Allahin mocuzesi

Allahin mocuzesi

Paul
səhər işə getməyə hazırlaşırdı. Maşını qarajdan çıxardarkən qızını,
Sabinanı yolla gedən gördü. Əynində gözəl bir don, əlində isə bir
məktub var idi.

— Hara gedirsən?

— Mən…mən….ata, mən poçta gedirəm.

— Niyə?

— Bu məktubu göndərməliyəm

— Ver mənə mən göndərərəm sənin üçün

Bir an balaca qız çəkindi amma axır ki, məktubu atasına uzatdı. Atası
qoydu maşının qabaq oturacağına, qızına əl elədi və yola düşdü.

İşdə oturarkən məktub Paulun gözünə dəydi. Üstündəki ünvanı oxudu:

Allah Baba

Cənnət

Səma

Məktubu açdı və oxudu.

Əziz Allah baba,

Bu mənim sənə birinci məktubumdu. Anam həmişə deyirdi ki, sən uşaqları
sevirsən və onların dualarını tez eşidirsən. Mənim anam 7ci ad günümdən
3 gün sonra vəfat etdi. Ona kimi həmişə xoşbəxt idim, amma indi çooox
qəmliyəm. Atam həmişə mənimlə oynayardı, mənə kitab oxuyardı, amma indi
heç mənimlə danışmır. Səhər tezdən işə gedir, axşam isə mən yatandan
sonra qayıdır. Xalam deyir ki, artıq içməyə də başlayıb.

Xahiş edirəm Allah baba, mənim anamı qaytar. Onsuz bu evdə yaşamaq
istəmirəm. Hər gün məktəbə gedəndə sinif yoldaşlarımın analarını
görürəm və məni ağlamaq tutur. Nə olar Allah baba, anamı qaytar. Əgər o
artıq mələkdirsə və onu qaytara bilmirsənsə onda məni də götür apar.
Anamı necə apardın məni də elə apar.

Mən yaxşı qızam. Anamdan soruş deyəcək. Həmişə dərslərimi edirəm və
otağımı yığışdırıram. Söz verirəm ki, sənə heç bir narahatçılıq
törətməyəcəm. Səni gözləyəcəm!

Səni sevən, Sabina

Paul
məktubu bir yox üç dəfə oxudu. Bir az sonra, vəfat etmiş həyat yoldaşı
ilə ilk dəfə tanış olduğu yerə getdi. Orda böyük bir ağac var idi.
Ağaca baxa baxa bir neçə saat qızının yazdığı barədə fikirləşdi. Həm
özünə həm də həyat yoldaşına söz verdi ki, dəyişəcək.

Altı Ay Sonra:

Sabina artıq yerində yatmışdı. Paul onu yuxudan oyatmaq istəyəndə çarpayının yanında bir məktub gördü. Ünvanı belə idi:

Allah Baba

Cənnət

Səma

Məktubu açdı və oxudu:

Əziz Allah Baba

Bu sənə ikinci məktubumdu. Bilirəm ki birinci məktubumu almısan. Sənə
təşəkkürümü bildirmək istəyirəm. Düzdü anamı mənə qaytarmadım, məni
götürüb aparmadın, amma atamı dəyişdin.

Bilirsən Allah baba, mən indi onun otağında yatıram. Gecələr mənə
nağıllar oxuyur, mənimlə danışır, gülür, və hər səhər üzgüçülüyə
gedirik. Axşamlar isə, maşınla şəhəri gəzirik. Daha içki içmir.
İstəyirsən xalamdan soruşarsan. Bilmirəm sənə necə təşəkkür edim, Allah
baba, çox sağ ol!

Səni Sevən, Sabina

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    belay COOOX super thanks Ayselka xeberine gore AFERIN SENE

  2. NAZLI dedi ki:

    smile ooooooooceeeen interesno

  3. korennoy_bakinec dedi ki:

    belay zor eladi amma allah baba demek gunahdi! yenede elaaaaaaaaaaaa yerivar

  4. e_s_k_a dedi ki:

    korennoy_bakinec,
    Да соглассна Астагфуруллах нельзя так говорить

  5. Devil_666 dedi ki:

    melumaa gore twkler