“Yağmurdakı pişik” (Hekayə)


http://upload.wikimedia.org/wikipedia/az/thumb/5/5f/Ernest.jpg/200px-Ernest.jpg

Bu kicin metnli hekaye menim seve-seve oxudugum Ernest Heminqueyin emeyinin mehsuludur.Men oxudum cox beyendim ve duwundum edebiyyat sever userlerimiz coxluq tewkil edir saytimizda.

Mehmanxanada sadəcə iki amerikalı qalırdı.Otaqlarına gedib-gələrkən rastlaşdıqları insanların heç birini tanımırdılar.Otaqları ikinci mərtəbədəydi,dəniz görünürdü.Müharibə abidəsi və park da görünürdü.Parkda böyük palmalar və yaşıl skamyalar vardı,yaxşı havalarda parkda həmişə bir rəssam olardı.rəssamlar palmaların biçimini, dənizə və parka baxan mehmanxanaların parlaq rənglərini sevərlərdi,italyanlar çox uzaqlardan müharibə abidəsini görməyə gələrlərdi.

Abidə bürüncdən düzəldilmişdi.Yağmurda par-par yanırdı.Yağmur yağırdı. Palmalardan sular damcılayırdı. Çınqıl yollarda kiçik göllər əmələ gəlmişdi. Yağmurda dəniz uzun bir çıxıntı halında sahildə çatlayır, yenidən gəlib çatlamaq üçün geri çəkilirdi.Avtomobillər,meydandan, müharibə abidəsinin yanından getmişdilər.Meydanın qarşı tərəfindəki kafenin qapısında bir ofisiant dayanıb, boş meydana baxırdı.

Amerikalı qadın pəncərədn çölə baxırdı.Çöldə düz onların pəncərəsinin altında, sular damcılayan yaşıl masalardan birinin altına bir pişik sığınmışdı.Pişik üstünə su damlamasın deyə büzülüb bir formaya düşməyə çalışırdı.

– Gedib bu pişikciyi götürəcəm,-dedi amerikalı qadın.

– Mən götürərəm, –dedi əri uzandığı yerdən.

– Yox, mən götürəcəm.İslanmamaq üçün masanın altında əlləşib-vuruşur

Əri yatağın ayaq ucundakı iki yastığın üstünə : ayaqlarını uzadıb, oxumağına davam elədi.

– İslanma,-dedi kişi.

Qadın aşağı endi, mehmanxananın sahibi, qadın onun otağının önündən keçərkən qalxıb əyildi.Masası otağının ən dibindəydi.Yaşlı bir kişiydi, çox uzun boyluydu.

– II piove- dedi qadın.

– Si, si Signora, brutto tempo.Hava çox pisdir.

Kişi yarıqaranlıq otağın ən dibindəki masasının arxasında ayaq üstə dayanmışdı.Qadın qocanı sevirdi.

Şikayətləri böyük bir ciddiyyətlə dinləməyini sevirdi.Ağır təbiətli olmağını sevirdi.Ona xidmət etmək istəməsini sevirdi.Böyük yaşlı üzünü, böyük əlllərini sevirdi.

Kişini sevərək, qapını açdı və çölə baxdı.Yağmur daha şiddətli yağırdı.Böyük yaxalıqlı bir adam kafeyə tərəf meydanı keçirdi.Pişik yəqin sağ tərəfdə bir yerdəydi.Saçaq altından gedə bilərdi.Qadın qapıda durarkən, arxasından bir çətir açıldı.Otaqlarına baxan xidmətçi qadın idi.

– İslanmayın – gülümsədi ,italyanca danışırdı.Şübhəsiz qadını mehmanxananın sahibi göndərmişdi.Xidmətçi üstünə çətir tuta-tuta qadın çınqıllı yoldan pəncərinin altına qədər yeridi.Masa ordaydı, yağmurda yuyulmuş, parlaq yaşıl olmuşdu,amma pişik yoxuydu.Qadın birdən tutuldu.Xidmətçi, qadına baxdı.

– Ha perduto qualque cosa,Signora ?

– Bir pişik vardı,”-dedi amerikalı qadın.

– Bir pişik ?

– Si,il gatto.

– Bir pişik ? – xidmətçi güldü. – Yağmurda bir pişik ?

– Hə,- dedi qadın, – masanın altındaydı -.Sonra, – Ah, elə istəyirdim ki, o pişiyi.Bir pişik istəyirdim.

Qadın ingiliscə danışmağa başlayanda xidmətçinin üzü dəyişdi.

– Gəlin, signora,”dedi.- İçəri gedək.İslanacaqsınız.

Çınqıllı cığırdan yeriyərək qayıtdılar,qadın qapıdan içəri girdi.Xidmətçi çətiri bağlamq üçün çöldə qaldı.Amerikalı qadın mehmanxana sahibinin otağının önündən keçərkən kişi masasından boylandı.Qadının içində bir şey tərpəndi,güclü və kiçik.Kişinin bu formada davranışından, özünü həm çox balaca,həm də çox önəmli hiss eləyirdi.Bir an özünü fövqəladə önəmli hiss elədi.Pilləkənlərdən çıxdı.Otağın qapısını açdı.Corc yataqdaydı,oxuyurdu.

– Pişiyi götürdün ?-deyə soruşdu, kitabı əlindən buraxdı.

– Gedib.

– Kim bilir hara getdi – dedi,gözlərinin yorğunluğunu alırdı.

Qadın yatağa oturdu.

– Elə istəyirdim ki, – dedi – Niyə bu qədər çox istədim, bilmirəm.Zavallı Pişikciyi çox istədim.Yağmurda zavallı bir pişik olmağın heç də xoş bir tərəfi yoxdu.

Corc yenə oxuyurdu.

Qadın qalxdı,paltar masasına,aynanın önünə,oturdu.Bir əl aynası götürüb baxdı.Profilini incələdi,əvvəl bir tərəfini sonra o birini.Sonra da boyunun və başının arxasını incələdi.

– Saçımı uzatmağı düşünürəm,nə deyirsən? -deyə soruşdu, təzədən profilinə baxaraq.

Corc başını qaldırdı,qızın ənsəsini gördü,oğlan uşağı kimi qısa kəsilmişdi.”Mən bu halını sevirəm.

– Mən bezdim, -dedi qadın – Oğlan uşağına oxşamaqdan bezmişəm.

Corc yataqdakı vəziyyətini dəyişdirdi.Qadın danışmağa başlayandan gözlərini ondan çəkməmişdi.

– Belə çox əlasan,-dedi.

Qadın aynanı masanın üstünə qoydu,pəncərəyə getdi.Hava qaralırdı.

– Saçımı bərk-bərk,dümdüz arxaya darayıb,hiss edə biləcəyim bir topuz yığmaq istəyirəm, – dedi qadın – Qucağında oturub-mən başını sığallayanda ,mırlıldayan bir pişiyim olsun istəyirəm.

– Nə? – dedi Corc yataqdan.

– Sonra süfrədə öz gümüş dəstim olsun,şamlar olsun istəyirəm.Sonra bahar gəlsin,saçımı çöldə bir aynanın önündə daramaq istəyirəm.Bir pişik istəyirəm,yeni paltarlar istəyirəm.

– Ay,sus, oxumağa bir şeylər tap – dedi Corc.

Arvadı pəncərədən baxırdı.İndi hava yaxşıca qaralmışdı və hələ palma ağaclarına yağmur yağırdı.

“Nə olursa-olsun bir pişik istəyirəm,”-dedi qadın.”Bir pişik istəyirəm.İndi bu dəqiqə bir pişik istəyirəm.Uzun saçlarım ya da başqa bir əyləncəm olmasa belə bir pişiyim ola bilər.”

Corc qadına qulaq asmırdı.Kitabını oxuyurdu.Arvadı pəncərədən çölə baxdı,meydanın işıqları yanmışdı.

Kimsə qapı döydü.

– Avanti – dedi Corc.Başını kitabdan aralayıb.Qapıda xidmətçi durmuşdu. Qucağında sallanan,bərk-bərk tutduğu üç rəngli bir pişik vardı.

– Bağışlayın – dedi – Patron bunu Signoraya verməyimi söylədi.

E-mənbə: http://www.alfa-e.com/?p=408(Dinimizde kimsenin haqqina girmek gunah emelleriden birisidir.Mehz buna gore yararlandigim menbeni de size teqdim etmeyi ozume borc bildim.)

aznetin_gozeli

Şərhlər:

  1. Cristi dedi ki:

    give_rose ILK REY MENDEN OLSUN. XEBER UCUN SAG OL DOSTIK. ELLERIN DERD GORMESIN!!!!!!!! BYE give_rose

  2. Avtosh_227 dedi ki:

    tewekkurler.elin-qolun var olsun…

  3. Badi_Seba dedi ki:

    tewekkurler

  4. Leonel-207 dedi ki:
    ellerin agrimasin.teshekkurler….
  5. BadBoy dedi ki:

    Dostik Cox sag Ol Allarina saglik…

  6. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  7. reyhan dedi ki:

    maraqli idi saq ol oxuyandan sonra gerek goz hekimine gedim!!!!!!!!!!!!!!!!

  8. Melekcik dedi ki:

    tewekkurler…………………..