İçimdə, bir Dünya var…

İçimdə, bir Dünya var...

İçimdə, bir orkestra var, amma dirijoru ölüb. Yenə də, bir mahnı bəstələmək istəyirlər, gedənlərim üçün. Lakin, gedənlərim notalarım imiş…

İçimdə, bir bina var, sakinləri yoxdu. Bütün evləri ümidlərlə doldurdum. Ümid qəbristanlığım da, bax, beləcə yarandı…

İçimdə, bir dəniz var, amma bir az qəribə. Çünki, üstündə bir maşın yolu var, gəmilərin irəlilədiyi…

İçimdə, bir körpü var, sevənlərin qovuşduğu. Düzdür, sevənlər qovuşur, amma ayrılmamışdan qabaq…

İçimdə, bir ürək var. İçində, saraylar, bağçalar, göllər. Sənin yoxluğunda yaratmışdım ki, gələn kimi görəsən. Nə biləydim ki, bir gün dönəcəyin günə lənət edəcəm…

İçimdə, bir sən var. Mən nə desəm onu edir. Sev deyirəm, sevir. Get deyirəm, gedir. Amma, öl demirəm! Onu özümə deyirəm. Amma ölə bilmirəm. Ölsəm, sən də ölərsən. Sənə qıya bilmirəm!..

İçimdə, bir mən var. Qulağıma nəsə pıçıldayır. O pıçıldayır, mənsə yazıram. Bax, bu yazı da, beləcə yazıldı…

Nə isə!..

By: KorYOLÇU!..

Kor_Yolcu

Şərhlər:

  1. Badi_Seba dedi ki:

    İзimdə, bir mən var. Qulağıma nəsə pıзıldayır. O pıзıldayır, mənsə yazıram. Bax, bu yazı da, beləcə yazıldı…
    Nə isə!..

    cox sagolun ellerinize sagliq..cox beyendim…

  2. Firuze dedi ki:

    İзimdə, bir mən var. Qulağıma nəsə pıзıldayır. O pıзıldayır, mənsə yazıram. Bax, bu yazı da, beləcə yazıldı…
    Nə isə!..

    elaaa cox sag ol Dosdik…elaaaaaaaaaaaaaa

  3. reyhan dedi ki:

    bundan yaxwisi ol bilmezdi cox saq ol minnetdaram canim menim!!!!!!!!!!

  4. _Aynur_ dedi ki:
    Icimde,bir men var.Qulaqima nese picildayir.O picildayir,men ise yaziram.Bax,bu yazi da,belece yazildi…..

    Cox saq ol elerin aqrimasin.

  5. Cristi dedi ki:

    SAG OL. MINNETDARAM. DAHA YAXSI XEBERLER GOZLEYIRIK

  6. BadBoy dedi ki:

    Cox sag Ol Minnetdaram….

  7. Avtosh_227 dedi ki:

    tewekkurler xebere gore.cox sagol…

  8. DaviDoFF dedi ki:

    geseng qaqashi cox saol xebere gore..

  9. Leonel-207 dedi ki:

    İзimdə, bir dəniz var, amma bir az qəribə. Зьnki, ьstьndə bir maşın yolu var, gəmilərin irəlilədiyi…

    cox gozel sozlerdir.yazan ellerin agrimasin…

  10. BaCaRMaRSaN dedi ki:

    Sevgi movzulariynan oldurmusuzee Maragli xeberler buraxunda mende axot olmur roll

  11. BLACK STAR dedi ki:

    İзimdə, bir ьrək var. İзində, saraylar, bağзalar, gцllər. Sənin yoxluğunda yaratmışdım ki, gələn kimi gцrəsən. Nə biləydim ki, bir gьn dцnəcəyin gьnə lənət edəcəm…
    cox saol ataw…ela

  12. SuZaN dedi ki:

    Nə biləydim ki, bir gьn donəcəyin gunə lənət edəcəm…

    prosta super.. cox ela yazilib…

  13. Melekcik dedi ki:

    4oooox sag olun beyendim qeweng xeberdi ALLAH razi olsun

  14. Admin dedi ki:

    İзimdə, bir kцrpь var, sevənlərin qovuşduğu. Dьzdьr, sevənlər qovuşur, amma ayrılmamışdan qabaq…



    Beli beli ((( bu beledir..Sozlerinde derin mena ve heqiqete var… Heqiqetende beyendim.>SAdece olaraq Bravooooo

  15. Lindsay_Lohan dedi ki:

    cox saol eladi