Qazaxda qəbiristanlığın dağıdılması ilə bağlı cinayət işi açılıb

İlkin versiyaya görə, qəbristanlıq ermənilər tərəfindən dağıdılıb


Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığının dağıdılması ilə bağlı Qazax rayon polis şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi açılıb. Bu barədə Qazax rayon polis şöbəsinin rəis müavini Ədalət Sadıxov məlumat verib. Onun sözlərinə görə, faktla bağlı araşdırılmalar aparılsa da hələlik, nəticə əldə edilməyib. Rəis müavininin sözlərinə görə, yenə də əsas ehtimal kimi məzarların ermənilər tərəfindən dağıdılması nəzərdən keçirilir.
Xatırladaq ki, ötən gün Azərbaycanın Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığıdakı məzarların bir çoxu dağıdılıb. Qızılhacılı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal edilib və kənd tamamilə dağıdılıb. 50 evlik kəndin 300-dən artıq sakini isə rayonun müxtəlif yaşayış məntəqələrində əsasən də cəbhə xəttində yerləşən Abbasbəyli kəndində məskunlaşıb. Kəndin qəbiristanlığı isə Azərbaycanın nəzarətində olan ərazidə, Ağstafa çayının sol sahilində, təmas xəttindən 600-700 metr məsafədə yerləşir.
Bir gün əvvəl kənd sakinlərindən biri rəhmətə gedib və həmin qəbiristanlıqda dəfn olunub. Səhər qəbiristanlığa gələn əhali isə qəbir daşlarının dağıdıldığının şahidi olub. Qəbiristanlıqda 30 qəbir dağıdılıb. Qəbir daşları sındırılıb və tapdalanıb. Sonuncu dəfn olunan şəxsin qəbrinin üstünə isə daşlarla xaç işarəsi qoyulub. Elə bu da qəbristanlığın məhz ermənilər tərəfindən dağıdılmasını deməyə əsas verir.

Leonel-207

Şərhlər:

  1. BLACK STAR dedi ki:

    sen insanda deyusduga bax eee….kim edibse ALLAH onlarin cezasini versin…
    xebere gore saol brat

  2. Melekcik dedi ki:

    4oox sag ol xebere gore

  3. Fa-Bio dedi ki:
    Leonel-207,
    Tebii ki bizim esgerden her shey gozleyirem…bir dushun Naxcivanada 5 Ermeni ailesi kechib bu sheraiti bizim esger yaradib guyaaa….
  4. Leonel-207 dedi ki:

    Sitat: Fa-Bio
    Fa-Bio


    belkede haqqlisan.inan ki,olar!

  5. Firuze dedi ki:

    PLAY_BOY,
    badi_Seba,
    ya_za

  6. BadBoy dedi ki:

    Allahb Cezalarini verecey Amin!!!!

  7. Fa-Bio dedi ki:
    Leonel-207,
    bizim esgar qardaslarim ermani esgerine araq siqaret satirsa serhedde ondan ne esgar her halda yadinizdadir sef etmiremse 2 ermani duz kendin icine qedar irellemish acliqdan olduklerini demisdiler…her halda postda oturan esgerimizi namus qeyrat bogubdaa yeqin ki telden chatda qizla danisir ya daki telefonda pornoya baxirmish
  8. Leonel-207 dedi ki:

    Sitat: Suphenallah
    Bu vicdansizlardan n desen gozlemek olar


    Sitat: Skromnaya
    lap deli olublare vallah..Kimler edibse onu Allah qabaglarinan cixardar …Cox sagol xebere gore


    sizinle raziyam.deymez.buyurun!

  9. BalaM dedi ki:

    lap deli olublare vallah..Kimler edibse onu Allah qabaglarinan cixardar …Cox sagol xebere gore give_rose

  10. Suphenallah dedi ki:

    Bu vicdansizlardan n desen gozlemek olar
    Tesekkurler

  11. Leonel-207 dedi ki:

    munasibet bildiren her kese minnetdaram.mene de qeliz qalir ki,bu nece olub eger ermeniler toredibse bizim veten keshiyinde duran esger qardashlarimiz hara baxib???

  12. PRistupnIK dedi ki:

    twk maragli xebere gore

  13. Badi_Seba dedi ki:

    maraqli xebere gore coooox sagol dostikim

  14. girl_from baki dedi ki:

    cox sagol Ruslan
    xeberi bizimle bolusduyun ucun

  15. DaviDoFF dedi ki:

    bilmirem kim edib kimsede edibse ALLAH belasin versin cox saol xebere gore

  16. Fa-Bio dedi ki:
    Yeddi Ogul isterem kinosu yadima dushdu Allah sizi rehmet elasin Olulerrr…..
  17. _Aynur_ dedi ki:

    TV da baxdim,amma ermeniler ora nece gelib bilmedim
    Xebere gore cox sag ol

  18. elnurr dedi ki:

    dehsetdirde alah cezalarini versin p>>>>>>>>