Erməni saxtakarlıqları

Erməni saxtakarlıqları

Bu günkü Ermənistan ərazisinin 82%-i Azərbaycan torpaqlarıdır. Bu torpaqları 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra müxxtəlif yollarla Azərbaycandan qoparıb ermənilərə veriblər. Zəngəzur, Dərələyəz, İrəvan, Şəmsəddin Göyçə mahalı, Göyçə gölü bizim ata-baba yurdumuzdur. Bu ərazilərdə onlarla rayon, şəhər, qəsəbə, yüzlərlə kənd adlarını erməni adları ilə dəyişərək erməniləşdiriblər. Onlardan bəzilərini nəzərinizə çatdırmaq istəyirəm:

P.S- aşağıdakı rayon, qəsəbə və şəhərlərin adları öncə Azərbaycanca, sonra ermənicə yazılıb

Rayonlar:

Basarkeçər-Vardenis

Qəmərli-Artaşat

Vedi-Ararat

Hacı Nəzər-Kamo

Molla Dursun-Şaumyan

Karvansaray-İncivan

Ağbaba-Amasiya

Əllər-Abovyan

Çəmbərək-Krasnosels

Uluxanlı-Masis


Şəhərlər:

İrəvan- Yerevan

Sərdərabad-Oktemberyan

Kəvəz-Kamo

Gümrü-Leninakan

Qarakilsə-Kirəvakan

Cəlaloğlu-Stepanavan

Hamamlı-Spitak

Üçkilsə-Eçmiədzin

Xankəndi-Stepanakert

Qəsəbələr:

Alagöz-Araqaş

Arpaçay-Axuryan

Ortakilsə-Mnasyan

Göyçə-Maralik

Abilkənd-Kalino

Talıboğlu-Şuşakent

Tovuzqala-Berd

Allahverdi-Tumanyan

Adları çəkilən rayonlardan, şəhərlərdən, qəsəbələrdən olan Azərbaycanlıların əksəriyyətindən hansı bölgədən olduğunu soruşanda həmin yerin adını Azərbaycanca yox, ermənicə deyir. Niyə? Onlara erməni adıdaha xoş gəlir? Ya valideynləri onlara rayonlarının adını ermənicə öyrədiblər ? Bəs bunda günahkar kimdir?

Həmin torpaqların bizim olduğunu iddi edirik, sonra da həmin torpaqların adını ermənicə deyirik. Niyə ? İndi gəl sən bu təzaddan baş aç da. Bu təzadı yaratmaq bizim nəyimizə lazımdır ki? Gələcəkdə ermənilər öz saxta iddialarına haqq qazandırsınlar deyəmi?

Çoxları fikirləşə bilər ki, tək mənlə nə olur ki… Mən o adları o qədər ermənicə ya Azərbaycanca deyim ki, guya nə dəyişəcək k ? Əminəm ki, aranızda belə fikirləşənlər olacaq… Həmin şəxslərə demək istəyirəm ki, birincisi bu adı Azərbaycanca deyin görün sizin içinizdə necə böyük bir fərəh hissi yaranır. İkincisi isə unutmayın ki, birlik fərdlərdən başlayır. Hər kəs bunu öz şüuruna yeritsə … Yeritsə, nələr olacağını da özünüz düşünün !!!

Allah ədalətlidir, haqqı nahaqda qoymaz. İnşallah haqq öz yerini tapar. Sizdən hərəkət, məndən bərəkət- deyiblər. Biz də gərək hərəkət edək ki, haqq-ədalət öz yerini tapsın. Amma bu kəlimələri deyib yerimizdə oturub gözləməklə haqq ədalət öz yerini tapmayacaq, bunun üçün bizlər nəsə etməliyik…
Amma, nə? Və necə?
Çoxmu çətindir bu sualları cavablandırmaq ? Bu sualların cavabını hər kəs bilir, amma çox az adam nəsə etməyə çalışır.

BadBoy

Şərhlər:

  1. Pestimist... dedi ki:

    BASI VAR OLAN AZERI BASI BATMIS ERMENI

  2. _SAFURA_ dedi ki:

    Sitat: Pestimist…
    BASI VAR OLAN AZERI BASI BATMIS ERMENI


    əla