Göy nə üçün guruldayır?

G246;y n601; 252;231;252;n gurulday305;r?

Qış aylarında qar yağarkən şimşək, ildırım və göy gurultusu olur. İldırım və göy gurultusu ən çox yaz aylarında, hava ilıq və nəmli ikən yüksələn havanın təsiriylə olur. Qış aylarında havanın alçaq və yüksək qisimləri arasında istilik fərqi az, alçaq səviyyələrdə isə nəm də çox olduğundan şimşək, ildırım və nəticədə göy gurultusu hadisəsi daha az görülür. Şimşək və ya ildırım ətraflarındakı havanı saniyənin milyonda biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər istilədirlər. İstilənən bu hava birdəngenişləyir. Normal atmosfer təzyiqinin az haradasa 100 misli qədərində bir təzyiqlə, səs sürətindən çox sürətli səs dalğaları yayır. Bu eynilə səs sürətini keçən təyyarələrdə olduğu kimi qulağımıza partlama səsi olaraq çatır. Buna göy guruldaması deyirik. Şimşək də, ildırım da tək bir hadisə deyil bir ardıcıl hadisənin birləşməsidirlər. İldırımın ilk çaxmasından sonrakı yuxarı doğru olan daiərvi çaxışında, elektrik cərəyanı daha güclü olduğundan qulağımıza gələn ikinci səs birincisindən güclüdür. İldırım və ya şimşəyin görülməsi ilə göy guruldamasının eşidilməsi arasında keçən müddət saniyə olaraq ölçülür və üçə bölünsə uzaqlıq kilometr olaraq tapıla bilər. Çünki göy gurultusunun səsi bizə səs sürəti ilə çatarkən, şimşək və ildırımın görünüşü gözümüzə işıq sürətiylə çatır. Göy guruldaması normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir.

G246;y n601; 252;231;252;n gurulday305;r?

DaviDoFF

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    xebere gore cox sag ol!!!

  2. DaviDoFF dedi ki:

    Sitat: Aynur_az
    Maraqli xeberdi cox saq ol amma ildirim caxanda deli oluram


    Sitat: Melekcik
    4oox sag ol xabara gore


    deymez =)

  3. Melekcik dedi ki:

    4oox sag ol xabara gore

  4. _Aynur_ dedi ki:

    Maraqli xeberdi cox saq ol amma ildirim caxanda deli oluram

  5. DaRk_AnGeL dedi ki:

    tewekkurler

  6. DaviDoFF dedi ki:

    Sitat: rihanna
    xebere gore cox sagol

    deymez =)

    Sitat: qeribelik
    MARAQLI İDİ.AMA MEN İLDİRİMDAN QORXURAM

    qoxma =)

    Sitat: PRistupnIK
    saqol sinoptik qardaw cox sagol xebere gore))

    sinoptik ne idi =))

    Sitat: Avtosh_227
    eziyyete gore.twk…

    deymez =)

    Sitat: Jelannaya_013
    cox twk xebere gore

    deymez =)

    konkret nush =)

  7. Jelannaya_013 dedi ki:

    cox twk xebere gore

  8. Avtosh_227 dedi ki:

    eziyyete gore.twk…

  9. PRistupnIK dedi ki:

    saqol sinoptik qardaw cox sagol xebere gore))

  10. girl_from baki dedi ki:

    men qorxmuram nabarod cox xosum gelir ildirim caxanda goy guruldayanda
    cox sag ol xebere gore

  11. qeribelik dedi ki:

    MARAQLI İDİ.AMA MEN İLDİRİMDAN QORXURAM

  12. rihanna dedi ki:

    xebere gore cox sagol

  13. DaviDoFF dedi ki:

    sherh yazan ellervuz var olsun..

  14. BLACK STAR dedi ki:

    bu temiz fizikadi….sebeleride coxdu))xebere gore saol

  15. BadBoy dedi ki:

    Cox Maragli Idi Allarina saglig Cox sag Ol!!!

  16. BalaM dedi ki:

    En qorxdugum weydi bu ildrim:)) Cox sagol xebere gore dostik give_rose

  17. Sessiz-Gece dedi ki:

    chox saq ol xebere gore amma men ildirimnan qorxurameee ((