BÖYÜK PEŞİMANÇILIQ

BÖYÜK PEŞİMANÇILIQ

Vücudumuzun bir yeri cızılmadıqca, kəsilmədikcə necə başa düşmürüksə canımızın incinəbiləcəyini, peşmanlığın sızıltısı olmadan da anlamırıq içimizdə gizli olan məsumiyyətin varlığını. Səssizcə axıb gedən suyun qarşısına çıxan bir qaya kimi vicdanımız da günahlarımızın qarşısını kəsir bu zaman.
Əzablar fırtınalar qatar məsum bildiyimiz həyatımıza. Özümüzü məsum və günahsız, səhvsiz və qüsursuz bildiyimizdə qalınlaşan, qalınlaşdıqca da ruhumuzu səssizliyə həbs edən dəmir pərdəni yıxar günahlar.
Günahlar üzərinə qurduğumuz “möhtəşəm saray”ın artıq yıxılmaq üzrə olduğunu xəbər verər içimizdə yüksələn “ah!”lar. Günahlarımızın bizə verdiyi xəcalət dolu anlar çoxaldıqca qürur qalamız çökməyə başlayar.
Peşimanlığın o “şirin” dadı, əqrəb kimi sancması xəcalətlə tanış edər bizi. Xəcalətlə tanış olduqda, utanıla bilən tərəfimizlə, içimizdə səssizcə gözləyən vicdanımızla görüşərik ilk dəfə.
Qucağımızda heç dayanmadan ağlayan körpə kimi, elə hey ahu-zar edən xəstə kimi taparıq peşimanlığı. Nə inkar edə bilər, nə unuda bilər, nə təskinlik verə bilərik.
Buraxaq elə qalsın! QANASIN! SIZILDASIN! AĞLASIN!
Öz gözümüzün içinə baxdığımızda o dəqiqə üzünü göstərib utandırsın bizi.
SIZILDAMASINA EHTİYACIMIZ VAR PEŞMANLIĞIN!
HEÇ QANATMASAYDI GÜNAHLAR QƏLBIMIZI?!
PEŞMANLIĞIN SIZILTISI YAPIŞMASAYDI YAXAMIZDAN?! BƏS ONDA NECƏ?!
Yaxşı ki elədir……
Xəstəliyinin nə olduğu bilinməzsə hansı ağrı kəsicinin xəstəyə veriləcəyi, dərdinə nəyin çarə olacağı bilinməz. Həm də ağrısı olmasa xəstə çarə axtarmaz. Ağrıdan qıvrılmazsa onu nəyin incitdiyini bilməyə çalışmaz, bu cür əziyyətə qatlanmaz.
Peşimanlığın da sərt daşlar kimi dəyməsi gözlənilir ayaqlarımıza. Heç bitməyən qışlar kimi soyuq buzlar vurması gözlənilir üzümüzə ki, günahlarımızı görək, özümüzün özümüzə nə etdiyimizi anlayaq….
Nə qədər çox səhv etsək də, sonsuz, sərin bir okeanın maviliyində kirimizi, pasımızı, ləkəmizi heç kimə göstərmədən yuya bilmək ümidini verər bizə peşimanlığımız.
Hər şeyi silib başdan başlamaq lazım olar bəzən. Həyatı sıfırlamaq. Bəzən başdan sevmək ehtiyacı olar içimizdə. Hər şeyi unudaraq.
Başdan başlama istəyi ilə bağışlanılmanın boynuna sarılarıq peşimanlığımızla. Yenidən sevib-sevilmək adına, yenidən həyata ümidlə baxa bilmə adına həyatın qucağına buraxarıq göz yaşlarımızı.
Sızıldayan vicdanımızla, utanan üzümüzlə, ağlayan gözümüzlə, titrəyən dodağımızla həqiqətən içimizdən gələn bağışlanma istəyi təqdim edər bizə peşimanlığımız.
Bəs heç olmasaydı peşimanlığımız?
Heç yandırmasaydı canımızı?
Onda ağrı hiss etməyən xəstələr kimi daxilən yavaş-yavaş əriyərdik, yox olardıq, sonumuzun nə olacağını bilmədən faciəli bir şəkildə.
Biz qorxuruq peşimançılıq hissləri keçirməkdən. Amma bir an olsun düşünün, bu peşimançılıq edilən səhvlərin, günahların bir daha təkrar olunmaması üçün bizi özümüzə gətirən, bizi silkələyib ayıldan, gözümüzü açan duyğudur.

qeribelik

Şərhlər:

  1. qeribelik dedi ki:

    Səssizcə axıb gedən suyun qarşısına зıxan bir qaya kimi vicdanımız da gьnahlarımızın qarşısını kəsir bu zaman.
    BU CUMLE COOX MENALIDIR.

  2. qeribelik dedi ki:

    REY YAZAN HER KESE TSKLER

  3. Suphenallah dedi ki:

    eN PEWMAN OLDUGUN BIR SADECE BIR HEREKETIM OLUB INWALLAH BAGISLANARAM ONDAN QALANI MENIMCIN BOWDU

  4. Lindsay_Lohan dedi ki:

    hec kime pesmanciliq arzulamiram

  5. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  6. girl_from baki dedi ki:

    PESMAN DA OLMUSAM. AMA ESAS SEHVLERDEN NETICE CIXARMAQDIR. BUNA GORE PESMANCILIGA DEYMEZ

  7. Avtosh_227 dedi ki:

    qeribelik,
    dostikim hemin kese qarwi hemin sehvleri nece defe etsem pewman olmaram qurban sene.cunki,hemin kese nece defe o hereketi etsem azdir.hecde pewman olmaram daha.

  8. Leonel-207 dedi ki:

    heyatdir olanda-olur…ele insan yoxdur ki,nese bir hereketine peshman olmasin…amma SONRA KI,PESHMANCILIQ FAYDA VERMEZ… COX YAZARDIM AMMA ARTIQ NESE YAZMAGIMA MENCE EHTIYAC YOXDUR ….XEBERE GORE COX SAG OL MOVZU UCUN TESHEKKURLER….

  9. Single Girl dedi ki:

    cox sagol wirinim 3il bundan qabag etdiyim sehve gore ele pewmanamki:(((((((((

  10. BadBoy dedi ki:
    Gunel Cox sag Ol Allarina saglik Cox Maragli idi….
  11. qeribelik dedi ki:

    Avtosh_227,
    BEYENMENE SEVİNDİM QAQAM.PESİMANCILIQ İNSANİ KEYFİYYETDİR.PESİMAN OLURSANSA,DEMELİ SEN DE BİR UREK GEZDİRİRSEN.HEC VAXT PESİMAN OLMAGINA PESİMAN OLMA.CUNKİ DAHA COOX SEHVLER EDERSEN.REY UCUN TSK

  12. Avtosh_227 dedi ki:
    bax dostikim bu xeber menim ureyimden vurdun.men hardasa 4-5 gun bundan evvel cox pewman olmuwdum etdiyim bir herekete gore.hemde hedsiz derece cox pewman olmuwdum.amma indi etdiyim o herekete gore semimi qelbden deyirem hec pewman deyilem.cunki,layiq imiw o herekete.pewman olmaga deymezmiw.eksine biraz da artigini etmeli imiwem.amma az etdim.ne ise.xeberine gore sene derin tewekkurmu bildirirem dostik.cox beyendim.heqiqeten cox beyendim.cox sagol…
  13. МиниК_Сердце dedi ki:

    MENALIDIR