Daw Qawlar

 

Qızıl
— Xassəcə mötədildir,azca istiliyi var. Qızıl əşyalar ürəyi
qüvvətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntüsü,
vasvasalıq hallarında faydalıdır. Böyrək zəifliyi, qara ciyər , böyrək
daşı olanlar qızıl əşya gəzdirməlidirlər. Oynaq ağrıları olanlar qızıl
üzük gəzdirməlidirlər, bu həmdə ömrü uzadır. Belə hesab edilir
ki,qızılın zərərli heç bir xüsusiyyəti yoxdur, bədənin sağlamlığını
qoruyub saxlayır.

Əqiq
Xassəcə soyuq və qurudur. Yaxşısı qırmızı və ya ağ hesab olunur. Göz
üçün xeyirlidir. Toz halında qanaxmanı dayandırır. Rəvayətə görə əqiq
üzük taxanların işi avand olur.

Kəhrəba
— İstilik baxımından mötədil və qurudur. Mə`də və ürəyi
qüvvətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır, qanaxmanı dayandırır.
Sarılıq, ürək döyüntüsü və böyrək zəifliyi hallarında ondan istifadə
olunur.

Gümüş
— Soyuq və qurudur. Bə`zi cəhətlərdən yaquta yaxındır. Vasvasalıq,
dəlilik, ürək döyüntüsü hallarında da gümüş əşyadan və qablardan
istifadə etmək tövsiyə edilir. Gümüş qabda şərab içmək adamı çox
nəş`ələndirir.

Xrizolit
Soyuq və qurudur, xassəcə zümrüdə yaxındır. Cinsi həvəsi öldürür.
Xrizolit üzük gəzdirmək qorxuluğa qarşı faydalıı hesab olunur.

Firuzə
— Soyuq və qurudur. Ürək və mədəni qüvvətləndirir, zəhərlərə qarşı
müqavimətlidir. Firuzə üzük və ya əşya gəzdirmək ürəyi qüvvətləndirir.
Qorxuya qarşı faydalı hesab edilmişdir.

Lacivərd
İsti və qurudur. Təbii halda rast gəlinir, həm də mərmər daşından
düzəldilir. Qəliz xıltları həll edir, qanı saflaşdırır. Ondan
düzəldilən üzük və ya digər əşyalar ürəyi möhkəmləndirir. Lacivərddən
sürmə kimi müxtəlif göz xəstəliklərinin qarşısını almaq üçün istifadə
edilir.

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    Gьmьş — Soyuq və qurudur. Bə`zi cəhətlərdən yaquta yaxındır. Vasvasalıq, dəlilik, ьrək dцyьntьsь hallarında da gьmьş əşyadan və qablardan istifadə etmək tцvsiyə edilir. Gьmьş qabda şərab iзmək adamı зox nəş`ələndirir.

    En sevdiyim ewyadir fellow

  2. MILAQROS dedi ki:

    love Admin, love
    ya toj obojayu serebro
  3. AYSANKA dedi ki:

    Əqiq ne demekdi, no

  4. MILAQROS dedi ki:

    love AYSANKA, love
    eqiq- eto aqat, a aqat-eto kamen anladiiiiiin????? bully

  5. Rena_786 dedi ki:

    Qızıl love
    Ayselka спасибо fellow ))

  6. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram

  7. BLACK STAR dedi ki:

    maraqlidi……cox saolun..