Derinizin Saglamliginin Sirleri
Əgər
üzünüzün dərisinin həmişə təravətli olmasını istəyirsinizsə, çoxlu çiy
tərəvəz və tərəvəzli xörəklər yeyin. Həmçinin meyvə və tərəvəz
vasitəsilə orqanizm külli miqdarda vitaminlər, qlükozidlər, mineral
duzlar və s. qiymətli maddələr alır. Onu da qeyd etmək lazımdır ki,
bədəndə bu maddələrin çatışmaması ağır xəstəliklərə səbəb ola bilər.
Məsələn, «A» vitamini çatışmadıqda, dəri quru və kobud olur,
elastikliyini itirir, əllərin və ayaqların dərisi yarılır, tez
zədələnir və s.«A» vitamini – yerkökü, qovun, pomidor, ispanaq, göy
noxud, ərik, həmçinin balıq yağı, kəsmik, qaraciyər və yumurtada
olur.Tərkibində «A» vitamini olan ərzaq məhsulları işıqlı yerdə
saxlanılmamalı və çox isti su ilə yuyulmamalıdır.«B» qrupu
vitaminlərinin orqanizmdə çatışmaması saçların tökülməsinə və gec
böyüməsinə, dəridə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb
olur.«B» vitamini – süddə, qara çörəkdə, qozda, göbələkdə, xüsusilə,
mayada, qaraciyərdə, pendirdə, tərəvəzdə daha çox olur.
Zədələnmiş dərinin bərpasında, üzə ləkə düşdükdə və eləcə də,
qocalmanın qarşısının alınmasında «S» vitaminindən geniş istifadə
edilir.«S» vitamini – qarağatda, kartofda, duzlu kələmdə, limonda,
həmçinin göyərtidə, meyvə və giləmeyvələrdə də çox təsadüf
olunur.Tərkibində «S» vitamini olan məhsullardan hazırlanmış xörək
süfrəyə verilən vaxt bişirilsə, daha yaxşı olar.
Yenilənib:
Ayselka cпасибо))
mene ele gelirki tebiyetde gezseler,uzunu seher му axwam yusalar.hec bir problemide olmaz.
men bildiyime gore
Super chox saq ol….
AYSELKA tsk
tsk bacim