13 yaşlı qız ciyərini xəstə atasına vermək üçün intihar etdi…
13
yaşlı çinli qız öz ciyərini vermək bahasına da olsa, xərçəng xəstəsi
olan atasını xilas etmək üçün intihar etmək istəyib. CNN-ə
istinadən verdiyi məlumata görə, hadisə yanvarın 24-də Çinin şərqindəki
Tszyansu vilayətində baş verib.
13 yaşlı Çen Cin təsadüfən
anasının çantasında tibbi arayış tapıb. Həmin arayışda onun atasının
qara ciyər xərçəngindən əziyyət çəkdiyi yazılıbmış. Diaqnozda qeyd
edilib ki, Çen Cinin atasının ömrünə 3 ay qalıb.
Şoka düşən uşaq
intihar etmək üçün 200-dən çox yuxu həbi içib. Anası həyat yoldaşının
yatdığı xəstəxanadan qayıdan zaman qızını və onun ölümqabağı yazdığı
məktubu aşkar edib: Ana, artıq sizinlə qala bilməyəcəyimdən çox
təəssüflənirəm. Xahiş edirəm, mənim qara ciyərimi atama verin və onu
xilas edin.
Qızcığazı huşsuz vəziyyətdə atasının yatdığı
xəstəxanaya çatdırıblar və intensiv terapiya şöbəsinə yerləşdiriblər.
Həkimlər bildirilər ki, qızı xilas etmək mümkün olsa belə, plastik
cərrahların köməyi tələb olunacaq. Çünki çarpayıda huşsuz vəziyyətdə
yatan Çen Cinin bədəni elektrik örtüyündən yanıb.
Qızcığazın məktubundan: Ana, ciyərimi atama verin və onu xilas edin!
Yenilənib:
Ana, ciyərimi atama verin və onu xilas edin!
heyat cox qeribedi ee
esq olsun ele usaqa
Eledide!!!