TenhA Agac

TenhA Agac

Uzaqlarda , çox uzaqlarda , sirli bir məkanda , tənha bir dərənin üstündə bir ağac vardı.
Amma sonsuz idi o, tənha idi ; nə bar verirdi, nə yaşıllaşırdı.
Kimsəsiz idi o bu zalım dünyada ; nə yoxlayanı vardı, nə yada salanı.
Yaz keçdi tənha qaldı, yalqız qaldı
Yay bitdi qəhərləndi , qüssə çəkdi, dərd çəkdi
Payız gəldi xatırlandı , ziyarətinə gəlindi. Parçalandı, doğrandı…
Qış uzunu üşüdü, üşüdü …
Yaz əvvəli gülüşlər gəldi , gülüşlər yaxınlaşdı. Bir budaqdan ip asıldı. Gülüşlər ucaldı, sevinclər çoxaldı, şənlik içıq saçdı. Günəş batdı, gülüş getdi, şənlik itdi…
İllər keçdi, illər ötdü. O tənha dərədəki tənha ağac doğrandı, doğrandı… Axır bir kötük qaldı, bir də tənha dərə.
Yay ortasında uzaqdan bir çəlik göründü. O çəlik irəllədi, üzünü tənha dərəyə tutdu, irəllədi. Dərəyə çataçatda yavaşıdı , titrədi . Oturdu. Naxışlı dəsmal alnı sildi, boynu sildi. Yorğunluq quş oldu uçdu. Çəlik durdu, yolun tutdu …
İllərlə o tənha dərədə , tənha qaldı. Onun qiyməti bilinmədi.
Parçalandı, doğrandı. Onun qiyməti bilinmədi.
Qış uzunu sobadakı istisinə qızınıldi. Onun qiyməti bilinmədi.
Yaz əvvəli şənliyə, gülüşə səbəb oldu. Onun qiyməti bilinmədi.
Yay sonunda yorğunluq çıxardı. Onun qiyməti bilinmədi.
Vaxt gələcək xatırlanacaq, zaman gələcək onun qiyməti bilinəcək. Bax bir saniyə keçdi . Biri də… Biri də…



Reylerinizi Bildirmeyi Unutmayun…

DaviDoFF

Şərhlər:

  1. Suskun-Ruh dedi ki:

    meni atan kimi onuda atiblarrr))))))))

  2. Suphenallah dedi ki:

    Cox sade bir cavab SADECE ONDAN ISTIFADE EDIBLER bezi inasanlar kimi
    tesekkuler

  3. Kor_Yolcu dedi ki:

    Dushundurucu bir hekaye idi. Amma bir gercek de var ki, onu da, ashagida yazmisham:
    Bu hekaye dushunen beyinler ucundur, cunki tenha agac hec bir zaman tenha olmur… Axi, onun tenhaligi var…
    Ugurlar, DaviDoFF!..

  4. MaDzFoRSaKeN dedi ki:

    chox geweng yazilib sozleri…tenhalig dordanda pis sheydi adam depressiyaya dushur…chox saol Rehmanchik… wirin

  5. DaviDoFF dedi ki:

    Rey yazan ELLeruvuz var olsun..

  6. BadBoy dedi ki:

    gagaw Cox sag Ol Ellerine saglig Ellerin agrimasin..

  7. Cristi dedi ki:

    Sag ol. ellerin agrimasin

  8. PRistupnIK dedi ki:

    qaqulya belke seni yawillawdirma idaresine duzeldey bekar qalmisan )))) sagol maragli idi

  9. Avtosh_227 dedi ki:

    cox sagol.ellerin derd gormesin.minnetdaram…

  10. girl_from baki dedi ki:

    cox gozel hekayedi coox tesekkur

  11. Rena_786 dedi ki:

    спасибо за новость.
    parcalandi,dograndi,tenha…. жалко стало.((((

  12. _Aynur_ dedi ki:
    TEWEKKUR COX MARAQLI HEKAYEDI.
  13. Single Girl dedi ki:

    cox gozel hekayedir cox sagol..
    Allah hec birimizi tenha qoymasin! Tenhaliq cox pis weydi!

  14. qeribelik dedi ki:

    EHHH.MARAQLI DEYİLDİ MENALI İDİ.BİZİM DE BİR PROBLEMİMİZ VAR Kİ,MARAQLA MENANI QARISDIRIRIQ.TSKLER

  15. aznetin_gozeli dedi ki:

    edebi ifade vasitelerinden cox meharetle istifade olunub.. gozeldir.

  16. Leonel-207 dedi ki:

    COX SAG OL YAXSHIDIR.

  17. Melekcik dedi ki:

    4oox sagol xowum geldin.ALLAH razi olsun heart

  18. BAKINKA_777 dedi ki:

    Vaxt gələcək xatırlanacaq, zaman gələcək onun qiyməti bilinəcək.

  19. SuZaN dedi ki:

    kim neyinse qedrini vaxtında bilbki…. hekaye superdir…
    elimizde olanlarin qedrini elimizdeyken bilsek belke de "keşke" – lerimiz azalar…

  20. BLACK STAR dedi ki:

    saol bratennik..cox gozeldi..afferin lan sana,))))

  21. Lindsay_Lohan dedi ki:

    yaprak dokumune oxsayir