“Eurovision” namizədləri üçün mahnı sözü yazılır!

http://fbieber.files.wordpress.com/2009/05/eurovision.jpg
Zəhra Bədəlbəyli “Eurovision-2010” namizədləri üçün mahnı sözü yazır. İctimai Televiziyanın rəsmi saytında açıqlanan məlumata görə, 55 illik tarixə malik olan müsabiqəyə layiqli təmsilçi göndərilməsi üçün hazırlıq işləri davam etdirilir.

“Eurovision-2008” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi “Day after day” mahnısının söz müəllifi Zəhra Bədəlbəyli fevralın 2-də keçiriləcək milli yarımfinal konsertində iştirak edəcək bir neçə namizəd üçün mahnı sözü yazır.

“Fevralın 2-də altı namizəd tərəfindən müxtəlif və maraqlı ifalar olacaq. Yarımfinal konsertində ifa olunacaq bir neçə mahnıya söz yazıram. Bunu namizədlərin öz istəyi ilə edirəm. Mənə müraciət etdilər və mən də böyük məmnuniyyətlə razılıq verdim”- Zəhra Bədəlbəyli bildirib.

Son iki ildə keçirilən müsabiqələri canlı izləyən Zəhra Bədəlbəyli, Azərbaycanın “Eurovision-2010” müsabiqəsində də uğur qazanacağına ümid edir. “Namizədlərdən ölkəmizi kimin təmsil edəcəyini söyləmək çətindir, çünki onların hər biri ayrı-ayrılıqda çox istedadlıdır. Fikrimcə, fevralın 2-də münsiflər heyəti üçün seçim etmək çox çətin olacaq. İstərdim ki, 2010-cu ildə Azərbaycan təmsilçisi tərəfindən təqdim olunacaq nömrə 2008 və 2009-cu illərdən fərqli olsun”,-deyə müəllif əlavə edib.

Zəhra Bədəlbəyli 55 illik tarixə malik olan “Eurovision” müsabiqəsinə layiqli təmsilçi göndərmək üçün var-gücləri ilə çalışdıqlarını qeyd edib. Musiqi koordinatoru nümayəndə heyətinin bu işin qarşılığında ictimaiyyətdə gəzən şayiələrə də biganə qalmayıb. “Bu, ölkə daxili bir layihə deyil, ölkədən kənar və çox məşhur bir beynəlxalq müsabiqədir. Ölkədə keçirilən layihələrdə bəlkə də kimsə kimin üçünsə xahiş edir, yalvarıb-yaxarır. Amma beynəlxalq bir layihədə iştirak edəcək və ölkəmizin siması olacaq bir kəsin bu yolla seçilməsini demək düzgün deyil. Biz həmin təmsilçi ilə Azərbaycanımızı təqdim edirik və xalqımızın simasını nümayiş etdiririk. Burada kiminsə tapşırığından söhbət belə gedə bilməz. Biz bu müsabiqədə iştirak etdiyimiz müddətdə ölkəmizi və mədəniyyətimizi çox yüksək səviyyədə təqdim etmişik və belə də davam edəcəyik”-deyə Zəhra xanım vurğulayıb.

BadBoy

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    UGUR OLSU!!! AMMA SIYASETDIR O YARISHMA.YENI DEDIYIM KIMI AZERBAYCAN BIRINCIDE OLA BILER LAP AXIRINCIDA.
    XEBERE GORE SAGOL!!!
  2. fanya_ya dedi ki:

    Chox saq olun malumata gora

  3. girl_from baki dedi ki:

    Leonel-207,
    raziyam
    cox sag ol

  4. BLACK STAR dedi ki:

    maraqli melumatdi..cox saol…yaxci olar..

  5. Jelannaya_013 dedi ki:

    COOOX TWK XEBERE GORE..

  6. Leonel-207 dedi ki:
    EN YAXSHISI EFLATUN QUBADOVDUR O GETMELIDIR ORA
  7. Melekcik dedi ki:

    4ooox sag ol xebere gore

  8. SuZaN dedi ki:

    Sitat: L_U_N_A_T_I_K
    mence ora Manaf Agayevi gondermey lazimdi 🙂 ay cani yanmishin angliski versiyasiynan 🙂


    xaxa

    Sitat: aznetin_gozeli
    yenilik ve avropalilar ucun maraq baximindan tam raziyam!


    avroaplilar ucun maraqli mugenni bizde ne coox… Elikram da namizedliyini versin onda..=)
    tskr… men Safurani destekleyirem… Azad da yaxci oxuyur… amma mence Safuranin sesine uygun ideal gorkemi var…
    amma her kim getse de… men de Ruslanin fikri ile raziyam… siyasetdir…

  9. BadBoy dedi ki:

    Reylere Gore Minnetdaram…

  10. aznetin_gozeli dedi ki:

    Sitat: L_U_N_A_T_I_K
    mence ora Manaf Agayevi gondermey lazimdi 🙂 ay cani yanmishin angliski versiyasiynan 🙂



    yenilik ve avropalilar ucun maraq baximindan tam raziyam!

    o ki qaldi kimin getmeyine-Men isterdim AZAD getsin:)

    Zehra xanim AZERBAYCANIMIZIN bu yariwmada ilk temsil olundugu ile uwaqlara mahni sozleri yazmisdir.cox da super ve beweri bir mozvu alinmisdi.Ugurlar ZEHRA XANIMA DA USAQLARIN HER BIRINE DE!

  11. L_U_N_A_T_I_K dedi ki:

    mence ora Manaf Agayevi gondermey lazimdi 🙂 ay cani yanmishin angliski versiyasiynan 🙂

  12. MaDzFoRSaKeN dedi ki:

    mene ferqi yoxdu..z i$leridi,cox sagol melumata gore cnm

  13. BAKINKA_777 dedi ki:

    1-cilik bizim olsun

  14. DaviDoFF dedi ki:

    cox saol xebere gore..