Rengli test

Rengli test

Aşağıda 8 rəng
var. Bu rəngləri ən sevdiyiniz rəngdən ən sevmədiyiniz rəngə doğru
sıralayın və 1-dən 8-ə qədər nömrələyin: mavi, sarı, qırmızı, yaşıl,
boz, qara, bənövşəyi və qəhvəyi…

Mavi:
Ahəngdarlığın və sədaqətin rəngidir. Maviyə ilk sırada yer verənlər
həssas, həmçinin əmin-amanlıq axtaran insanlardır. Həyatları həmişə
“nəzarət altındadır”. Problemsiz bir həyat arzusundadırlar və bunun
üçün çox şeyi fəda etməyə hazırdırlar. Adi həyatda olduğu kimi, ailə
həyatında da mühafizəkardırlar.
Əgər mavi rəng siyahınızda son
sıralardadırsa, bu, sizin monotonluğun əleyhinə olduğunuzu göstərir.
Həmçinin çərçivələr və ya məhdudiyyətlər də sizin üçün deyil.

Sarı:
Sarıya 2-ci, 3-cü və ya 4-cü sırada yer verənlər nikbin adamlardır.
Həyatı asan dərk edirlər və həmişə gələcəyə ümidlə baxırlar.
Problemlərdən uzaq olmağa çalışırlar. Ancaq bu, heç də onların tənbəl
olması demək deyil. Hətta sarıya birinci sırada yer vermisinizsə, bu
sizin çətinlikdən qorxmayan, qətiyyətli bir adam olduğunuzu göstərir.

Əgər sarı rəng siyahınızda axırıncı yerlərdədirsə, özünüzü ümidsiz və
təcrid olunmuş hiss edirsiniz. Tez-tez özünüzə qapılırsınız.

Qırmızı:
Yüksək arzular, həmçinin yüksək enerji deməkdir. Qırmızıya ilk sırada
yer verənlər qətiyyətli, enerjili adamlardır. Yaxşı lider olurlar.
İşləməyi bacardıqları kimi, yaşamağı da bacarırlar.

Əgər qırmızı rəng siyahınızda 7-ci və ya 8-ci sıralardadırsa, deməli, sizdə macəra arzusu çox azdır.

Yaşıl:
Dözümlülük və mühafizəkarlıq deməkdir. Əgər ilk rənginiz yaşıldırsa,
deməli, inadkar adamsınız. Həmişə uğur qazanmaq istəyirsiniz. Qiymətli
şeylərə sahib olmaq, hətta onları yığmaq meyliniz ola bilər. Tanınmaq
istəyirsiniz, ancaq uğursuzluqdan qorxursunuz.
Əgər yaşıl rəng
siyahınızda son sıralardadırsa, bu sizin qürurunuzun sındığını
göstərir. Sizdəki tənqidəmeyillilik də bununla bağlıdır.

Boz:
Bitərəf və neytral bir rəngdir. Əgər ilk rənginiz bozdursa, deməli, heç
kimdən asılı olmadan müstəqil olmaq istəyirsiniz. Hissləriniz,
düşüncələriniz hər dəqiqə dəyişə bilər. “Çoxluğun” içərisində əriməyi
sevmirsiniz. İşi görməyi yox, işi görənlərə tamaşa etməyi üstün
tutursunuz.
Boz rəngə son sırada yer verənlər isə, əksinə,
ünsiyyətə meyilli adamlardır. Kollektivçilik ruhu onlarda daha
güclüdür. Belə adamlar məqsədlərinə nail olmaq üçün bütün yolları
sınaqdan keçirirlər.

Qara: Qısa bir ifadə ilə “Yox!” deməkdir. Bu rəngə ilk sırada yer
verənlər (Hansı ki, bu çox nadir bir haldır) bədbin olsalar da,
qətiyyətli və inadkardırlar. Qara rəng siyahınızda ikinci, yerdədirsə,
məqsədləriniz, arzularınız üçün hər şeydən imtina edə bilərsiniz. Əgər
ilk rənginiz sarı, ikinci rənginiz qaradırsa, deməli, həyatınızda
əsaslı dəyişikliklər etməyə hazırlaşırsınız.

Adi halda qara rəngə son sırada yer verirlər və bu o adamın öz taleyi ilə barışdığını göstərir.

Bənövşəyi:
Daxili ziddiyyətlərin rəmzidir. Bənövşəyi rəngə ilk sıralarda yer
verənlər daha çox xəyalpərəst adamlardır. Belə adamlar intellektləri
ilə də başqalarından fərqlənirlər.
Bənövşəyi rəngə də qara rəng
kimi daha çox son sıralarda yer verirlər. Bu isə onların hər dəqiqə
həqiqətlə üzləşməyə hazır olduqlarını göstərir. Onları fərqləndirən
başqa bir cəhət isə möhkəm xarakterə malik olmalarıdır.

Qəhvəyi: Əgər
qəhvəyi rəngə ilk sıralarda yer vermisinizsə, bu sizin sağlamlığınıza
qarşı çox diqqətli olduğunuzu göstərir. Həmçinin belə adamlar narahat
xarakterləri ilə seçilirlər. Əgər qəhvəyi rəng orta sıralardadırsa
(məsələn, 4-cü və ya 5-ci sıralar kimi), deməli, sağlamlığınızla ancaq
lazım olduğu qədər maraqlanırsınız.
Əgər qəhvəyi rəng son
sıralardadırsa, deməli, sağlamlığınızla kifayət qədər maraqlanmırsınız.
Digər tərəfdən, güman etdiyiniz qədər sağlam olmaya bilərsiniz. Buna
görə də müayinədən keçsəniz, yaxşı olar.

Ayselka

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    thanks za novost fellow

  2. Ayselka dedi ki:

    men mavi rengi daha cox xowlayiram

  3. love_krasotka dedi ki:

    Qırmızı winked winked