11 yaşlı oğlan atasının hamilə sevgilisini öldürdü


 

Uşaq 26 yaşlı qadını ov tüfəngi ilə başından
vurub

ABŞ-ın Pensilvaniya ştatında
dəhşətli qətl törədilib. 11 yaşlı oğlan atasının 8 aylıq hamilə olan sevgilisini
odlu silahla qətlə yetirib.

Lent.az-ın məlumatına görə, Cordan Broun
adlı uşaq hadisəsini 26 yaşlı qadın yatarkən törədib. O, atasının oğluna ova
gedərkən istifadə etməsi üçün aldığı xüsusi hazırlanmış silahla qadını başından
vurub və analığı aldığı xəsarətdən hadisə yerində keçinib.

Bundan sonra
Cordan heç bir şey olmamış kimi məktəbə yollanıb. Onun 4 yaşlı bacısı analığının
meyitini yataq otağında görüb və yaxınlıqdakı odunçulara, onlar isə polisə xəbər
veriblər.

Cordan polisə ilk ifadəsində cinayəti etiraf etməyib, evdən
çıxarkən yaxınlıqda qara rəngli maşının olduğunu deyib. Ancaq sonradan həqiqəti
etiraf etməyə məcbur olub.

Uşağın cinayəti törətməsinin səbəbi hələlik
müəyyənləşməyib, ilkin ehtimallara görə, o, analığını qısqanclıq zəminində
öldürüb. 11 yaşlı oğlanın böyük adamlar kimi mühakimə olunacaq.

Ayselka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    belay vaaaaaaay neler olur?!
  2. Ayselka dedi ki:

    eceb edib yazig o uwagin gununeye ama emnce yerinde edib ama gerek atasin oldureydiye birinci o[center][color=#3333FF]

  3. korennoy_bakinec dedi ki:

    belay twk!!

  4. esmeralda dedi ki:

    aaaa kawmarrrrrrr

  5. BLACK STAR dedi ki:

    uydaaa maraqlidi…