyev (Tel. 050 578 53 98)



K A P O E Y R A N I N T A R İ X İ



Kapoeyra Afro-Braziliya döyüş sənətidir.





1500-ci ildə portuqaliyalılar konkvistador Pedro Kabralın rəhbərliyi
altında Braziliyanı müstəmləkələşdirdikdə, hələ çalışırdılar ki, qul
kimi yerli hindulardan istifadə etsinlər. Lakin hinduların əksəriyyəti
bu ağır yükləmələrə dözməyərək həlak olur, bəziləri isə qaçmağa
müvəffəq olurmuşlar. Ona görə də Braziliyaya Portuqaliyanın digər
müstəmləkələrindən (Anqola, Mozambik, Ovineya, Konqo) yeni güc kimi
qulların gətirilməsi başlanır.





Öz doğma diyarlarından qərib ölkəyə gətirilmiş bütün afrikalı qulların
məqsədi əsarətdən qurtulmaq olur. Beləcə, kapoeyra yaranmağa başlayır.
Əlbətdə ki, gözətçilər qullara döyüş öyrənməyə imkan verməzdilər. Elə
ona görə də kapoeyraçılar hətta yeni musiqi alətləri (berimbau,
atabake, pandeyru, reku-reku və s.) icad edib, musiqi təranələri
altında rəqs adından istifadə edərək öz məşqlərini edirmişlər. Bunun
nəticəsində əksər kapoeyraçılar əlləri qandallı halda belə bir neçə
silahlı gözətçiləri akrobatik zərbələrlə zərərləşdirərək qaçmağa
müvəffəq olurmuşlar və qrup şəklində “Kilombuş” adlanan xırda
şəhərciklər yaradaraq oralarda məskunlaşırmışlar. Beləcə, kapoeyra daha
da təhlükəli döyüş kimi formalaşmağa başlayır.





Yüzilliklər keçdikdən sonra Braziliya Respublika elan olunur və
kapoeyra əhali tərəfindən şəhərə gətirilib daha da geniş yayılır.
Kapoeyra əksər insanlar üçün ölməyib yaşamaqdan ötrü qanunsuz bir
silaha və yaxın gələcəkdə “kapoeyraçı” sözü, “cinayətkar” sözünün
sinoniminə çevrilir. Hətta vəziyyət o dərəcəyə çatır ki, XIX-cu əsrin
əvvəllərində kapoeyraçılarla mübarizə üçün dövlət tərəfindən xüsusi
polis dəstəsi yaradılır.





O vaxtlar kapoeyra əsasən liman şəhərlərində daha geniş yayılır.
Kapoeyraçılar bu şəhərlərdə yığılan dünyanın ayrı-ayrı döyüş növlərini
təmsil edən əsgər, dənizçi, muzdlularla döyüşlər keçirib, təcrübə
mübadiləsi nəticəsində kapoeyranın döyüş texnikasını daha da
təkmilləşdirirdilər.





XX əsrin əvvəllərində kapoeyradan bir çox quldur dəstələri, muzdlular, cangüdənlər və s. istifadə edirdilər.





Lakin o vaxtlar əsl kapoeyra ustaları tələbələri ilə gizli yığıncaqlar
təşkil edir, təkcə fiziki hazırlıqlarına yox, kapoeyranın qədim
ənənələrinə və fəlsəfəsinə üstünlük verərək səviyyələrini artırırmışlar.





1930-cu ildə hərbi devriliş ölkədəki siyasəti dəyişir və kapoeyraya
Braziliyanın milli mədəniyyəti kimi baxılmağa başlanır. 1932-ci ildə
Manuel duş Reyş Maşadu (Mestre Bimba) tərəfindən tarixdə ilk rəsmi
Kapoeyra Məktəbi yaradılır. Və nəhayət, 1937-ci ildə kapoeyra Braziliya
Milli Konfederasiyası tərəfindən rəsmi bir döyüş növü kimi tanınır.





Kapoeyra 2 kateqoriyaya bölünür: kapoeyra döyüşü, yəni kombat kapoeyra
və kapoeyra döyüşünün göstəri forması, yəni idman kapoeyrası. İdman
kapoeyrası da öz növbəsində 2 hissəyə bölünür: kapoeyra anqola, yəni
asta templi kapoeyra göstərisi, və kapoeyra regional, yəni sürətli
kapoeyra göstərisi.





Kapoeyraya kunq-fu-vuşu, boks, cüdo, giu-gitsu, muay-tay, hətta akrobatika və gimnastikanın belə əsas elementləri daxildir….

Ayselka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    kapuera mne oc nravitsya sps. forgenc
  2. Admin dedi ki:

    Sitat: MILAQROS
    kapuera mne oc nravitsya sps.

    I mne toje nravitsya

  3. korennoy_bakinec dedi ki:

    bunlari mende bacariram vallah xeyallarimda laughing

  4. Leonel-207 dedi ki:

    maraqli melumat ucun cox sag ol!!!