Qısa Roman!..

Qısa Roman!..

Bu romanı yazmamışdan qabaq çox fikirləşdim. Necə bir roman yaza bilərdim ki, insanlar bəyənə bilərdilər? Bir az fikiləşəndən sonra, əsas mənbəni tapdım, və yazmağa başladım…

Qaranlıq və dar bir otaqda, səssizlik höküm sürürdü. Amma səssizliyin səbəbi, otaqda heç kimin olmaması deyildi. Bu otaq da, 10 nəfərdən çox adam var idi. Sadəcə olaraq, heç kim danışmaq istəmirdi. Amma bu səssizlik də, o birilər kimi uzun ömürlü deyildi.
– Nə baş verir? – ən agresif olanı dilləndi.
– Biz nə bilək… – kimsə dedi.
– Heç kim nə olduğunu bilmir? – bu da, ən maraqlı sual.
– Yooox…
– Mən çıxmaq istəyirəm! – yavaş-yavaş üsyan başladı.
– Mən də.
– Mən də.
– Mən dəəə…

Birdən, qaranlıq otağın tavanı açıldı. Bəli, bəli! Səhv eşitmədiniz! Otağın tavanı açıldı. Eyni, üstü açılan maşınların tavanı açılan kimi… Tavan açıldıqca, qaranlıq otağa qəribə bir işıq düşməyə başladı. Dümağappaq bir işıq, qaranlıqda qalan bir adamın gözlərini kor edən bir işıq. Heç kim nə olduğunu və nə baş verdiyini anlamır. Birdən, otağın tavanını açan o şey, içərdəkilərdən birini götürür.
– Burax məni! Buraaax… – havaya qaldırılan ”qurban” qışqırmağa başlayır.

”Qurban” qışqıra-qışqıra havaya qaldırılır, və tavan açıldığı kimi də bağlanır…
– Kim bilir, burada nə baş verir? – içərdəkilərdən ən çox qorxan ”birisi” soruşur.
– Sakit durun! – kimsə dedi. – Deyəsən, çox səs-küy saldıq deyə hirsləndilər.
– Həəə… – yenə kimsə dedi. – Düz deyirsən! Ağıllı fikirdir. Çox ağıllı! Ən yaxşı yol, sakit durmaqdır.
– Oldu!.. – həmin o kimsə, hamının adından cavab verdi.

Aradan, iki saata yaxın vaxt keçdi. Bu iki saat ərzin də, həmin o tavan dəfələrlə açılmış, həmin o işıq otağa yenə düşmüş, və otaqdan 18 nəfər götürmüşdü, tavanı açan o şey…
Otaq da, cəmi-cümlətanı 2 nəfər qalmışdılar. Səbrlə, amma bir o qədər də qorxu ilə yolunu gözləyirdilər, tavanı açan, həmin o qəddar şeyi…
– İnanırsan, mən artıq darıxmağa başladım. – əsərin baş qəhramanı dilləndi, iki saatdan sonra, ilk dəfə…
– Sən hələ məni demirsən. İki saatdır ki, ancaq və ancaq qorxu hissi keçirirdim. Ancaq indi, o qədər darıxmışam ki, istəyirəm ki, həmin o şey gəlsin, və məni də aparsın. Çünki, bilirəm ki, nə vaxtsa gələcək, və məni də o işığa tərəf sürükləyib, kor edəcək! – dedi.
– Ehhh… Nə isə!..

Yenə tavan açıldı, və yenə bağırtılar, yenə iyrənc qışqırıq səsləri, və yenə də, işığın bu otağı tərk edib gedişi…
15 dəqiqə yenə keçdi. Ən sonunda o şey gəldi, və onu da götürdü, əsərin baş qəhramanını…
Bu səfər o bilmirdi ki, qışqırsın, ya sevinsin. Çünki qaranlıq otağın ən sonuncu sakini, o olmuşdu. Deməli, qışqırmağın heç bir faydası olmayacaqdı. O da, qışqırmaqdansa, sevinməyi seçdi… Sevindi ki, bu işığın onu kor edib etməyəcəyini öyrənə biləcək. Eyni, o birilər kimi…
Həmin o şey gəldi və onu da götürdü. Boynundan tutub onu havaya qaldırdı. Otaqdan çıxan kimi ətrafına baxmağa başladı… ”Aman Allah!.. Bu nə dəhşətli mənzərədir?!.”, deyə düşünməyə başladı…
O birilərin hamsını işgəncə ilə öldürmüşdülər. Ancaq boyunları, və başları qalmışdı. Bədənlərini, qollarını və ayaqlarını yandırmışdılar, hamısının. Küllərini də, yekə bir meydançaya yığıb, boyunlarına bitişmiş başları ilə, həmin o meydançaya tullamışdılar…
Onu götürən o şey, sən demə, nəhəng biri imiş… Və ağlayırdı… Sonun da isə o şey, onun da əyaqlarına od vurub yandırdı, və onu da öldürdü… Amma o bağırmırdı, yalvarıb kömək istəmirdi. Çünki onu götürən o şey, o qədər ağlayırdı ki, onun uğrunda ölməyə belə razı olmuşdu…
Romanın sonun da isə baş qəhraman acı bir həqiqəti anladı… Anladı ki, o, sadəcə bir siqaretdir…

Qeyd: – Yazmağa ilk başlayan da, ancaq öz istədiklərimdən yazırdım. Amma, həyat yolunu addımladıqca, hamı kimi mən də böyüdüm! Yazmaq hissi isə, məndən əl çəkmədi. Yazmaq həvəsi bir işə çevrildi. İndi isə, insanların istədiklərindən yazıram… Heyf!

By: KorYOLÇU!..

Kor_Yolcu

Şərhlər:

  1. N_E_R_R_G_I_Z dedi ki:

    ellerine saqliq superdi heqiqeten elaaaaaaaaaa….

  2. Lindsay_Lohan dedi ki:

    cox sagol amma cox cetin basa dusdum

  3. Firuze dedi ki:

    tewekkurler minnetdaram.. angel

  4. reyhan dedi ki:

    narahat olma oxudum maraqli idi

  5. BLACK STAR dedi ki:

    cox saol ataw..elaa..ellerine sagliq.senin xeberlerinden cox xowum gelir..sukani bele saxla.))

  6. Leonel-207 dedi ki:
    COX SAG OL PIS DEYILDI BIR ADAM DEMISH BELEDE….
  7. BAKINKA_777 dedi ki:

    maraqli idi

  8. DaviDoFF dedi ki:

    Cox saol Xebere gore..

  9. Jelannaya_013 dedi ki:

    cooox beyendim,inanki oxuya oxuya dahada maragim artmiwdi ve sebirsizlikle sonu gozleyirdim..coox supeer..elaaaaaaaaaa..cox twk maraxli xebere gore applause

  10. BadBoy dedi ki:

    Cox sag Ol Minnetdaram…

  11. fanya_ya dedi ki:

    chox saol xabara gora beyandim