Televizora çox baxan tez ölür

Televizora 231;ox baxan tez 246;l252;r

Televizor qarşısında uzun zaman oturmaq erkən ölüm riskini artırır. Bu maraqlı nəticələr Avstraliyada aparılan araşdırmalarda əldə edilib. Altı il davam edən araşdırma ürəklə bağlı problemi olmayan, yaşı 25 yaşdan yuxarı 8 min 800 nəfər üzərində aparılıb. Nəticələrə görə, gündə 4 saat və ya daha çox televizor qarşısında qalanların ürək xəstəliyindən ölmə ehtimalı gündə 2 saatdan az ekran qarşısında oturanlara nisbətən 80 faiz daha çoxdur. Televizor qarşısında keçirilən hər əlavə bir saat ürək xəstəliklərindən ölmə riskini 18, başqa səbəblərdən vəfat etmə riskini isə 11 faiz artırır.

Belə nəticənin əldə edilməsinə səbəb isə insanların televizor izləyərkən hərəkətsiz qalmasıdır. Araşdırmaya rəhbərlik edən professor Dr.David Dunstanın sözlərinə görə, uzun zaman hərəkətsiz qalanda əzələlər işləmir və bu da müəyyən problemlərə yol açır. Uzun müddət televizor qarşısında oturandan sonra idman etmək də dəymiş ziyanı aradan qaldırmaq üçün kifayət deyil.

Həkimlər bunun qarşısını almaq üçün televizor izləyən zaman insanlara hərəkət etməyi məsləhət görür. Məsələn, insanlar reklamlarda tv qarşısından durmalı, gəzişməlidirlər. Hətda ekran qarşısında belə bəzi hərəkətlər etmək lazımdır.

C_R_9

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    bunu oxumusham. bosh sohbetdir shexsen men inanmiram. eziyyete gore cox sag ol!!!

  2. BAKINKA_777 dedi ki:

    men vapse televizora baxmiram)))))ama komputer onnanda ziyandi((((

  3. girl_from baki dedi ki:

    men butun gunu televizira baxiram hani olmemisem

  4. Melekcik dedi ki:

    yalandiiiiiiiiiiiiiii…xebere gore sagol

  5. Crazy dedi ki:

    Men onda coxdan olmeliyem ki xebere gore thanks

  6. BLACK STAR dedi ki:

    menim yadima gelmirki oturan yerde vye baxmiwam..omur billah hemiwe uzanan yere baxira,..ele de olsunki tez olum)))xebere gore saol

  7. ZveZdoCka dedi ki:

    HMM DEMELI MEN TEZ OLECEM CUNKI COX TV BAXIRAM.ALLAH MENE QENI QENI REHMET ELESIN RUHUM NURLA DOLSUN ))))))))))

  8. BadBoy dedi ki:

    Cox sag Ol Xebere Gore!!!

  9. BalaM dedi ki:

    aaaaaa bu ne yalan sohbetdi ay da ..yenede tshk xebere gore

  10. Suphenallah dedi ki:

    Eslinde hereketsizlik insan orqanizmine cox ziyandir Insanin yuxudaki hereketi bele xeyrlidi
    tesekkurler

  11. DaviDoFF dedi ki:

    cox saol xebere gore amma fuflo soxbetdi.. ALLAhin ishidi olum..

  12. fanya_ya dedi ki:

    gorasan kompda oturanda neca?)))