YAĞIŞIN OLACAĞAM

YAĞIŞIN OLACAĞAM

Yağışın olacağam. Yağışın olub hər dəfə yağacam sən darıxanda. Mənə baxacaqsan pəncərəndə. Seyr edəcəksən məni. Sevəcəksən məni. Xəyallara dalacaqsan.. Mənə toxunmaq istəyəcəksən. Əllərini pəncərədən çıxarıb toxunacaqsan. Damla-damla məndə sənə toxunacam. Daha da yaxın olmaq istəyəcəksən. Damlalarımla islanmaq istəyəcəksən. Dahada sürətli yağacam. Yağacam, süzüləcəm yanaqlarından. Üşüyəcəksən. Damlalarımla isidəcəm səni. Yağışın olacağam. Pəncərənə yağacam. Adımı yazacaqsan pəncərənə.

Ürəyindən çıxıb gəzmək keçəcək. Gəzəcəksən. Məndə sənlə bir gəzəcəm. Narın-narın yağacam. İslanacaqsan. Göylərə baxıb sevgimə vurulacaqsan. Məni yox səni sevməyimi sevəcəksən. Mənsizliyə darıxacaqsan. Gözlərin dolacaq. Ağlayacaqsan. Göz yaşlarını siləcəm damlalarımla. Oturub bir anlıq keçən günlərimizi düşünəcəksən. Yenə mənsizliyə darıxacaqsan. Əvvəlki günlərimizə dönmək istəyəcəksən. Gec olduğunu anlayacaqsan. Dahada güclü yağacam. Heyran olacaqsan mənə, sevgimin hələdə var olduğuna inanacaqsan.

Titrəyirsən. Kəsəcəm, daha yağmayacam. Toxunmayacam daha sənə, süzülməyəcəm yanaqlarınnan. Daha çox darıxacaqsan. Yenə yağmamı istəyəcəksən. Məni seyr etmək istəyəcəksən, mənə toxunmaq istəyəcəksən. Yenə pəncərəndən məni izləmək istəyəcəksən. Daha yağmayacam.

Düşünməki bir gündə başqası üçün yağacam, başqasının yağışı olacam. Yox! Mən ancaq sənin yağışın olacağam. Həmişə sənin üçün yağdım. Səni sevdiyim üçün yağdım. Səni izləmək üçün yağdım. Mənə toxunduqca məndə sənə toxundum. Damlalarımla tutdum əllərindən. Damlalarımla öpdüm səni.. Damlalarımla tumarladım saçlarını. Pəncərədən məni izləyəndə məndə sənə baxdım. Mənsizliyə ağlayarkən məndə sənsizliyə ağladım. Yağışın oldum. Sənə yaxın oldum. Səni hər damlam qədər sevdim. Qorxdum xəyallarını yuyub aparmağımdan. Narın-narın sanki nəğmə kimi yağdım. Yavaş-yavaş saçlarında qurudum. Məni sənə xatırlatdığı üçün küsmə yağışdan. Mən xatirəyə çevrilən damcılar oldum!

qeribelik

Şərhlər:

  1. BadBoy dedi ki:
    Cox sag Ol Dostikim Allarina Saglig Supoerdi Maragli idi ….
  2. qeribelik dedi ki:

    Sitat: NiCoLeee
    Bashqasinin eziyyetini oz adiniza kechirmisiniz.mee maraqlidir ki insan oz hissini ozu yaza bilmez?ne hiss edirsinizse yazin da bele chetindir?

    1) SENLİK DEYİL.2)BİLDİYİNİ DANIS.YERİ YOXDU

    Sitat: TcAZER
    xebere gore tewekkur

    SHERHİN UCUN TSK

    Sitat: Aynur_az
    Cooooox saq ol bacim prosta suuuuper


    BUYUR BACIS.

    Sitat: Leonel-207
    COX SAG OL XEBERE GORE TESHEKKURLER>>>>>….


    BUYUR MENİM DOSTUM

    Avtosh_227,
    REY YAZAN ELLERİN VAR OLSUN.TSKLER

  3. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  4. Cristi dedi ki:

    SAG OL BACIWKO. MARALI IDI. applause ELLERIN DERD GORMESIN

  5. NiCoLeee dedi ki:

    Bashqasinin eziyyetini oz adiniza kechirmisiniz.mee maraqlidir ki insan oz hissini ozu yaza bilmez?ne hiss edirsinizse yazin da bele chetindir?

  6. Lindsay_Lohan dedi ki:

    MENE SENIN GUNESIN OLACAM

  7. TcAZER dedi ki:

    xebere gore tewekkur

  8. Melekcik dedi ki:

    4ooooooox sag ol bacish qewengdi

  9. ZveZdoCka dedi ki:

    Dьşьnməki bir gьndə başqası ьзьn yağacam, başqasının yağışı olacam. Yox! Mən ancaq sənin yağışın olacağam. Həmişə sənin ьзьn yağdım. Səni sevdiyim ьзьn yağdım. Səni izləmək ьзьn yağdım.

  10. _Aynur_ dedi ki:
    Duwunmeki bir gunde bawqasi ucun yaqacam,bawqasinin yaqiwi olacam…YOX!!!!!

    Cooooox saq ol bacim prosta suuuuper

  11. Decel_Kiz dedi ki:

    Movzuya gore tewekkur.Eladi bayaca

  12. Leonel-207 dedi ki:
    COX SAG OL XEBERE GORE TESHEKKURLER>>>>>….

    Məni sənə xatırlatdığı ьзьn kьsmə yağışdan. Mən xatirəyə зevrilən damcılar oldum!

  13. Avtosh_227 dedi ki:
    tewekkurler dostik.ellerin var olsun…
  14. МиниК_Сердце dedi ki:

    coxxxxxx romantik