Huseyn Derya Azadligda Ve Saytlarin Birine Verdiyi Musahibe

Huseyn Derya Azadligda Ve Saytlarin Birine Verdiyi Musahibe

“Mənim fanatım məhkəmədə yalançı şahidin başında butulka qırdı”

Tanınmış reper Hüseyn Dərya müsahibə verib. Narkotik vasitələrdən istifadə etdiyinə və qanunsuz silah gəzdirdiyinə görə 1 il həbsdə olan reper həbsxanadan çıxdıqdan sonra yaşadığı həyatdan razıdır. Deyir ki, 1 il davam edən məhbus həyatı ona narkotik vasitələri unutmağa kömək edib və o, həyatını 100 faiz yaxşılaşdırıb. Hüseyn Dərya artıq işə də başlayıb, 11 saylı islah Əmək Müəssisəsində konsert verib…


– Həbsxana sizə, həyata münasibətinizə, dünyagörüşünüzə necə təsir göstərdi?

– Mən fikirləşirəm ki, hər bir kişi həyatında hansısa ekstremal məktəbi, situasiyanı keçməlidir. Həbsxanadan həm ruhi, həm də fiziki baxımdan möhkəmlənərək, güclənərək çıxdım. Mən həbsxana həyatının bütün detallarını danışmaq istəmirəm, bunu çoxları da başa düşməz. Adətən insanlar deyirlər ki, mən həbsxanaya düşsəydim, dözərdim. Ancaq sən bilmirsən ki, bu nədir. Sən əvvəldən əminliklə deyə bilməzsən ki, dözə biləcəksən, ya yox. Mən indi bilirəm ki, bu həyatda hər şeyin baş verməsi mümkündür.

– Azadlığa çıxmısınız, nə ilə məşğul olmaq niyyətindəsiniz?

– Mən düz yola qayıtdım. Ürəkdən öz üzərimdə işləmək və yaradıcılıqda irəli getmək istəyirəm. Hüseyn Dərya həbsxanada elə-belə olmayıb, həbsxanada əllərimi yanına salıb oturmamışam. Dəftərçəm olub, yeni mahnılar yazmışam. Hazırda yeni mahnıların aranjimanı gedir. Hesab edirəm ki, mən tezliklə yenidən öz fanatlarımı sevindirəcəm. Layihələrimə sponsorluq etməyi təklif ediblər, ancaq mən bir az ehtiyatlanıram. Çünki azad insanam və heç kimdən asılı olmaq istəmirəm.

– Ancaq siz məhkəmədə öz günahınızı boynunuza almadınız. İndi də hesab edirsiniz ki, sizi ədalətli mühakimə etməyiblər?

– Bizim günahımız odur ki, biz bu dünyada anadan olmuşuq (gülür). Dünyada günahsız insan olmur, hamı günahkardır. Bəli, mən günahkar deyildim. Mənim yeganə günahım narkotik vasitədən istifadə etməkdir. Analiz də bunu təsdiqlədi. Narkomaniya mənim sağlamlığıma mənfi təsir göstərirdi. Ancaq deyə bilmərəm ki, mənə tamamilə ədalətsiz münasibət bəsləyiblər.

– Bəs indi narkotik vasitələrə münasibətiniz necədir?

– Mən narkotik vasitələrdən asılılığa qalib gəlməyi bacaran iradəli insanam. Ancaq bu, tək mənim məziyyətim, xidmətim deyil. Bu dövr ərzində mənim yanımda olan insanların da böyük əməyi var. Mən “lomka”da olarkən onlar şıltaqlıqlarıma dözüblər. Məlumdur ki, ilk 4 ayda narkotik asılılığından qurtarmaq istəyən insan cəhənnəm əzabı çəkir. Təsəvvür edin ki, mən bir tərəfdən “lomka”dayam, bir tərəfdən də yüngül sətəlcəm olmuşam. Məndə elə kəskin ağrılar var idi ki, siz onu təsəvvür belə edə bilməzsiniz. Həmin dövrdə yanımda olan və mənə psixoloji dəstək verən insanlara minnətdaram. Ancaq mən demirəm ki, həbsxanada “bomba oğlan” olmuşam.

– Dostlarınız sizdən üz döndərmədilər ki?

– Hüseyn Dəryanın əvvəlki vaxtlarında onu tapan dostlar yenə də yanımdadır. Hüseyn Dərya olmasa, o dostlar da olmayacaq (gülür). Həbsxanada olduğum dövrdə fanatlarım mənə baş çəkirdilər. Mənim bir fanatım var, düzü, onun adını belə bilmirəm. Məhkəməyə gəldi və məhkəmədə yalançı şahidin başında butulkanı qırdı. Məni müdafiə etdiyinə görə ona təşəkkür etmək istəyirəm. Mənə müğənni Kərim, prodüser Rüfət, o cümlədən reper Dato baş çəkiblər. Allaha şükür, yoluma tək pis insanlar deyil, yaxşı insanlar da çıxıblar.

– Demisiniz ki, reper Elşad Xose, Anar Nağılbaz və “dəyirmançılar” sizi şou-biznes sahəsindən çıxarmaq istəyirlər. Yenə də onlarla döyüşə hazırsınız?

– Mənim yaradıcılığımın onların fəaliyyətindən yüksəkdə durduğu faktdır. Əgər onlar özləri deyirlərsə ki, mənim mahnılarım güclüdür, mən nə deyə bilərəm? Hazırda mən onlar üçün maraq kəsb etmirəm, onlar da məni maraqlandırmır. Əgər onlar mənimlə yarışmağa qərar versələr, uduzacaqlar. Yaxşısı budur ki, buna cəhd göstərməsinlər. Onlar indi məndən ikiqat qorxurlar. Çünki onların tamaşaçıları təəccübləndirəcək heç bir şeyləri yoxdur. Onlar təzə nə təqdim edə bilərlər? Yeni mahnımı? Mən onlardan çox ucadayam. Əgər onlar yenidən mənə maneçilik törədəcəklərsə, qoy efirə çıxsınlar. Mənə də reklam lazımdır (gülür). Mən onlarla döyüşməyə hazırlaşmıram. Onlar nümayiş etdiriblər ki, hansı bacarıqları var, mən də onlara göstərmişəm ki, mən kiməm. Əgər onlar mənim kim olduğumu unudublarsa, yaddaşlarını təzələsinlər.

– Deyirlər ki, həyat yoldaşınız boşanır…

– Mən elə xanımla evlənməmişəm ki, çətin anda məni atsın. Mən 7 il onun xarakterini öyrənmişəm, sonra evlənmişəm. Allaha şükür edirəm ki, belə ailəm var və mən onunla fəxr edirəm.

Suskun-Ruh

Şərhlər:

  1. Lindsay_Lohan dedi ki:

    xosum gelmir bundan

  2. Suskun-Ruh dedi ki:

    Single Girl,
    qeseng soz deyerdimm amma qalsinndaaa

    Jelannaya_013,
    sizede twkk

  3. Single Girl dedi ki:

    mnede gormuwemde onuu qebirstanliga gedende:))))))))

  4. Jelannaya_013 dedi ki:

    coox twk xebere gore..

  5. Suskun-Ruh dedi ki:

    renka,
    ay mawwalahh DEYESEN sizdee gujdu fanatsiz

  6. renka dedi ki:

    Huseyn elaaaaa reperdi yuz faiz bilirem ki evvelki mewhurlugunu qaytaracaq Onun kimi Azerbaycanda olmayib olmayacaqda

  7. Suskun-Ruh dedi ki:

    PLAY_BOY,
    duzelerrr

  8. BLACK STAR dedi ki:

    Suskun-Ruh


    xebere gore saol ataw…yaxci reper idi..amma heyifki onu narkotik evini yixdi..

  9. Suskun-Ruh dedi ki:

    MaDzFoRSaKeN,
    cusmeeeee dostikkkk

  10. Angelocka dedi ki:
    heart Suskun-Ruh, heart
    Cox sagol Isi xebere gore..Allah komeyi olsun…Inwallah Allahin izni ile o zibilden canini qurtarar…Butun narkotik aludecilerinin Allah komeyi olsun..Guclu olsunlar..Allah ona uzanan eli hec vaxt bow qaytarmaz..Ona siginin elbet size komek edecek

  11. aznetin_gozeli dedi ki:

    xebere gore sagol gondermsen sayta.amma bele melumatlar kime gerekdir ki?

  12. Melekcik dedi ki:

    Suskun-Ruh,
    aaaaaaaaaaaaaa shock

  13. PRistupnIK dedi ki:

    DaviDoFF,
    sumqayitda da az olmuyub bizim tereflerde kayf cox oglanin axrina cixib adin kicildib
    birdeki kimdeye bilere ee yanan eyagim ola bilmez ..
    1 ile atibsa mali ne deyim halaldi ona o zeherinde lomkasi olmasa ama zordu)))))

  14. memi_ dedi ki:

    yaziqdi hec olmasa bir gune inden sonra cixsin

  15. Rena_786 dedi ki:

    Suskun-Ruh спасибо)

  16. SuZaN dedi ki:

    Sitat: BAKINKA_777
    nenem de gorub eeee bunu


    xaxa
    xeber ucun tskr… o gun tv.de baxdim danisanda… ehh.. ozunu yaman terifledi.. gorek dediyini edene kimi seberi catacaq… amma her halda Allah 1 de hebsxana qismet etmesin… ne ona ne de heckime…

  17. _Aynur_ dedi ki:
    Xebere gore cox saq ol.
  18. BAKINKA_777 dedi ki:

    nenem de gorub eeee bunu

  19. MaDzFoRSaKeN dedi ki:

    Sitat: Suskun-Ruh
    bzzzzzzzzzzz uzrrrr Niye eseblesdinkii ))) Agliyacamm indiii ((((((


    beee

  20. Leonel-207 dedi ki:

    Sitat: Suskun-Ruh
    ))))) Hazirda qaqa bir mahni tamam veene aiiddi partadsa o mahniyla partladacaq

    GOZLEYEK DE VETENE AIDDIRSE YENI PATRIOT MOVZUDURSA 100% YUKLEYECEM.
  21. Suskun-Ruh dedi ki:

    Leonel-207,
    )))))) Hazirda qaqa bir mahni tamam veene aiiddi partadsa o mahniyla partladacaq

  22. nilgun dedi ki:
    paahh nolsunkii mende gormuwem Huseyini….ozude binamizin qabagindaaa blum3
    xebere gorede coxx sagooolll smoke
  23. Suskun-Ruh dedi ki:

    Leonel-207,
    zovqler muxtelifdi

  24. Leonel-207 dedi ki:

    XEBERE GORE COX SAG OL!!! MEN ONA QULAQ ASAN DEYILEM

  25. Suskun-Ruh dedi ki:

    Melekcik,
    xexx deymezz dostikk

  26. Melekcik dedi ki:

    4ox sag ol xebere gore book

  27. Suskun-Ruh dedi ki:

    DaviDoFF,
    xexx qaqa Sen Onu Az Gormusenee Vaallah Onu Tezelikce Gormusem Esar elamet qalmiyib O vaxtinan Sene Bir Sual Verimde Kechmis Reperlerden Hansi Narkaman Deyil ??

  28. BadBoy dedi ki:

    Xebere Gore Tewekkurler…

  29. DaviDoFF dedi ki:

    yasamalda gormuwdumde seni =) malli vaxduvu qaqash gedeyun cay iceyun =) deyen vaxduvu =))

    cox saol xebere gore..

  30. Suskun-Ruh dedi ki:

    nilgun,
    deyirem sen necede yalanchisaneee )))))))))))

  31. Melekcik dedi ki:

    Suskun-Ruh,
    angel

  32. Suskun-Ruh dedi ki:

    Melekcik,
    sene demisem axi meneee satashmaaa Istirsenn Papamaa Deyimm )))Zeif olanda nolarki gelek ele haminiz satashasiz ))))))))))

  33. Leonel-207 dedi ki:

    Sitat: Suskun-Ruh
    zovqler muxtelifdi


    ELEDE OLMALIDIR . UMUMIYYETLE REPE COX USTUNLUK VEREN DEYILEM BEZILERINI CIXMAQLA.DERYANIN BIR REPINE QULAQ ASIRAM.HANI??? UNUDULDU KOKUMUZ YADDASHIMIZ ELE INDI ONA QULAQ ASIRAM.

  34. Suskun-Ruh dedi ki:

    MaDzFoRSaKeN,
    bzzzzzzzzzzz uzrrrr Niye eseblesdinkii ))) Agliyacamm indiii ((((((

  35. MaDzFoRSaKeN dedi ki:

    Sitat: Suskun-Ruh
    )))) agezz


    danishigvi bil!!! nono

  36. Suskun-Ruh dedi ki:

    MaDzFoRSaKeN,
    )))) agezz bommba oglann deyendee turkun messelii de biyabir eleme )))))))))

  37. MaDzFoRSaKeN dedi ki:

    Sitat: Suskun-Ruh
    MaDzFoRSaKeN,
    )))))))) cannnn Senn Menendee Piss Fanaliq edirmiwsenki Men Mahnilarina Yox sadece 5 neferi nece sindirdiqinaa fanatam Panyatkasina Fanatam Soyushuu Medeni formada catdirir


    xmmmm halaldi ona,bomba oglandi roll

  38. nilgun dedi ki:

    Sitat: Suskun-Ruh
    deyirem sen necede yalanchisaneee ))))))))

    neeeeeee swoon yaa yooxxx men yalanci diyileemmmm sob duz diyirem binamizin qabagina gelmiwti. ozde 2 defe gelippp eeyyyy beee uzur yerine gelmiwti ustumuze saliikkkk boss
  39. Suskun-Ruh dedi ki:

    MaDzFoRSaKeN,
    )))))))) cannnn Senn Menendee Piss Fanaliq edirmiwsenki Men Mahnilarina Yox sadece 5 neferi nece sindirdiqinaa fanatam Panyatkasina Fanatam Soyushuu Medeni formada catdirir

  40. MaDzFoRSaKeN dedi ki:
    =)) Chox saol melumata gore bunu televizorda gormushdum…vaaay men ushag vaxti bunnan otru olurdumee cranky o vaxti kasetler vardi kasetlerini alib qulax asirdim =))
    deysheeet indi ne gundedi…Allah komeyi olsun! inshallah partdatmax istiyir sehnede,qoy partdatsin,bizde gorek… utancaq
  41. Suskun-Ruh dedi ki:

    Eyy Oggglann Senn Ozunu Gostermesen Deyirmani anari yerine oturtmasan Sene Serf Elediyi Vaxtimi sen halal etmiyecemm )))))))))))))))