Sevgi – kainatın mayası

[HIDE] [/HIDE]Sevgi – kainatın mayası



Sevgi yaşadan bir iksirdir; insan sevgi
ilə yaşayır, başqalarını da sevgi ilə yaşadır; insan sevgi sayəsində
xoşbəxt olur, ətrafındakıları da sevgi ilə xoşbəxt edir.


Sevgi
insanlığın canıdır, biz bir-birimizi sevgi ilə hiss edirik, onunla
bir-birimizi duyuruq. Allah insanları bir-birinə bağlamaq üçün sevgidən
daha böyük vasitə yaratmayıb. Əslində dünya köhnə bir xarabalıqdan
ibarətdir. Onu yeniləşdirən, təravətləndirən sevgidir.

İnsanların
sultanları var, qarışqaların və arıların kraliçaları var. Bu sultan və
kraliçaların isə taxtları var. Onlar müəyyən bir üsulla seçilirlər və
taxtlarına otururlar. Bizim könlümüzün də sultanı var ki, o da
sevgidir. Sevgi könlümüzdə taxt qurub.

Sevginin otağı könüllərdir.
Könüllər sevgi sayəsində müəyyən dəyər ifadə edir. Önünə sevgi bayrağı
sancılmış qalalar qansız-qadasız fəth olunur. Sevgi əsgərlərinin ələ
keçirə bilməyəcəyi qala yoxdur.

Min cür pisliklərlə əhatə olunmuş,
kirlənmiş bu dünyada hər zaman təmizliyini, paklığını və saflığını
qoruyan, gözəllik və cazibəsindən heç nə itirməmiş bir qüvvə varsa, o
da sevgidir. Dünyada heç bir millət və toplumda ondan daha real bir şey
yoxdur. Sevginin səsi digər bütün səsləri kölgədə qoyur, ən gözəl
mahnılar belə sevginin səsinin gəldiyi yerdə susur.

Kainatın
mayası sevgidir. Haqqın yaratmaq sevgisi olmasaydı, nə ay, nə günəş, nə
ulduzlar, nə dağ, nə çay, nə dərə olmazdı. Kainat bir sevgi
dağarcığıdır. Təbiət kitabında və ekosistemdə sevginin nəfəsi
duyulmaqdadır. İnsanlar arasındakı münasibətlərdə də sevginin
işartıları görünməkdədir.

Dünyada qiymətdən düşməyən bir dəyər
varsa, o da sevgidir. Sevgi ən saf qızılla belə tərəziyə qoyulsa, yenə
sevgi ağır gələr. Qızıl da, gümüş də, ən bahalı zinət əşyası da hər
hansı inflyasiyadan təsirlənə bilər, ancaq heç bir dalğalanma sevgini
ləpələri arasına ala bilməz.

Sevginin qapıları hər cür mənfi
xislətlərə qapalıdır, heç bir xarici müdaxilə onun ahəngini poza
bilməz. Bu günə qədər heç bir canavar ruhlu insan ona qarşı mübarizə
aparmaq barədə düşünməyib. Hətta sevgi canavar ruhluları belə yumşaldan
bir iksirdir.

Dünyada heç bir var-dövlət sevgiyə qalib gələ
bilməz. Sevginin aça bilməyəcəyi heç bir qapı yoxdur. Sevginin
toplandığı könül sahibləri isə məhəbbət fədailəridir.

Var-dövlət
sahiblərinin sərmayələri bir gün yoxa çıxa bilər, ancaq məhəbbət
fədailərinin sevgiləri heç vaxt tükənməz. Onların lüğətində kin, nifrət
və qərəz yoxdur. Onlar ölümləri bahasına belə olsa, əsla düşmənçilik
etməzlər.

İndiyə qədər şeytanın ən təhlükəli oyunlarını belə pozan
bir qüvvə varsa, o da sevgidir. Peyğəmbərlər ən əzazil padşahlara belə
sevgi ilə qalib gəliblər, onların kinlərini sevgi ilə söndürüblər.

Sevgi
silahına sarılan bir insanın başqa silaha ehtiyacı yoxdur. Bəli, sevgi
atom bombasından belə təsirli “silah”dır. Onun gülləsi güldür,
xoşgörüdür, mərhəmətdir.

Sevginin olmadığı yerdə kin var, nifrət
var, xaos var, müharibə var, qan var… Bu gün dünya bunlardan əziyyət
çəkirsə, bunun yeganə səbəbi könüllərin sevgidən məhrum olmasıdır.
Dünyada hər kəsin, hər şeyin sevgiyə ehtiyacı var. Nə özümüzü, nə də
başqalarını sevgidən məhrum etməyək..

Ayselka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    LUBOV love SAMOYE love LUCWEYE love CUVSTVO love V JIZNI love CELOVEKA love I TEM love VREMENEM love SAMOYE love PLOXOYE… love love love
  2. Admin dedi ki:

    MILAQROS,
    Ya staboy soqlasen ya uje ispitival obo(((

  3. MILAQROS dedi ki:

    lovelovelove love lovelovelovelove Admin,
    love caan miliy ya i was ispitivayu smile recourse
    love forgenc forgenc forgenc
    love
    love
    love
  4. IzYuMinKa dedi ki:

    eto ne po mne…. request

  5. BLACK STAR dedi ki:

    cox saol….ela dostik…

  6. fanya_ya dedi ki:

    Manim sevgi ile o qeder aram yoxdu….THANKS