Silvestr Stallone ~ Rihanna

Silvestr Stallone ~ Rihanna

Dünya şöhrətli aktyor Silvestr Stallone “Qurbanlıq material” filminin çəkilişləri zamanı ciddi zədə alıb. “The Telegraph” qəzetinə istinadən verilən məlumata görə, hadisə çəkiliş zamanı baş verib.

”Stoun Kold, Stiv Ostinlə rəqib olduğum döyüş səhnəsinin çəkilişləri idi. Çarpışma o qədər intensiv və təbii idi ki, nəticədə boyun fəqərələrimin birində çat əmələ gəldi. Mən öncədən bu barədə heç nə demirdim. Ancaq həkimlər mənim üzərimdə ciddi əməliyyat aparmalı oldular. İndi mənim boynumda metal plastin var”, – deyə Stallone xəbər verib.

Xatırladaq ki, filmin süjet xətti Latın Amerikası ölkələrinin birindəki diktatoru devirməli olan bir qrup muzdlu ətrafında cərəyan edir. Filmdə Arnold Şvartseneqqer, Brüs Uills, Dolf Lundqren, Erik Roberts, Mikki Rurk, Cet Li, Ceyson Steytem və digər məşhur aktyorlar çəkilib. Ekran əsərinin prokatı uğurlu olarsa, Stallone filmin daha iki hissəsini çəkmək niyyətindədir. Filmin birinci hissəsi isə bu ilin avqustunda ekranlara çıxmalıdır.


alt

“Umbrella” mahnısının ifaçısı, dünya şöhrətli müğənni Rihanna səhnə bacarıqlarını kağızlar üzərinə töküb.

Məlumata görə, müğənni ilk kitabı üzərindəki işlərini tamamlayıb. Kitab “Rihanna: The Last Girl On Earth” adlanacaq. Kitabın üz qapağının hazırlanmasında sənətçinin son albomunun yaradıcı direktoru Simon Henvud da öz yardımını əsirgəməyib. 50 dollardan satışa təqdim olunacaq 144 səhifəlik “Rihanna: The Last Girl On Earth”, kitabı yanvarın 29-dan etibarən kitab rəflərində öz yerini tutacaq.

BadBoy

Şərhlər:

  1. Black_Boy dedi ki:

    yaxshi xeberdir sag ol qaqam amma ki menim o staloniya yazigim geldi ki boynu qiriqdir indsi de ona boynu qiriq staloni deyeceyler xaxa

  2. Cristi dedi ki:

    COXXXXXXX SAG OL

    heart RIHANNA heart

  3. Leonel-207 dedi ki:
    XEBERE GORE COX SAG OL!!!
  4. Melekcik dedi ki:

    4oox sag ol xebere gore maraqlidi

  5. Jelannaya_013 dedi ki:

    Stalloniye coox yazigim geldi ALLAH wefa versin ona,Rihannayada ugurlar..coox twk xebere gore..

  6. DaviDoFF dedi ki:

    cox saol mende ele bildim kimse olub =)

  7. BLACK STAR dedi ki:

    maraqlidi..cox saol…!!

  8. rihanna dedi ki:
    xebere gore cox sagol.
  9. _Aynur_ dedi ki:
    Maraqli xebere gore cox saq ol.
  10. BaCaRMaRSaN dedi ki:

    Neyi wok xeberdiki ?

  11. BadBoy dedi ki:

    Reylere Gore tewekkur…

  12. PRistupnIK dedi ki:

    sagol maragli geldi

  13. Lindsay_Lohan dedi ki:

    cox sagoll