Rəsulzadə və Azərbaycan

R601;sulzad601; v601; Az601;rbaycan

Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqılabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.

***

İnsanlara hürriyyət, millətlərə istiqlal !

***

Ah, Azərbaycan ! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq !

Azərbaycan muxtariyyəti deyorduq : soldan və sağdan hər növ hücuma məruz qaldıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzde bəsləmək istəyoruq: bizə Moskvada yanacaq ”məşəli” nişan veriyorlardı. Biz elme, mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyoruq: bizə Ərəbistanı göstəriyorlardı.

***

Haqq verilməz, alınır ! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət !

***

Səfir bulundurmaya haqqı olmayan bir istiqlalı istəməyiz !

***

Bakı, Azərbaycan atəşkəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də mənbəyi idi.

***

Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqladadır.

***

Gələcək – millətlər süngü gücü ilə yapma rejiminə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılıqdır.

***

Azərbaycan dövri –istiqlalina bolşevikler “MÜSAVAT DÖVRÜ” deyirlər. Fəqət, xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu cografi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.

***

Kommunizm nə yaparsa yapsın, Rusiya imperializmi hangi rəngə girirsə-girsin meydanda bir həqiqət var: millətlər kəndilərini tanımışlar.

***

Şərq millətlərinin xilas və nicatına aid şüarlar ilə bolşeviklər sözdə millətlərin hüququna, hürriyyətinə və istiqlalına hörmətkardırlar. İşdə isə digər imperialistlərdən heç də fərqli deyillər.

***

Üsyan və qanla sərkarə gələn bir qüvvə üsyan və qanla gedəcəkdir. Bu gün üsyanı yapan müntəzəm bir qüvvə yoxsa da yarın o qüvvət kommunizmin kəndi vücundə gətirdiyi təşkilat hüceyresindən olsa da doğuracaqdır.

***

Kommunizm rejmi süqut etmək məcburiyyətindədir.

***

Dünya inqilabat və müharibələrində axan qanlar daima yeni məfkurələrin tövlidinə səbəb olmuş deyilmidir?

***

Azərbaycan bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o da bu istiqlal fikrinin rüsuxudur.

Şimdi istiqlal və hakimiyyət-milliyyə sevdasilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, Çekanın amansız edamlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o meydanə çıxacaq və o zaman yanıq könlündə atəş cizgilərlə mənən mənşuq bulunan bayrağı maddətən yüksəldərək deyəcək :

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ ! !

PunishMent

Şərhlər:

  1. BadBoy dedi ki:
    Cox sag Ol gagaw Minnetdaram Bravo soz Yoxdu daha Gagulya Super!!
  2. NeSKa dedi ki:
    Təşəkkürlər Allah razı olsun Maraqlı idi çox sağol!
  3. BAKINKA_777 dedi ki:

    BİR KƏRƏ YЬKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ ! !

  4. Firuze dedi ki:

    coox sag olun ella xeberdirrrr

  5. reyhan dedi ki:

    maraqli idi tesekkuler saq ol!!!!!!!!!!!!!

  6. DaviDoFF dedi ki:

    cox saol qaqashi xebere gore..

  7. Leonel-207 dedi ki:

    deyerli ve lazimli melumat ucun teshekkurler!!!

  8. BLACK STAR dedi ki:

    cox saol ataw..maraqlidi..ellerin derd gormesun))

  9. Fa-Bio dedi ki:
    Bela Bir Dahi Shexsiyyeti unutmadiginiz ucun sizlere tesekkur her halda Dunyada ilk Dahi Shexsiyyetdir ki 17 Yasinda Bir Boyuk Partiya Qurub O partiyaki Indiye kimi Feaiyyet gosterir bu Musavat Partiyasidir
  10. girl_from baki dedi ki:

    PunishMent,
    bu haqda melumatim var tarix dersliyinden oxumusdum.
    bizimle bolusduyun ucun cox sag ol

  11. PunishMent dedi ki:

    Melumat ucun onu da qeyd edim ki, Mehemmed Emin bey Resulzade 1902-ci ilde "Muselman Genclik Teskilatini" yaratmisdir. Sonradan bu teskilat "Muselman demokratik Musavat cemiyyeti" adi altinda fealiyyet gostermisdir.

  12. girl_from baki dedi ki:

    BİR KƏRƏ YЬKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ ! !
    heqiqeten Resulzade veteni ucun cox sey edib. cox sag ol gozel xeberdir