Hediyyelewmek

Hədiyyələşmək
Bildiyimizə görə, hədiyyə almağı hər kəs sevir: uşaqlar, cavanlar, qocalar.
Hədiyyə
qocaları cavanlaşdırır, uşaqları sevindirir, cavanları və dostları isə
bir-birilərinə daha da yaxınlaşdırır. Hədiyyə almağı necə seviriksə,
onu verməyi də bacarmalıyıq. Çünki özümüz necə seviniriksə,
qarşımızdakını da elə sevindirməliyik. Hədiyyənin böyüyü, kiçiyi,
ucuzu, bahalısı yoxdur. Necə deyərlər, “Əsas məsələ hədiyyə yox,
diqqətdir”. Əgər bir insana hədiyyə veririksə, deməli, o insan bizə
doğmadır, əzizdir. Hədiyyə hər insanın yaşına görə olmalıdır. Bəziləri
hədiyyə kimi kitab almağı, bəziləri gül, bəziləri isə suvenir almağı
sevirlər. Hər kəsin öz zövqü var. Dost-tanışa hədiyyə almaq asandır. Ən
çox nişanlılar hədiyyə almaqda çətinlik çəkirlər. Çünki bir-birilərini
yaxşı tanımadıqları üçün qarşılarındakı insanın daha çox nəyə üstünlük
verdiyini bilmirlər. Qadınların əksəriyyəti gül, ətir, oyuncaq almağı
sevirlər. Kişilərə isə qol saatı, qalstuk və ya qələm hədiyyə etmək
daha uyğun olar.
Hədiyyə vermək üçün əlamətdar günləri gözləmək
lazım deyil. Onu ürəyimiz istəyən vaxt verə bilərik. Gəlin
sevdiklərimizi, əzizlərimizi sevindirək. Qoy hər kəsin qəlbi şad olsun.
Onlara daha bir xoşbəxt gün bəxş edək. Bir anlıq da olsa, problemlərini
unutsunlar. Ən çox da uşaqlarımızı sevindirək. Qonaq gedəndə özümüzlə
balaca bir hədiyyə almağı da unutmayaq.
Siz hansi hediyyeni almagi xowlayirsiz???
Yenilənib:
hediyye vermeyi daha cooox xoshlatiram neinki almagi.koqda daryu podarki ya ot etoqo polucayu udavolsvie vot tak
ууууууууу обожаю получать подарки
ELBETTE ALMAGI