Unudaq bitsin!

Unudaq bitsin!

Kim demiş ki, ayrılıqlar bitir bir gün? Yalan demiş, sevgilim! Boş xülyalar… Ümidlər də bitir… Sənsizliyə öyrəşmişəm. Sənsizliyi küçələrin soyuqluğuyla, buz kimi parklarla, qaranlıqlarla bölüşmüşəm. Gücüm qalmayıb ki…

Mənsizliyə alışmısan. Onu isti ocağında əritmisən…


Dəyişilmişik. Səndən çox sənsizliyi sevirəm. Məni yox, keçmişini istəyirsən. Orda isə heç nə qalmayıb. Tanış tinlər, tanış səkilər, amma yadlar tutub bizim yerimizi. Xatirələr də silinib. İzi tozu da qalmayıb… Görüşsək tanıyarıqmı bir birimizi? Mən sənin gözlərindəki kədəri tanıyaram. Sənsə mənim addımlarımı…


İndi sənə çatmağı yox, səni ürəyimdən silməyi fikirləşirəm.



Səni qırıram, atıram… Son anda bir telefon zəngi səni yenə mənə qaytarır.



Mənə “əgər bilsəydim…” demə. Səni görməyə imkan yaratma.



Peşmanlıqla yaşayaq, amma qovuşmayaq.


Unudaq bitsin!


Uzaqdan baxa bilək ancaq. Sənə tərəf çırpınsam da, mənə sarı uçunsan da…



Faydası yox… Qovuşmağımız üçün qatil olmalıyıq.



Qatil sevgilim. Ondan sonra da bütün dünya bizi axtarsa da, səni qəlbimdə gizlədərəm…



Amma…



Mənə “qorxaq” demə. Sevgimizi buxovlamalıyıq. Elə qalın zəncirlə ki, heç bir ehtiras onu qıra bilməsin.



Qələmimi yerə qoyandan sonra səni unudcağıma söz verirəm. Bircə telefon zəngi olmasın yenə.



Gecələrimizə haram qatmayaq,



Düşünməyək bir-birimizi



Nə sən mənə çatansan, nə mən sənə yetənəm.



Yormayaq özümüzü.

BadBoy

Şərhlər:

  1. balaca dedi ki:

    cox sagol qaqawim ellerin derd gormesin

  2. Avtosh_227 dedi ki:

    cox sgol.ellerin var olsun…. angel

  3. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  4. Cristi dedi ki:

    Səndən çox sənsizliyi sevirəm. Məni yox, keçmişini istəyirsən. Orda isə heç nə qalmayıb. Tanış tinlər, tanış səkilər, amma yadlar tutub bizim yerimizi. Xatirələr də silinib. İzi tozu da qalmayıb… Görüşsək tanıyarıqmı bir birimizi? Mən sənin gözlərindəki kədəri tanıyaram. Sənsə mənim addımlarımı… good

  5. Miss_Koroline dedi ki:

    Mənə \"qorxaq\" demə. Sevgimizi buxovlamalıyıq. Elə qalın zəncirlə ki, heз bir ehtiras onu qıra bilməsin.

    Tewekkurler Muellife…Emeye Hormet

  6. Melekcik dedi ki:

    4ox saol xebere gore eladi((

  7. Cristi dedi ki:

    Superrrrrrrrrrrrrrrrr dostik coxxxxxxxxxxxxxxxx sagol applause

  8. BuBLiK dedi ki:

    cox sagol gaga! cry

  9. QeMLi AuS(( dedi ki:

    cox sagol urekk twk ellerin derd gormesin

  10. BadBoy dedi ki:

    cry cry cry

    I Love You My Princess

  11. Single Girl dedi ki:

    Chox Sagol amma oxumadim,cunki bu bayram gunu uzulmek istemirem…Yenede ellerine saglik…:(

  12. BalaM dedi ki:

    BadBoy cox sagol dosi ela give_rose

  13. QEMLI_GECE dedi ki:

    eziyyete gore cox sagol

  14. Rena_786 dedi ki:

    BadBoy саг ол..СуПеР.. applause

  15. girl_from baki dedi ki:

    Qələmimi yerə qoyandan sonra səni unudcağıma sцz verirəm. Bircə telefon zəngi olmasın yenə.

    Gecələrimizə haram qatmayaq,

    Dьşьnməyək bir-birimizi

    Nə sən mənə зatansan, nə mən sənə yetənəm.

    Yormayaq цzьmьzь.


    cox sag ol((

  16. jurnalistpero dedi ki:

    Bu yazi mene aiddir. plagiatliq neye lazim? Ya adimi qeyd edin ya da silin yazini ve butn istifadecilere xeber edin. Tekzib verin ki muellif sehv gedib. subut ucun http://www.pero.azersayt.com-a baxin tarixleri tutusdura bilersiz. men bunu vediyim saytdan oghurlayibsiz. Ar olsun. bir gyn vaxt verirem yoxsa saytiniz ele daghilacaq ki xeberiniz de olmayacaq/ muellif Perviz Sadiqov/ blogu da http://www.pero.zersayt.com ve ya nik jurnalispero