GECƏ DÜŞÜNCƏSİ…


GEC399; D220;350;220;NC399;S304;...

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

GEC399; D220;350;220;NC399;S304;...

Gecə sakit… düşüncəm sakit deyildir fəqət,

Gözlərimin önündə canlandı bir həqiqət.

Xəyalım ənginlərə o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

İlk dəfədir kainat-

Dünyanı sellərində çalxayan bizim həyat

Sağda, solda döyüşmüş,

Sonra yoluna düşmüş.

Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!

Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,

Yarı qönçə, yarı gül.

Səni gördüm, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizə bu nazlı aləm görünərdi qaranlıq,

Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.

Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən,

Bir az fikrə gedərkən,

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

SuZaN

Şərhlər:

  1. _Aynur_ dedi ki:
    Xowladiqim bir gece,yerler,goyler ieiqli,
    Ay bir serxow goz kimi,ulduzlar yarawiqli…

    Coooox saq ol ellerine saqliq.

  2. balaca dedi ki:

    cox sagol cox maraqlidi

  3. Cristi dedi ki:

    BU GOZEL SEIR UCUN SAG OL applause

  4. Melekcik dedi ki:

    qeeweng weirdi 4oooox ssagol

  5. Angelocka dedi ki:
    heart SuZaN heart
    Coooooooooooxxxx tewekkurler birdenem..ellerin derd gormesin..Mikayil Muwfiq cox sevdiyim ve weirlerini cox beyenerek oxudugum wairlerden biridir..Cox sevirem onu..Hemd egecenide cox xowlayiram..Cunki geceler insan sakitlikde ozunu tapir..Itirilmiw bir dumanli yolda ozunu tapirsan..Gecenin fusunkar sesizliyi ve ezemeti insani heyran edir..Sakitlikde insan ne istediyini ve ne duwunduyunu daha gozel derk edir mence..
  6. Leonel-207 dedi ki:
    COX SAG OL ELA SHEIRDIR ….
  7. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  8. Jelannaya_013 dedi ki:

    coooooooooox twk…

  9. _Cinbala_ dedi ki:

    Mene oyle geldi ki,
    Cox sagol yaxsi idi

  10. Lindsay_Lohan dedi ki:

    gece dusunceler bam basqa olur.cox istediyim bir insan yadima dusur.cunki gecenin sessizliyi onu menim yadima salir

  11. Admin dedi ki:

    Daim ve daim sakitlik axtariram.. esebi olanda tek qalmaq isteyirem ve hec kesin heyatin uzaq oldugu yere getmek isteyirem…

  12. Broken_Heart dedi ki:

    Cox sag ol .Cox maraqli idi.

  13. Avtosh_227 dedi ki:
    cox sagol.ellerin var olsun…maraqlidir…
  14. Decel_Kiz dedi ki:

    SeIr UcUn CoX SaGoL kiss_mini