Sən Heç Sənsiz Qalmadın ki Sənsizlik Nədir Biləsən

alt
Sakit amma ara bir dalğalanan bir dəniz.Səmada ulduzlar sanki sənətkar əliylə qariş-qarış düzülmüş,Ay isə sanki bu naxışlı göy üzünə nöqtə kimi qoyulmuşdu.Dənizdə elə bil həsrətdən dalğalanırdı və bu dalğaları dahada uzağa yaymağa cəhd edirdi.Soyuq qumun üstündə oturmuş mən,əlimdə isə 1 kağız və qələm.

Dənizin dalğaları sahilə dəydikcə sanki nəsə demək istəyirdi və bu səs bir bəstəkarın mükəmməl əsəri kimi qulaqda eşidilirdi.Dənizin üstündə işıq saçan ay isə hər dəfəkindən fərqli işıq saçırdı.Sanki bu gecə sırf mənim üçün çıxmışdı.Dənizə baxdıqca düşündüyüm sözləri vərəqə əks etdirirəm.Hərdən yazır hərdən isə ayağıma dəyən dalgalara baxıb xəyallara gedirəm.Fərqli düşünürəm çünki hamıdan fərqlisən.

Ayaga qalxıb soyuq qumun üstündə gəzdikcə ayda mənimlə gəlir,olduğum yerde dənizə işıqlarını saçır və bununlada sanki oda dərdini mənə deməyə çalışırdı.

Ürəyimdə isə bir söz var.SƏN…Dənizə baxdıqca sanki sənin gözlərivi görürmüş kimi həyacanlanıram.Səni gördüyüm hər an hər saniyə köhnə bir filimmiş kimi gözlərimin qarşısında canlanır..Nə olardı ki səni dənizə yox,gözlərinə baxıb xatırlayardım?

Səmanı hər gün görübdə azad ola bilməyən tənha bir quş kimiyəm.Sən məni səsləyirsən mənsə səni itəyirəm.Amma sənsizliyin açarı səndədi.Gəl bu həsrətə son qoy gülüm.Sənsizlikdən çox yorulmuşam.Sən heç sənsiz qalmadınki sənsizlik nədir biləsən.Sən heç sənsiz qalmadınki nə çəkdiyimi anlayasan.Səni düşünərkən özümü unutdum.Unutdum demək elə özü bir növ xatırlamaqdı.Axı sənsizliyidə daima xatırladan sən varsan.Sənlərdən yox sənsizlikdən çox yorulmuşam.Axı Sənsiz keçən hər günüm ürəyimdəki sənsizlik təqviminə bir xətt çəkir.Artıq xətlərlə dolu bir təqvimim var və mən bu təqvimi məhv edəcəyim günü səbirsizliklə gözləyirəm.

Sənə olan hislərimi daha fərqli şəkildə ifadə etmək istərdim amma Qurduğum ən mürəkkəb cümlə belə səni ifadə edə bilmək üçün çox bəsitdi.

Sən cavab verilməyəcək qədər çətin sual,sual verilməyəcək qədər asan cavabsan.Sən sonu olmayan bir yol,bir rəssamın çəkə bilməyəcəyi qədər mükəmməl əsər,oxunduqca oxunmaq istənilən bir alın yazısan.Amma sən bu sevginin qiymətini bilməyən bir mələk və həmin sevgini itirmək üzrə olan bir İnCiSən.

Sən hər Şeysən…Sən hər Şeysən.

Avtosh_227

Şərhlər:

  1. BadBoy dedi ki:

    Eh Sevgi Sevgi Goy da Yawayag….

  2. _Aynur_ dedi ki:
    Cox saq ol maraqli ve menalidi .
  3. DaviDoFF dedi ki:

    cox saol xebere gore.. sayt acacamda tolka sevgiye aid =)))) cox saol Emeye hormet ..

  4. BLACK STAR dedi ki:

    saol bratik…. applause

  5. Leonel-207 dedi ki:
    SENANI AY MENIM SEVGIYE INANMAYAM QAQASHIM NE OLDU SENE???

    NEYSE EMEYE HORMET TESHEKKURLER!!!

  6. PRistupnIK dedi ki:

    HMM MARAGALIYDI SAGOL

  7. Melekcik dedi ki:

    qewehhhhhhh 4ooox sag ol

  8. rihanna dedi ki:

    cox sagol.yaza ellerin var olsun

  9. Lindsay_Lohan dedi ki:

    heyat sevgi uzerinde qurulub