Dostluq
Günlərin
bir günü iki yaxın dost yol gedirdi. Birdən onlar dava etməyə başlayır
və biri digərinə şillə vurur. Ağrı hiss etməsinə baxmayaraq, şillə alan
heç nə demir və qumun üzərində bu sözləri yazır: “Bu gün ən yaxın
dostum mənə şillə vurdu”?
Onlar yollarına davam edirlər. Bir az yol
gedəndən sonra isə çayda çimmək qərarına gəlirlər. Şillə alan dost
çayda az qalır ki boğulsun, lakin dostu onu xilas edir. O özünə gələn
kimi daşın üzərində bu sözləri yazır: “Bu gün ən yaxın dostum mənim
həyatımı xilas etdi”? Şillə vuran, eyni zamanda dostunu xilas edən bir
az fikirləşəndən sonra dostundan soruşur: “Mən sənin xətrinə dəyəndə
bunu qumun, həyatını xilas edəndə isə daşın üzərində yazdın. Nəyə
görə?”. Dostu ona belə сavab verir: “Kimlərsə bizləri inсidəndə bunu
qumun üzərində yazmalıyıq ki, küləklər onu poza bilsin. Anсaq bizə
yaxşılıq olunanda isə bunu daşın üzərinə həkk etməliyik ki, heç bir
külək onu poza bilməsin!”.
Yenilənib:
Aferin Aysel superr
Dostlugun qedrini bilenler bunun menasini yaxshi anlayar 😉
спс только я не прочитала мне трудно читать на Азербайджанском
Elaydi.Ayselka.TWK
Thanks xabara gora
superrr tewekkur
cox sag ol