Bodrum Turkiyyenin en gozel weheridi

Bodrum Turkiyyenin en gozel weheridi

Bodrum

Məqbərə
Bodrumun qədim abidəsidir. Onu II Artemiziya həyat yoldaşı çar
Mousolusun şərəfinə tikdirmişdir. Bu məqbərə qədim dünyanın
möcüzələrindən biri sayıla bilər. Hündürlüyü 50 metrə çatır. Bodrumda
ən məşhur yer müqəddəs Pyotr sarayıdır. Sarayın tikilməsi 1400-cü ildə
başlayıb.

Amfiteatr Bodrumun böyük keçmişinin şahidi kimi hələ də
qürurla dayanmaqdadır. Dağın enişində yerləşən bu teatr Ellin dövründə
tikilib və 13 000 nəfərlik tamaşaçı üçün nəzərdə tutulub. Teatr üç
ayrı-ayrı seksiyalardan ibarətdir: auditoriya və orkestr üçün yerlər və
səhnə. Mindos qapıları Bodrumun qərb hissəsində yerləşir. Bu qapılar
Qalikarnasa (Bodruma) iki girişdən biri idi. Həmçinin, şəhərin
divarlarının bir hissəsini təşkil edirdi. Bundan başqa, bu qapılar
Makedoniyalı İsgəndərin Qalikarnasa yürüşü zamanı böyük rol oynayıb.
İsgəndər şəhəri işğal etmiş, bütün binalar dağılmışdır. Təkcə
məqbərədən başqa.

Qədim
Bodrum şəhərinin zəngin tarixi var. Keçmişdə bu şəhər Qalikarnas
adlanırdı. Kariya hökmdarı Mavsol bu şəhəri öz ərazisinin paytaxtı
edib. Mavsolun adı möhtəşəm Qalikarnas məqbərəsinin sayəsində
məşhurlaşıb. Bodrumun ən tanınmış sakini Herodot tarix elminin atası
hesab olunur. Bodrum və Hümbet yarımadanın çarı və şahzadəsi hesab
olunur. Bodrum və Hümbet arasında Bardakçı buxtası yerləşir. Burada
əfsanəyə görə, gözəl pəri Salmakis yaşayıb. Günlərin bir günü o,
Afrodita və Hermesin gözəl oğluna vurulur. Eşqə düşən bu gözəlin əzab
və iztirabları o qədər ağır olub ki, tanrılar onların həm ürəklərini,
həm də bədənlərini birləşdirmək qərarına gəliblər. Elə buradan da
“hermofrodit” anlayışı yaranıb. Bodrumun adının yaranma tarixi də
olduqca maraqlıdır. Orta əsrlərdə Rodos adasından olan cəngavərlər
tərəfindən Müqəddəs Pyotr qalası tikilir. Yunan dilində bu qala
“Petroinion” adlanırdı. Şəhərin əvvəlki adı – Qalikarnassos – artıq
istifadə edilmirdi və bu səbəbdən şəhərə qalanın adı verilmişdir.

Çimərliklər

Bodrumun yaxınlığında yerləşən Hümbet çimərliyinə “dolmuş” adlandırılan
taksilərlə getmək olar. Əlbəttə, burada ekskursiya üçün ən yaxşı vasitə
gəmi ola bilər. Öz qaynar bulaqları ilə məşhur “Qara ada”nı, Ortakənd
çimərliyini və heyranedici Akvariumu məhz gəmi ilə gəzmək rahatdır.

Mağazalar

Mağazalar Saray və Atatürk prospektində yerləşir. Əsl Şərq təsiri
bağışlayan zəngin çeşidli mallarla dolu, səs-küylü ticarət mərkəzidir.
Burda bahalıqdır, qiymətlər “od tutub yanır”. Sənətkarlar dəri
məmulatları hazırlayıb satırlar. Bodrumda, həmçinin, ucuz qiymətə təbii
yerli “dəniz dibinin qızılı” adlanan dəniz liflərini əldə edə
bilərsiniz. Türkiyə bir çox dünya ölkələrini dəniz lifləri ilə təchiz
etməkdə birinci yeri tutur.

 Serfinq, vinserfinq

Müasir və istirahət zonası olan şəhər sayıldığından Bodrumda idmanın
bir çox növlərilə məşğul olmaq üçün şərait yaradılıb. Burada tez-tez,
əsasən də günün ikinci yarısında sərin küləklər əsir. Bütün dünyanın
serfinq həvəskarlarının ziyarət yeri Bodrumdan qərbdə yerləşən Hümbet
körfəzidir. Burada, həmçinin, vindserfinq, yelkənli qayıq idmanı,
sualtı üzgüçülük, su xizəyi kimi idman növlərilə də məşğul olmağa gözəl
şərait var.

Yaxtinq

Yaxtaların kirayəsi şəhər
xəzinəsinin əsas gəlir mənbəyidir. Minə yaxın yelkənli qayıq daim
dənizə çıxır, maraqlı mənzərə yaradır. Nisbətən böyük yaxtaların isə öz
xüsusi heyəti olur.

Ayselka

Şərhlər:

  1. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram!!!

  2. AYSANKA dedi ki:

    dostikim cto xocew to i ya budu delat.qulluqundam winked

  3. MILAQROS dedi ki:

    love Ayselka, love
    orda kim olmaq istemez ki…gedey?

  4. love_krasotka dedi ki:

    Sitat: Ayselka
    Men burda olmaq isdeyirem nece edim………


    Заказ элия билярсан интернете fellow

  5. Ayselka dedi ki:

    Men burda olmaq isdeyirem nece edim……… what [color=#3366FF]

  6. CooL_Man dedi ki:

    ela şeherdir teshekkurler