Ailədən kənarda yaşamaq istəyən qızlar

Ail601;d601;n k601;narda ya351;amaq ist601;y601;n q305;zlar

Ailəsindən kənarda yaşamaq istəyən qızların sayı günü gündən artmaqdadır.Buna hallara

Azərbaycan cəmiyyətində gedən sürətli dəyişikliklərin mənfi təsiri də hiss edilməkdədir. Bu özünü xüsusən də bir qrup gəncin hərəkətlərində, davranış və əxlaqında biruzə verir. Məlumdur ki, əhalinin müəyyən bir hissəsi iqtisadi cəhətdən problemlər içindədir. Mənəvi böhranla üzləşənlərin böyük əksəriyyəti hesab edir ki, onlar bu yola maddi problemlər ucbatından düşüb.

Qızlarımızda qəribə dəyişiklilər baş verməkdədir. 16-25 yaş arasında olan qızların bir çoxunda ruh düşkünlüyü hiss edilir. Bu yaş qrupunda olan qızların bəzilərilə söhbət zamanı məlum oldu ki, onlar ailədən kənarda sərbəst həyat tərzi keçirmək istəyir. Bu fikirdə olan qızlar deyirlər ki, qız və qadınların seriallardakı kimi müstəqil yaşaması vacibdir. Qızlar deyir ki, onların ailələrindən ayrı yaşamaması erkən yaşda tez-tez depressiyaya düşmələrinə gətirib çıxarır. Günlərlə stress və depressiya vəziyyətində yaşayan qızlar hesab edir ki, valideynlərindən uzaqda yaşasalar, onlar istədikləri həyatı yaşaya bilər, valideynlərindən asılı olmazlar.

Xatırladaq ki, bu qızların çoxu serial aludəçisi olmaqla yanaşı, həm də şou-biznes və onun nümayəndələrinin həyat tərzilə ciddi maraqlanırlar. Yəni bu qızlardan hansı müğənninin hansı ayda, hansı gündə evləndiyini, ailəli olub-olmadığını, kiminlə gəzdiyini və s. soruşsan onlar sənə bu barədə çox dəqiq cavab verəcəklər.

Sosioloq və psixoloqların sözlərinə görə də, bu cür qızların olması faktdır, bu barədə ciddi tədbirlər görülməsinə böyük ehtiyac var.

Qızların (müəyyən faiz) ailəsindən kənar yaşamağa meyl göstərməsini psixoloqlar belə qiymətləndirir ki, o qızlar ya ailədə ciddi təzyiqlərlə üzləşir, ya da ki, seriallarda təbliğ olunan “azad həyat”ın təsirinə düşüb. Psixoloqların dediyinə görə, internet yazışmaları, buradakı müxtəlif saytlar da qızların ailədən uzaqlaşmasına səbəb olur. Daim azadlığa, müstəqil həyata can atan qızların ailələrində təpkilə üzləşməsini onların depressiyaya düşməsi və steress keçirməsinə səbəb kimi göstərən psixoloqların bildirdiyinə görə, bu qızlar gec-tez ailəni tərk edir. Psixoloqlara görə, müasir yeniyetmə və gənclərin bu cür həyata meyl göstərməsində bəzən valideynlərin də günahı az olmur.

Yəqinki çoxlarımız belə ailə tanıyırıq.Həmin ailələrin övladları ya “azad həyat”a can atır, ya da ki, depressiyaya düşür. Qızların bu yolu seçməsində həm mühitdə gedən proseslər, həm telekanallarda nümayiş olunan seriallar, internet, iqtisadi vəziyyət səbəb olur. Qaldırdığınız problem çox ciddi problemdir. Bu qızlar gələcəyin anasıdır. Bu faktorların yaratdığı “qızlar təbəqəsi” diqqəti çəkir. Artıq bu qızlar ailələrilə birgə yaşamaq istəmir. Tez-tez özlərinin məclisləri olur, burada əylənirlər. Əyləncədən çıxıb evlərinə getmək, qonaq gedib qonaq qəbul etmək məsələsi var. Yəni evə gec gələndə valideyn “haradasan” deyə soruşur.

Konkret olaraq, ailədən getmək istəyən “qızlar təbəqəsi”nin olması faktdır, göz qabağındadır.

Bizim gənclərin özlərini Avropa, Qərb gənclərilə bu mənada müqayisə etdiyini normal qəbul etmədiyini deyən ekspertin sözlərinə görə, o gənclər müstəqil həyat yaşamağa hazır olsalar da bizim gənclər qətiyyən hazır deyil. Mütəxəssis deyir ki, buna görə də azərbaycanlı gənclər daha çox insan alverinin qurbanı olur.Barlara gedən və əxlaqsızlığa qurşanan qızların bəziləri rayon yerlərindən ailələrindən qaçıb şəhərə gələnlərdir



Reylerinizi Bildirmeyi Unutmayun..

DaviDoFF

Şərhlər:

  1. SEVQILIM dedi ki:

    hmmmm cok maraqli movzudur .men mamadan papadan ayri qala bilmerem seryallik deyil eyy mence ister istemez cozler acilir dunyaya basqa fikirle isteyirsen baxasan …..

  2. Lindsay_Lohan dedi ki:

    men istemirem

  3. DaviDoFF dedi ki:

    deymez rey yazan elleruvuz var olsun…

  4. АнгелоЧек dedi ki:

    tesekkurler

  5. Single Girl dedi ki:

    cox gozel xeberdir ve indiki zamanla cox rastlawdigimiz bir weydir hami anadan atadan ayri yawmag oz ayri heyatini qurmag isteyir…hec kimi deye bilmerem ama men onlarsiz bir heyat tesevvur bele etmirem!!!!!!!

  6. rihanna dedi ki:

    sagol.maraqli xeber idi…..

  7. BadBoy dedi ki:

    Cox sag Ol Gadasi Minnetdaram….

  8. Rena_786 dedi ki:

    саг ол хебере горе. applause

  9. Avtosh_227 dedi ki:
    tewekkurler qaqa.cox sagol.maraqli xeber idi.cox beyendim.duz sohbetdir…ellerin var olsun…
  10. Leonel-207 dedi ki:

    gece saat 4-dur ne fikir sende ))) SEHER yazaram eziyyete gore cox sag ol…

  11. aznetin_gozeli dedi ki:

    Butun qadagalara, olmazlara baxmayaraq, dunyada mama papanin en esebi halda olsa bele uzunu gormekden gozel , hezzverici hiss yoxdur!