Mirzə Ələkbər Sabir – Ürəfa marşı

Mirz601; 399;l601;kb601;r Sabir - 220;r601;fa mar351;305;
Ürəfa marşı





İntelligentik, gəzərik naz ilə,

Ömr edərik nəşeyi-dəmsaz ilə,

Həftədə bir dilbəri-tənnaz ilə,



Həmdəm olub işləri sahmanlarıq,

Ay bərəkallah, nə gözəl canlarıq!



Xoşlamırıq bir para nadanları

Şiveyi-nisvani-müsəlmanları,

Neyləyirik Fatma-Tükəzbanları?!



Annaları, Sonyaları yanlarıq,

Ay bərəkallah, nə gözəl canlarıq!



Bir para biəqlü fərasət bizə

Eyləyir isnadi-qəbahət bizə,

Eyləyir etsin də nəsihət bizə,



Bir bunu qanmır ki, biz irfanlarıq,

Ay bərəkallah, nə gözəl canlarıq!



Kimsəyə yox dəxli ki, biz işrəti

Xoşlayırıq, boşlayırıq külfəti.

Güşeyi-qəstinde olan ləzəti



Xaneyi-viranda haçan anlarıq?!

Ay bərəkallah, nə gözəl canlarıq!



İntelligentik, bu ki, böhtan deyil,

Türki danışmaq bizə şayan deyil,

Türk dili qabili-irfan deyil



Biz buna qail olan insanlarıq!

Ay bərəkallah, nə gözəl canlarıq!



Türk qəzeti verse de əqlə ziya,

Mən onu almam əlimə mütləqa

Çünki müsəlmanca qonuşmaq bana



Eybdir! Öz eybimizi anlarıq!

Ay bərəkallah, nə gözəl canlarıq!



Yox işimiz məcməi-islam ilə,

Püxte nasıl söhbet eder xam ilə?

Çünki klublarda sərəncam ilə



Hər gecə bir mətləbi ünvanlarıq

Ay bərəkallah, nə gözəl canlarıq!

PunishMent

Şərhlər:

  1. DaviDoFF dedi ki:

    cox saol xebere gore.

  2. Fa-Bio dedi ki:
    MMO,
    qardashim tesekkur ama bizim gencliyimiz basqalarinin elindedir ela bilki bu torpaqi qurub yaradan ersaya getiren Azerbaycan irsinden dede qorqud boyundan dogub gelmeyib
  3. Leonel-207 dedi ki:

    COX SAG OL! YAZAN ELLERIN AGRIMASIN!

  4. Fa-Bio dedi ki:
    Bizde bela shexsiyyetlere qarshi sevgi Sefevi Dovleti vaxtindan gelib…helede davam edir biz bu zamanda dilimizde selis danishmagimiza sebeb bu kishini gorurem chunki Azerbaycanimizda ilk defa Dogma Ana dilimizde mektebi bu Dahi Shexsiyyet acib ozde Baki sheherinde deqiq tarix yadimda deyil yalan deyaram….Muellif tesekkur bela sexsiyyetleri adi qizil heriflerle edebiyyatimiza dushen shexsiyyetimizi unutmadiginiz uchun tesekkur bela xeberlerin ardi olsun….
  5. Melekcik dedi ki:

    cooox sag ol xebere gore applause

  6. BLACK STAR dedi ki:

    xebere gore saol ataw..qewengdi))

  7. N_E_R_R_G_I_Z dedi ki:

    badi_Seba,
    applause

  8. persifona dedi ki:

    Xoşlamırıq bir para nadanları
    Şiveyi-nisvani-mьsəlmanları,
    Neyləyirik Fatma-Tьkəzbanları?!

    Annaları, Sonyaları yanlarıq,
    Ay bərəkallah, nə gцzəl canlarıq!



    He bax bu problem qloballigini hec itirmir.. goresen biz ne vaxt ozumuze qiymet vermeyi oyrenecik?

  9. BadBoy dedi ki:

    Cox sag Ol Minnetdaram!!

  10. Firuze dedi ki:

    bu weir menim daimi ezberimdedir ellaaaaaaaaaaaaaa cox sag olun…..

  11. Badi_Seba dedi ki:
    Men mektebde bu dersden 5 almiwdim….
    Xebere gore tewekkur
  12. Avtosh_227 dedi ki:

    tewekkurler…

  13. N_E_R_R_G_I_Z dedi ki:

    Turk qəzeti verse de əqlə ziya,
    Mən onu almam əlimə mutləqa
    cunki musəlmanca qonuşmaq bana

    Eybdir! oz eybimizi anlarıq!
    Ay bərəkallah, nə gozəl canlarıq!

    super ellerine saqliq super super super