“İnsan hər şeyə alışır”…

İzah etmək istəyirəm. İçimdəkiləri səninlə paylaşmaq, ürəyimdən keçənləri tək-tək açıqlamaq, mənim nə halda olduğumu sənə izah etmək istəyirəm.Yoxluğundan geriyə qalanları, sən də bilməlisən.

İnsan nə tez alışır deyilmi? Gözəl olana çox sürətli,pis şərtlərə bir az daha zamanla amma yenə də alışır. Vərdiş! İşin əsas nöqtəsi bu! Ailəsi tərəfindən çox sevilən, əl üstündə tutulan bir uşaq, böyüyüb həyata atıldığında, orada da seviləcəyini zənn edir. Alışmışlıq! Şansı yaxşı gedərsə, həqiqətən onu ürəyinə alan biriylə qarşılaşa bilir. Bu səfər o nizama alışır.

Mən sənin, məni sevmə formana alışmışdım.Yoxluğum burada başladı.Getdiyində, məni qollarına alıb, başımı oxşayacaq,gecələri yuxumda belə məni qucaqlayaraq etibarda olduğumu hiss etdirəcək bir sevginin bitdiyini hiss etdim,hər yanı buz bağladı.Nə edəcəyini bilməyir ki insan?



alt


Niyə varkən qiymətini bilmərik zənginliyimizin? Zənginlik dediyim də əlbəttə pul deyil yalnız, dostluq, eşq, ailə, başını salacaq bir ev, bir peşə, bəzən bir qab yemək belə varlıqdır əslində. Bu yaxınlarda ürəyim balıq yemək istədi.Cibimdə də heç pul yox idi. Səninlə mətbəxdə balıq bişirdiyimiz günlər gəldi ağılıma. Mən heç toxuna bilmərəm,bilərsən.Həmişə sənə düşərdi balıq bişirmək işi, mən də salat edərdim.Qızardarkən deyinərdin,bir qadın necə balıq bişirməyi bilməz deyə amma əslində xoşuna gələrdi o mətbəxdə olmaq. Bunları yazarkən,üzümdə böyük bir gülümsəmə olduğunu fərq etdim.

Bir-birimizi çox sevmişdik. İndi ayrı qalmış olmamız,o qədər gözəl anını yox saydırmır mənə.Ayrılıq! hüznlü bir söz deyilmi sevgilim? İnsanda yarım qalmış, bitməmiş bir işin təlaşı duyğusunu yaradır.Halbuki şairin dediyi kimi, ayrılıq da sevdaya daxil!



alt


Bəzən elə şeylər olur ki, dərhal səni axtarıb paylaşmaq istəyirəm.Birlikdəykən danışdığımız bir mövzu, bəzən sadə bir dedi-qodu,bir an bir hadisə olur, bunu yalnız sən mən anlaya bilərik.Kimə izah etsəm maraqlı gəlməyəcək bilirəm.O anlarda əlim telefona uzanır, sonra xatırlayıram, artıq biz deyə biriləri yox ki!

Əşyalarını yığdığında,evdə geydiyin o köhnə, sarı köynəyini burada unutmusan.Çirklilərin arasından çıxdı. Düşünürəm,indi mən bu köynəyi nə edim?Götürüb ata bilmərəm,üstündə xatirələrimiz var. Sənə vermək istəsəm,o qədər gərəksiz bir mövzu ki, səni axtarmaq üçün bəhanə yaratdığımı düşünəcəksən.Sarı köynəyin olmadan da yaşayırsandır ehtimalla.Evdə qalsın,bir qonaq gəlirsə,verərəm deyə keçirtdim içimdən amma heç kimə geydirə bilmərəm onu.Sevdaya xəyanət kimi gəlir. Anlayacağın,hər səhər şkafı açdığımda,əlim o sarı köynəyə gedir.Üstümü geyinmədən, bir dəfə əlimə alıb yatağa otururam və soruşuram: Mən səni nə edim köynək?



alt


Anlayacağın sevimli, vərdişlər məcbur edir ayrılıqları,yoxsa nədir ki ayrılıq dediyin? Bir yoxluq,bir yoxsulluq zamanı!Ürəyinin istədiyi amma yeyə bilmədiyin bir yemək,xəyalini qurub gedə bilmədiyin bir tətil, qazana bilmədiyin bir lotereya bileti,bunun kimi bir hiss ayrılıq.Nəysə ki insan, hər şeyə alışır...

Angelocka

Şərhlər:

  1. Angelocka dedi ki:

    İzah etmək istəyirəm. İзimdəkiləri səninlə paylaşmaq, ьrəyimdən keзənləri tək-tək aзıqlamaq, mənim nə halda olduğumu sənə izah etmək istəyirəm.Bəzən elə şeylər olur ki, dərhal səni axtarıb paylaşmaq istəyirəm.Birlikdəykən danışdığımız bir mцvzu, bəzən sadə bir dedi-qodu,bir an bir hadisə olur, bunu yalnız sən mən anlaya bilərik.Kimə izah etsəm maraqlı gəlməyəcək bilirəm. Nəysə ki insan, hər şeyə alışır Ama sensizliye esla..! cry cry cry cry

  2. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  3. balaca dedi ki:

    COX SAGOL IMZA KIRPI BAW

  4. BalaM dedi ki:

    INSAN HER WEYE ALIWIR cry Angelochka cox sagol give_rose
  5. Miss_Koroline dedi ki:

    Anlayacağın sevimli, vərdişlər məcbur edir ayrılıqları,yoxsa nədir ki ayrılıq dediyin? Bir yoxluq,bir yoxsulluq zamanı!Ьrəyinin istədiyi amma yeyə bilmədiyin bir yemək,xəyalini qurub gedə bilmədiyin bir tətil, qazana bilmədiyin bir lotereya bileti,bunun kimi bir hiss ayrılıq.Nəysə ki insan, hər şeyə alışır..

    tws xebere gore

  6. BLACK STAR dedi ki:
    Angelocka

    ehhhhhh bu sevgu((((((((((((((((((((pis bebe cusmusem senden..(((xebeye doye saoy((((

  7. Melekcik dedi ki:

    Anlayacağın sevimli, vərdişlər məcbur edir ayrılıqları,yoxsa nədir ki ayrılıq dediyin? Bir yoxluq,bir yoxsulluq zamanı!Ьrəyinin istədiyi amma yeyə bilmədiyin bir yemək,xəyalini qurub gedə bilmədiyin bir tətil, qazana bilmədiyin bir lotereya bileti,bunun kimi bir hiss ayrılıq.Nəysə ki insan, hər şeyə alışır…
    cry cry cry cry

  8. PRistupnIK dedi ki:

    saaaaaaaagoooolll vakowummmm

  9. Cristi dedi ki:

    MARAQLI IDI. SAG OL give_rose

  10. Damla dedi ki:

    cOX SAG OL HEQIQETDI INSAN HER SEYE ALISIR

  11. Firuze dedi ki:

    Sag olun tewekkur heart

  12. Leonel-207 dedi ki:

    İzah etmek isteyirəm. İcimdekileri seninlə paylasmaq, ureyimden kecenleri tek-tek acıqlamaq, menim ne halda olduğumu sene izah etmek isteyirem

    cry cry cry COX EFSUS ANLAMAQ ISTEMIR!!! cry cry cry

    HEMISHEKI KIMI SUPERDIR,REDAKTESIDE XEBERIN OZUDE TESHEKKURLER!!! ELLERIN AGRIMASIN DOSTIKIM.

  13. qeribelik dedi ki:

    İNSAN HER SEYE ALISIR.
    BEZEN ALISMAGINA CHASIR.
    SEVEN SEVENİ ALDADIR
    SEVDİYİNİ SINAYIR…..

    M:QERİBELİK

  14. Badi_Seba dedi ki:

    seher_kuleyi,
    canim baciwim bura sevgi mekanidir….ona gore eledir…burdaki insanlar sevgi dolu insanlardir…ve sende Sevgi Mekaninin Sevgi dolu insanlari ile taniwdigina sevinmelisen mence…. opucuk

  15. memi_ dedi ki:

    Hm……sevdiklerimiz bezen bize tabe olmasalar da neyleyek, biz sevirik………..

  16. Avtosh_227 dedi ki:

    badi_Seba,
    SEVGI KULEYI oglandir eee.ne baciw? happy

    tewekkurler meymuwum.cox sagol.ALLAH razi olsun.ama sizin bu qem kederiniz hara qeder davam edecek bilmirem…

  17. girl_from baki dedi ki:

    Avtosh_227,


    bunu yazan angelockadi yee
    cox sagol sirinim super basqa artiq hecne

  18. N_E_R_R_G_I_Z dedi ki:

    super ellerine saqliq superrrrrrrrrr

  19. BadBoy dedi ki:
    Cox sag Ol Can Baciwkam Allarina Saglig Opdum!
  20. МиниК_Сердце dedi ki:

    Gцzəl olana зox sьrətli,pis şərtlərə bir az daha zamanla amma yenə də alışır. Vərdiş! İşin əsas nцqtəsi bu! Ailəsi tərəfindən зox sevilən, əl ьstьndə tutulan bir uşaq, bцyьyьb həyata atıldığında, orada da seviləcəyini zənn edir. Alışmışlıq! Şansı yaxşı gedərsə, həqiqətən onu ьrəyinə alan biriylə qarşılaşa bilir. Bu səfər o nizama alışır.