Həzrəti İmam Hüseyn (ə.s) və Kərbəla faciəsi (1)

Həzrəti İmam Hüseyn (ə.s) və Kərbəla faciəsi (1)







İmam Hüseyin (Seyid-üş Şühəda), Əli (ə.s) və Peyğəmbər-i Əkrəmin qızı Hz. Fatimənin (ə.s) ikinci oğludur. Hicrətin dördüncü ilində dünyaya gəldi. Böyük qardaşı İmam Həsən Müctəba (ə.s) şəhid olduqdan sonra Allahın əmri və qardaşının vəsiyyəti üzərinə imamət mövqesinə çatdı.

İmam Hüseyin (ə.s) on il imamət etdi. Təxminən altı ay xaricində bu müddətin bütünü Müaviyənin xilafəti zamanında ən çətin şərtlər, acı-ağrılı vəziyyətlər və ən ağır təzyiqlər altında keçdi. Çünki həmin dövrdə dini qanunlar artıq cəmiyyətdə dəyərini itirmiş, hökumətin istəkləri, Allah və Rəsulunun istəklərinin yerini tutmuşdu.Həm də Müaviyə və dostları bütün mümkün yollara baş vuraraq Əhl-i Beyti əzib, Əlinin (ə.s) adını yox etmək istəyirdilər. Ayrıca Müaviyə, oğlu Yezidin özündən sonra xəlifə məqamına yüksəlməsi üçün əlindən gələni edirdi. Xalqın bir qismi Yezidin heç bir şeyə bağlı olmadığından onun xilafətinə razı deyillər idi. Müaviyə də müxalifətlərin çoxalmasını qarşısını almaq üçün daha çox təzyiqlərə əl atırdı.

İmam Hüseyin (ə.s) istər istəməz bu qaranlıq günləri keçirir və Müaviyə tərəfindən edilən hər növ mənəvi işgəncə və təzyiqlərə dözürdü. Hicrətin 60-ci ilində Müaviyə öldü və oğlu Yezid atasının yerində oturdu.

Beyət məclisi, Ərəblərin içərisində səltənət, imarət və sair əhəmiyyətli mövzularda bir ənənə idi. Cəmiyyət, xüsusilə tanınmış kəslər bu mövzularda sultana yaxud əmrə beyət əli verirdilər. Beyətin ardından itaətsizlik etmək o qövmə ar və zillət sayılardı. Eyni zamanda imzaladığı şeydən qaçmaq qəti cinayət və günah olaraq bilinərdi.

Müaviyə həyatdaykən tanınmış kəslərdən oğlu Yezidə beyət almışdı. Lakin İmam Hüseyinə (ə.s) toxunmayıb, onu oğluna beyət etməyə məcbur etməmişdi . Xüsusilə oğlu Yezidə vəsiyyət etdi ki “Hüseyin ibn Əli beyət etməzsə çox israr etmə və eləcə burax qalsın.” Çünki Müaviyə məsələnin nə ilə bitəcəyini ehtimal etmişdi.
Ancaq Yezid, qüruru və çəkinməməzliyi nəticəsi atası ölüncə onun vəsiyyətini unudub, Mədinə valisinə əmr verdi ki, İmam Hüseyindən mənim xilafətimə beyət etməsini istə, etməzsə başını Şama göndər.

Mədinə valisi Yezidin istəyini İmam Hüseyinə (ə.s) çatdırdıqda İmam ondan bu mövzuda düşünməsi üçün vaxt aldı və gecə ailəsini də götürərək Məkkəyə hərəkət edib İslamda rəsmi olaraq təhlükəsiz və zəmanətli yer olan Allahın Hərəminə (Məkkəyə) sığındı.
Bu hadisə, hicrətin 60-cı ilində Rəcəb ayının sonları və Şaban ayının əvvəllərində baş verdi. İmam Hüseyin (ə.s) təxminən dörd ay Məkkəyə sığınaraq yaşadı. Bu xəbər yavaş yavaş İslam ölkələrinə yayıldı. Bir tərəfdən Müaviyə dövründəki haqsızlıqlara razı olmayıb Yezidin xilafətinə qarşı çıxanlar İmam Hüseyinin (ə.s) yanına gəlib kömək edəcəklərinə dair söz verirdilər. Bir tərəfdən də İraqdan xüsusilə
Kufə şəhərindən əhali ardı-arası kəsilməyən məktublar göndərib İmam Hüseyinin (ə.s) İraqa gəlib Müsəlmanlara başçılıq edərək zülm və ədalətsizliyi yox etməsini təkidlə istəyirdilər. Əlbəttə bu vəziyyət Yezid üçün çox təhlükəli idi.

İmam Hüseyin (ə.s) həcc mövsümünə qədər Məkkədə iqamət etdi. Müsəlmanlar İslam ölkələrindən qrup qrup həcc əməllərini etmək üçün Məkkəyə axın etdilər. Bu vaxt İmam Yezidin onu öldürtmək məqsədiylə hacı qılığında bir qrup məmur göndərdiyi xəbərini aldı. Bunlar əməl əsnasında ehram altına gizlədikləri silahlarla İmam Hüseyini şəhid edəcəkdilər.

İmam Hüseyin (ə.s) həcc əməllərini yarıda kəsərək bir yığıncaqda qısa bir danışma etdi və İraqa hərəkət edəcəyini bildirdi.Və bu nitqində şəhid olacağını da xatırlatdı. Müsəlmanlardan onun köməyinə gəlmələrini və bu hədəf yolunda qanlarını vermələrini istədi. Sabahısı gün də Əhl-i Beyti və dostlarını götürərək İraqa doğru hərəkət etdi.

İmam Hüseyin (ə.s) beyət etməməyə qəti qərarlı idi. Bu yolda şəhid olacağını da yaxşı bilirdi. Ümumi fəsad cəmiyyətin xüsusilə İraqlıların iradəsizliyiylə güclənən Ümeyyə oğullarının böyük və qorxunc döyüş gücünün onu yox edəcəyini bilirdi.
Tanınmış kəslərdən bir qrup, İmamın yanına gəlib bu hərəkət və qiyamın təhlükəsini xatırlatdılar. Lakin Həzrət cavablarında belə buyurdu: “Mən beyət etməyəcəyəm. Zülm və fəsad hökumətinə boyun əyməyəcəyəm. Hara getsəm, harada olsam da məni öldürəcəklərini bilirəm. Məkkədən ayrılmamın səbəbi isə, mənim qanımın tökülməsiylə Kəbənin hörmətinin qırılmamasıdır. “

İmam Hüseyin (ə.s) Kufə yoluna qoyuldu. Daha Kufəyə bir neçə gündəlik yol varkən Kufədə Yezidin valisi tərəfindən, öz elçisinin və tanınmış əsl dostlarından birinin şəhid olub valinin əmri ilə ayaqlarına ip bağlanıb Kufə küçələrində gəzdirildiyini eşitdi.Kufə və ətraf bölgəsinin möhkəm nəzarətə alındığını və İmamla döyüşəcək böyük bir ordunun hazırlandığını eşidincə ölümdən başqa bir yol qalmadığını anladı.Bax eləcə burada şəhid olmaq üçün qəti qərar aldığını açıqca ifadə etdi. Kufənin təxminən olaraq yetmiş kilometr yaxınlarında Kərbəla adındakı bir çöldə Yezidin ordusu onları mühasirəyə aldı. Səkkiz gün burada qaldılar. Bu vaxt gündən-günə mühasirə halqası daralır və davamlı düşmənin sayı çoxalırdı.İmam (ə.s) çox az səhabələriylə birlikdə otuz min adamdan ibarət ordunun mühasirəsində qaldı və
Kufəyə doğru hərəkətini davam etdirdi
Bu bir neçə gün içində İmam Hüseyin (ə.s), ordusunun yerlərini nizamlayıb ona sadiq dostlarınının kimlər olacağını yoxlamağa qərar verdi.Bu məqsədlə səhabələrinə səsləndi. Qısa bir danışmada belə buyurdu: “Bizim ölüm və şahidlikdən başqa bir yolumuz yoxdur. Mən beyətimi sizdən qaldırdım. Getmək istəyən, gecənin qaranlığından faydalanıb özünü bu təhlükəli meydandan qurtarsın. Çünki onlar bir tək məni öldürmək istəyirlər.”

Daha sonra çıraqların söndürülməsini əmr verdi. Maddi məqsədlər üçün İmam Hüseyinə (ə.s) qaçışlanlar səhnəni tərk edib dağıldılar. Lakin haqq aşiqlərindən çox azı (40 adama yaxın) və Məni Haşimdən olan qohumları qaldılar və beləcə bayaqkı min nəfərdən cəmi 72 nəfər qaldı.

İmam Hüseyin (ə.s) ətrafında qalanları yığıb danışdı və belə buyurdu: “Sizdən hər kim istəsə gecənin qaranlığından faydalansın və özünü təhlükədən qurtarsın. Onlar bir tək məni istəyirlər.” Lakin bu dəfə İmamın vəfalı dostları bir-bir qalxıb, müxtəlif bəyanlarla cavab verdilər ki, biz heç bir zaman sənin rəhbər olduğun haqq yolundan dönməyəcəyik. Sənin təmiz ətəyindən qopmayacağıq. Və əlimiz qılınc tutana, qan damarımızdan axana qədər döyüşüb, sənin hörmətini qoruyacağıq.
Məhərrəm ayının doqquzuncu gününün sonlarında son təklif ( yəni ya Yezidə beyət ya da döyüş) düşmən tərəfindən İmama çatdı. Həzrət o gecəni ibadət üçün vaxt alıb sabahkı döyüşə hazırlandı.
Hicrətin 61-ci ili (miladi 683-cü ildə) Məhərrəm ayının 10-cu günü İmam, bir ovuc dostlarıyla saysız düşmən ordusu qarşısında saf çəkdilər və döyüş başladı.

O gün səhərdən axşama qədər döyüşdülər. İmam Hüseyin (ə.s), Haşimi gəncləri və sair dostları son adama qədər şəhid oldular. (Şəhidlərin içində İmam Həsənin (ə.s) iki kiçik oğlu, İmam Hüseyinin bir kiçik oğlu və daha qundaqda olan bir balasını da saymalıyıq.)

Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə.s) hərəmini yağma etdilər və çadırları atəşə verərək şəhidlərin başını kəsib paltarlarını çıxardılar. Cəsədləri dəfn etmədən Əhl-i Beyt əsirlərini təşkil edən sığınacaqsız qızları və qadınları, şəhidlərin başlarıyla birlikdə Kufəyə doğru hərəkət etdirdilər. (Əsirlərin içində kişi olaraq İmam Hüseyinin (ə.s) iyirmi iki yaşındakı oğulu dördüncü İmam Zeynelabidin (ə.s) ağır xəstə olaraq, bir də onun oğulu beşinci İmam Məhəmməd b. Əli və İmam Həsənin (ə.s) oğulu Həsən-ül Müsənna da vardı. Həsən-ül Müsənna döyüşdə ağır yaralı olaraq şəhidlərin içində qalmışdı. Lakin son anlarda diri olaraq tapıldı. Düşmən komandirlərinin birinin ərəbiliçiliyiylə başı kəsilmədi və əsirlərlə birlikdə Kufəyə apardılar.) Kufədən də Dimeşkə, Yezidin yanına aparıldılar.

Yezidin vəhşiliyi hətta o yerə çatmışdı ki, onun əmrilə İmam Hüseyn (ə.s) kəsilmiş mübarək başı onun qızı 6 yaşlı Səkinənin önünə qoyulmuşdu.Bu hərəkət atasının ölüm xəbərinin təsiri altında olan bu qızcığazın ölümünə səbəb olur.Bütün bunları edərkən Yezid bir an belə fikirləşməmişdi ki, bütün bunlardan Həzrəti Peyğəmbərin ruhu inciyə və narahat ola bilər.

Kərbəla vaqiəsi, qadınların əsir alınıb şəhərlərdə gəzdirilməsi, (əsirlər içində olan) Hz. Əlinin (ə.s) qızı (Zəynəb) və dördüncü İmamın Kufə və Şamdakı yığıncaq yerlərində danışdıqları Ümeyyə oğullarını rüsvay etdi və Müaviyənin illərcə apardığı təbliğatı təsirsiz buraxdı. Hətta Yezid, Kərbəlada məmurları əliylə edilən bu işlərdən özünü təmizləməyə çalışdı.Amma tarix heç nəyi və heç kimi unutmur, kimin kim olduğu hamıya bəllidir.

(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumlara məhəbbətdən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabını (mükafatını) artırarıq!” (Şura surəsi , 23-cü ayə)



BadBoy

Şərhlər:

  1. Single Girl dedi ki:

    chox sagol ellerine saglik Allah razi olsun!
    Bunlari bilmek vacibdir!

  2. BadBoy dedi ki:

    Rey Yazan Elleriniz Var olSUN…

  3. Cristi dedi ki:

    Hьseyn Məndəndir , Mən də Hьseyndənəm
    Həqiqətən Hьseyn nicat gəmisi və hidayət зırağıdır

    COXXXXXX SAGOL DOSTIK. ALLAH RAZI OLSUN angel

  4. balaca dedi ki:

    cox sagol ALLAH razi olsun

  5. SEVQILIM dedi ki:

    tewekkur maraxli xeber ucun

  6. DaviDoFF dedi ki:

    ALLAH razi olsun cox saol xebere gore..

  7. rihanna dedi ki:

    chox sagol…Allah razi olsun!

  8. Avtosh_227 dedi ki:

    Ilham eziyyetine gore cox sagol..

  9. nilgun dedi ki:
    Ilhamcikk coxx sagol..ALLAH razi olsunn wirin
  10. reyhan dedi ki:

    saq ol bu cox maraqli melumatdir eziyyet cekmisen twk

  11. Leonel-207 dedi ki:

    Allah razi olsun… bu barede genish melumatim var…eziyyete gore cox sag ol

  12. Lindsay_Lohan dedi ki:

    Allah razi olsuun