Tesaduf

 

Mənasız saydığım
bir dövürdə təsadüfən girdin həyatıma. Hər şeyi dəyişdin. Çətini sevdim
səninlə. Özünlə gətirdin bütün sevincləri və sevgiləri. Qınadılar məni,
səni təsadüfən tanıdığım üçün. Sənin bir başqa dünyanın insanı
olduğunu, əslində mənim o dünyada yerimin olmadığını, mənimsə dəli
olduğumu dedilər zaman-zaman. Heç nə düşünmədim. Mənim üçün bir sən var
idin. Bütün dünyama bəs edən bir sən…

Səninlə sevdim hər şeyi.
Səbr etməyi, bağışlamağı, laqeyd olmağı, düşündüklərimi
deməyi…Əslində sevmədiyim hər şeyi səninlə öyrəndim və sevdim.
Bilmirəm mənim üçün kimsən. Dostmu, yoxsa…? Dəyərlisən mənim üçün,
bircə bunu bilirəm…Dünyamsan mənim… Dünyanın belə sığmaqda acizlik
çəkdiyi dünyam…

Sənin ala gözlərinlə baxmağı sevirəm bütün kainata. Anlayırsan məni?
Başa sala bilmirəm hislərimi. O qədər dəyərlisən ki… Hislərimin adını
nə qoyacağımı bilmirəm. Ucuzlaşmağındanmı qorxuram görəsən
duyğularımın? Yoxsa səni itirməkdənmi?

Desələr bu eşqdir, inanmaram. Ya da inanmamaq üçün israr edərəm. Bir
ömür boyu yanımda deyil, beynimdə, ruhumda olmağını istəyirəm. Səninlə
düşünməyi sevirəm…Səninlə sən olmasan belə, dərdləşməyi sevirəm…
Sevincimi elə beynimdəki, ürəyimdəki səninlə bölüşməyi sevirəm…

Hərdən özüm belə öz duyğularımdan qorxuram. Ancaq eşqdə bir şəhvət
vardır. Axı sən mənim xəyalımda belə toxunmaqdan çəkindiyimsən… Ancaq
sən həmişə mənimsən…

Bəlkə bir gün təsadüfən ağlına gəlsə mənim sənə olan hislərim,
qorxma… Qürurlu ol… Necə varsansa, bax elə…Dəyişməsin heç
nəyin…Düşüncələrin, duyğuların…Çünki mən səni belə
tanımışam…Duymaq istəmədiyini ağlına gətirmə…Unut hər şeyi…Hətta
varlığım əzab versə sənə, məni belə unut…

Nə olursa olsun, kiminlə olursan ol, unutma ki, sən dualarımda hər gün
dilə gətirdiyimsən…Sən mənim sadəcə təsadüfümsən…Bütün ömrümə sığan
təsadüfüm…

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    yerivar Super muper aysl elaa

  2. Rena_786 dedi ki:

    forgenc Супер сайт yerivar
    Спасибо Ayselka

  3. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram sizlere!!!

  4. BLACK STAR dedi ki:

    maraqlidi..cox saol….))

  5. fanya_ya dedi ki:

    voopshem 4to-to
    xeber menim xowuma gelmesede bawqalarina yeqine xow gelir
    thanks

  6. Nadejda_Lyubvi dedi ki:

    Sən mənim sadəcə təsadüfümsən…Bütün ömrümə sığan təsadüfüm…