Ağ gülün başına gələn nə vaxtsa sizin də başınıza gəlibmi?

Ağ gülün başına gələn nə vaxtsa sizin də başınıza gəlibmi?
Deyirlər ki ağ gül güllərin ən gözəli, ən ətirlisimiş. Bahar fəsli onu nazənin bir xanım kimi yuxudan oyadırmış. Bir gün ağgülün budağına xallı bir kəpənək qonur. Hələ o vaxt ağgülün budaqlarında tikanlar yox imiş. Çünki baharın tacı hər kəsə inanırmış. Kəpənək dilini işə salıb ağ gülün sadə qəlbini ələ alır….

– Mən ala kəpənəyəm bütün güllərin, çiçəklərin rəngi məndə olsa, özümü xoşbəxt sanaram. Həmişə budağına qonub, ətrinə məst olub sənə sədaqetimi bildirərəm. Səxavətini məndən əsirgəmə.
Ağgül ona inanır, ağ rəngindən kəpənəyə də pay verir. Məqsədinə catdıqdan sonra kəpənək ağgülü unudur. Bir müddətdən sonra xırda bir arı vızıldayıb onun tikansız budağına qonur. Arı da xallı kəpənək kimi şirin dilini isə salır:

– Mənim yaşama ümidim bütün çiçəklərin, güllərin şirəsini dadmaqdır. Əgər belə olmasa mən o saat ölərəm. Mənə rəhm elə qisa ömrümə qıyma, şirəndən bir az mənə ver. Sənin bu yaxşılığını unutmaram. Həmişə budağına qonub vızıldayaram – sədaqətimi bildirərəm.

Ağ gül arının da xətrinə dəymir onu razi yola salır. Ancaq işi düzələn arı bir də geri dönmür. Xallı kəpənəyin və arının vəfasizlığı ağgülə bərk təsir edir. Özünə söz verir ki birdaha heç kimə inanmayacaq , gözəl budaqlarında tikanlar bitirəcək. O, dediyi kimi edir. Necə olursa şeyda bülbül cəmənzarda ağgülə rast gəlir. Yaraşıqlı boylu – buxunlu , ətirli və ağ çiçəklərini görən kimi şeyda bülbül ona bir könüldən min könülə aşiq olur. Cağırır, ağgül başını qaldırmır. Budağına qonmaq istəyir, tikanları yaxın buraxmır. Əlacsız qalan şeyda bülbül ağgülün başına fırlanır və yanıqlı ürəyindən gələn məhəbbət mahnıları oxuyur. Xallı kəpənəyın və arının vəfasızlığını görən ağgül şeyda bülbülün məhəbbətinə və sədaqətinə inanmır.
Sevdalı bülbül özünü sevgilisinin qoynuna atır. Tikanlar onun eşq ilə cirpınan qəlbini qana boyayır. Ağgül öz amansızlığından peşman olursa da, artıq gec olur. Şeyda bülbülün məhəbbəti olan al qanı ağgülə hopur. O vaxtdan çiçəkləri qırmızı rəngdə açılır, qızılgül olur.

Ağ gülün başına gələn nə vaxtsa sizin də başınıza gəlibmi?

balaca

Şərhlər:

  1. BLACK STAR dedi ki:

    SHEHRIYAR SAOL.QAQAM…..SEN DE UJE BAWLADUNDAA..GEDENE YAXIN CAMAHATI AGLATMAGA))))

  2. BadBoy dedi ki:

    Maragli idi Cox sag Ol gadasi..

  3. elnurr dedi ki:

    tws >?>? yeri var zordu superdi heart sek you very mach

  4. girl_from baki dedi ki:

    cox beyendim

  5. Melekcik dedi ki:

    4oox sag ol xebere gore oxudum hamisi lezzet eledi..bilmiremmmmm

  6. BadBoy dedi ki:

    Cox sag ol gagaw?

  7. aznetin_gozeli dedi ki:

    ne gul olmaq isteyirem, ne de gulun bawina gelenleri cekecek birisi.

  8. Jelannaya_013 dedi ki:

    coox twk xebere gore…

  9. BalaM dedi ki:

    dostik cox sagol xebere gore give_rose

  10. ZveZdoCka dedi ki:

    DOGURDANDA DUSUNDURUCU UZUCU BIR HEKAYEDI TESEKKURLER

  11. DaviDoFF dedi ki:

    cox saol xebere gore…

  12. PRistupnIK dedi ki:

    cox sagol kirpi baw ellerine saglig

  13. Suphenallah dedi ki:

    Leonel-207,
    ya_za

  14. IzYuMinKa dedi ki:

    twkler maraqli xeberdi

  15. Leonel-207 dedi ki:

    ehhh bu cume axshamlari ne vaxt qurtaracaq eyyyyy

    EZIYYETE GORE SAG OL!!

  16. _Aynur_ dedi ki:

    Cox maragli hekayedi,oxumuwam bunu bulbule lap yazigim geldi…
    Xebere gore tewekkur

  17. Cristi dedi ki:

    SEN NIYE QEMLI XEBERLER YAZIRSAN???? MARAQLI IDI SAG OL