Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

 

Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

Elektron
məktəb layihəsinin tətbiqi üçün 18 milyon yarım manat ayrılıb

Bakının 20
orta məktəbinə xüsusi kameralar quraşdırılacaq. Bu barədə Təhsil Nazirliyi
nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
rəisi Samir Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla da sinif
otaqlarında keçirilən bütün dərslər, həmçinin müəllim-şagird münasibətləri
birbaşa Təhsil Nazirliyinin nəzarətində olacaq.

«2008-2011-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət
proqramı» çərçivəsində nəzərdə tutulan pilot məktəblərə kameraların
quraşdırılması gözlənilən nəticəni versə, digər paytaxt və rayon məktəblərində
də bu sistemə qoşulacağı planlaşdırılır. Artıq kameraların quraşdırılacağı
məktəblərin əksəriyyətinə avadanlıqlar alınıb. Layihənin həyata keçirilməsinə
isə dövlət büdcəsindən ötən il 8 milyon yarım manat ayrılmışdısa, bu il elektron
məktəb layihəsinin tətbiqi üçün 18 milyon yarım manat ayrılıb.

Valideyn və
şagirdləri elektron məktəb layihəsi çərçivəsində daha bir maraqlı yenilik
gözləyir. Samir Məmmədovun sözlərinə görə, artıq şagirdlərin aldığı qiymətləri
valideynlər birbaşa internetlə öz iş yerlərində və evlərində görə
biləcəklər.

Elektron məktəb layihəsində eyni zamanda elektron lövhələr də
quraşdırılacaq. Artıq həmin lövhələrdən istifadə edən məktəblər var. Elektron
lövhələri adi yazı taxtasından fərqləndirən cəhət isə burada şagird və
müəllimlərin yazdıqları yazıların kompüterin yaddaşına verilməsidir. Şagirdlər
həmin tapşırığı evdə də açıb oxuya biləcəklər. Bu avadanlıqlardan istifadə etmək
üçün müəllim və şagirdlər üçün xüsusi təlim kursları da keçirilir. Belə ki,
2005-2008-ci illər ərzində 20 minə yaxın müəllim artıq təlim kursları
keçib.

Qeyd edək ki, paytaxtın iki məktəbində, Avropa litseyi və 23 saylı
orta məktəbdə elektron məktəb layihəsinin cüzi bir hissəsi artıq tətbiq olunmağa
başlayıb və yaxşı nəticə əldə olunduğu bildirilir. Ötən il 10 məktəbə kamera
quraşdırılması nəzərdə tutulurdusa, bu il elektron məktəb layihəsinə daha 10
təhsil müəssisənin qoşulması qərara alınıb.

Ayselka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    bu haqda ewitmiwem twkler
  2. fanya_ya dedi ki:

    thanks to information

  3. BadBoy dedi ki:

    Super Cox sag Olun!!!

  4. esmeralda dedi ki:

    thanksssss

  5. MILAQROS dedi ki:

    korennoy_bakinec,
    wink wink wink
    forgenc

  6. korennoy_bakinec dedi ki:

    bu kameranin birinide azneft kuruqunda gormuwem wink