Satanizm

 

Satanizm – şeytana ibadət Avropa ölkələrində geniş yayılmış inanclardan biridir.

Qərb ölkələrində dini tolerantlıq yüksək səviyyədə olasa da, bu cərəyan
leqal fəaliyyət göstərmir. Doğrudur, Avropada satanizmlə məşğul
olanların əməlində cinayət tərkibi yoxdursa cinayət məsuliyyəti də
daşımırlar.

Bir çox qaynaqlardan əldə etdiymiz bilgilərə görə satanistliyin başlıca
yaranma səbəbi diqqətsizlikdir. Bu və ya digər səbəbdən diqqətdən
yayınan övladlar özlərini artıq lazımsız hiss edirlər və belə inanclara
inanmaqla boşluğu sanki doldururlar.

Hər hansı qara libaslı varlığa, bəlkə də Şeytana xidmət edirlər. Pişiyə
nifrət edir, insanlarla az əlaqə qurur vaxtının çox hissəsini
qaranlıqda keçirdirlər. Əslində pisliyin və ya yaxşılığın tərəfdarı
deyillər. Eqoist olur həyatdan hər şey almağa cəhd edir özlərini hər
şeyin yaradıcısı hesab edirlər. İnam onlar üçün ikinci plandadır.
Satanistlər yalnız bir şey haqda fikirləşirlər-ölümdən sonra həyat var
və bu həyat yalnız onlara mənsubdur.

Satanistlər internetdə çox güclü təbliğat aparırlar. Bu təbliğat
nəticəsində onların inancını qəbul edənlərin sayı sürətlə artır.

Bu inancı qəbul edənlərin arasında yeniyetmə qızlar üstünlük təşkil edir.

Qloballaşma dövründə artıq qonşu ölkələrdə və Azərbaycanda da satanistlərin təbliğatına qoşulanların sayı artır.

Məsələn, Türkiyədə bu inanca meyil edənlərin sayı böyük sürətlə artır.
Valideynlər çıxılmaz durumda mətbuatdan, hökumətdən kömək istəyib
övladlarının onlara qaytarılmasında kömək istəyirlər.

Məsələn, Zeynəp Öncəl adlı bir ana iki qızının satanist olduğunu ürək
ağrısı ilə mətbuata açıqlayıb və kömək istəyib. «Qızımın birinin 38,
digərinin 19 yaşı var. Ataları öldükdən sonra bir müddət diqqətsiz
qaldılar. Bu zaman ərzində onlarda qəribə dəyişikliklər müşahidə etdim.
Qara geyinir, üzlərini tünd rəngə boyayır hər gecə hara isə gedirdilər.
Bir dəfə izlədim və gördüyüm mənzərə məni şoka saldı. Qızlarım qara
örtüklə mühasirəyə alınmış mağaraya girdilər. Çox qorxdum, qapıdakı
tünd əlbisəli birisindən onları çağırmağı xahiş etdim. Qızlarım çıxıb
məni görüncə döyməyə başladılar. Belə hallar artıq 1 ildir ki mənim
başıma gəlir. Xahiş edirəm övladlarımı əvvəlki normal həyata qaytarın».

Qeyd edək ki, Rusiyada da satanizm geniş yayılıb. Aleksandr Titov adlı
biri dostunun satanistliyə tutulmasını belə xatırlayır. «Dostumun
satanistliyə alüdə olması internetdən başladı. Qəribədir….:(

Ayselka

Şərhlər: