Infiniti

Infiniti

“İnfiniti” bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində
özünün ən çox satılan FX krossoverinin LİMİTED EDİTİON performanslı
versiyasını bütün Yaxın Şərqə təqdim edib. Limited Edition FX modelləri
birbaşa sərgi salonlarından və ya fərdi hissələrin dəyişilməsi,
aksessuar komplektlərinin avtomobillərə quraşdırılması yolu ilə FX35 və
FX50 modellərinin ikinci nəsli kimi satışa çıxarılır. Limited Edition
modelləri dəyişilərkən burada əsas “İnfiniti”nin sahiblərinin deyil,
müştərilərin istəkləri əsas götürülüb. Belə ki, bir çox müştərilər
diqqət çəkmək üçün İnfiniti FX modelinin görünüşündə kübar, incə
dəyişiklik edilməsinə üstünlük verirlər.

Limited Edition FX modellərində dəyişiklik aşağıdakı hissələrdə özünü biruzə verir:

ön qoruyucu, yan tərəf qoruyucusu, qapıların alt hissəsinin görünüş
dəyişimi, arxa aşağı qoruyucu və işıqlandırılmış “İnfiniti” loqosu

Bütün görünüş FX-in fərqli üslubunu daha aerodinamik və ya parlaq görünüşlə tamamlayır.

“İnfiniti”nin Azərbaycan təmsilçisi olan “Nurgun Motors” şirkətinin də
daxil olduğu İnfiniti Orta Şərq Biznes Birliyinin baş meneceri Ablijiit
Panditin sözlərinə görə, FX modeli təqdimatından sonra 2008-ci il
ərzində 4000-dən çox satışı ilə GCC arasında ən çox satılan “İnfiniti”
modelidir.

“İnfiniti” brendində əsas onun üslubudur və biz inanırıq ki, yeni
Limited Edition FX–in seriyaları müştərilərə onların fərdiliyini ifadə
etməyə imkan verəcək.

İnfiniti FX Limited Edition modelinin satışının hal-hazırda yalnız ərəb
ölkələrində həyata keçirilməsinə baxmayaraq, bu il siyahıya
Azərbaycanın da əlavə olunması istisna deyil.

“İnfiniti” yaxın gələcəkdə Orta Şərq istehsal sıralarına, həmçinin
Limited Edition modellərinin başqa seçmə modellərini də daxil etmək
niyyətindədir.

Ayselka

Şərhlər:

  1. PRistupnIK dedi ki:

    ehhh hamiya qismet kimin xowu gelirsen ama salonu balacadi ee))

  2. BadBoy dedi ki:

    Yaxwi Mawindi Xowuma Gelir Yeri var!!!

  3. DaviDoFF dedi ki:

    4ox saol xebere gore.. birdenesin gele gedim alim e =)

  4. Ayselka dedi ki:

    Leonel-207,
    urek agrisina qalsa dost ele menimde ureyim agriyir ama maraqlidi ele xeberler qoymaga

  5. girl_from baki dedi ki:

    cox sag ol

  6. Leonel-207 dedi ki:

    cry men hec istemirem eyyyy bunu urek agrisi xeberleri axsham axsham ne olub axi dostikim???

    xebere gore cox sag ol!!!

  7. Ayselka dedi ki:

    tezeni gormemiwem ama buda pis deyil mence

  8. BalaM dedi ki:

    Ayselka coooox sagol give_rose

  9. BLACK STAR dedi ki:

    Ayselka

    bneyi gozeldi ee..sen bunun teze vupuskasini demirsen ee o daha efirdi…elada gedir…hele onun yerden goturmeyin demirem…amma xebere gore saol
  10. Melekcik dedi ki:

    4ooox sag ol xebere gore..isteyenlere qismet olsun

  11. Ayselka dedi ki:

    Amin.balacada olsa gozeldi olmuwam bu mawinda superdi[color=#3366FF]