Baxarsan!..

Baxarsan!..

On səkkiz il evə qayıdmayıb, on səkkizinci ilin sonunda evə dönsən, sizin evin yanındakı evin damına da Baxarsan!.. On səkkiz il əvvəl sən gedən də, orada bir qız var idi, səndən dörd yaş kiçik… Sən gedən də, o da özünü öldürmüşdü, damarlarını kəsərək…
Əgər nəsə axtarıb tapmasan, bütün otaqları gəzsən və görsən ki, artıq yorulursan, qayıd ən başa, başlamağa haradan başlamısansa… O yerə çatan da, iki əlinə də Baxarsan!.. Yox, orada heç nə yoxdur! Sadəcə olaraq, tapmaq istədiklərindən də artıqlarını tapacaqsan, artıqlaması ilə…
Bir gecə ölüm arzusu ilə qaranlıq otağın soyuq çarpayısında qıvrıla-qıvrıla Əzraili gözləsən, dur əyağa və hamama doğru addımla, asta-asta… İşığı yandırıb, sakitcə keç içəri. Cəftəni içəridən bağlayıb, güzgünün qarşısında dayan! Gözlərinin içinə yox, altına Baxarsan!.. Baxdıqca, yuxusuz gecələrini sayarsan… Təkliyini yox, axmaqlığını müzakirə edərsən, özün-özünlə… Sonra… Sonra da ki, qayıd yerinə. Uzan soyuq çarpayına. Və, yuxuya get… Artıq ölüm arzusu ilə Əzrailə yalvarmayacaqsan, çünki öldüyünü anlayacaqsan…
Bir siqaret yandır, siqaret çəkməsən də bunu et! Səbəbsiz də olsa bunu et! Yandır! Qoy külləri qurtarsın! Sən çəkmə, amma bir siqaret yandır!.. Külləri qurtarandan sonra isə, həmin o sönmüş, külləri olmayan aciz siqareti qoy cibinə… Əzraili arzuladığın gecələrində ona Baxarsan!.. Bax, və o siqareti bir Əzrailə bənzət! Özün-özlüyündə Əzraili alçat gözlərində… Bu səfər hamama getmək də lazım deyil… Və, yuxuya get!..
Qələmi al əlinə, başla yazı yazmağa. Dəftər vasitəsi ilə yox, bədəninə yaz, o yazını. Bacardığın qədərilə qollarına yaz, ən çox qollarına yaz! Çünki, onda oxumaq daha asan olur… Bütün bədənini yazıq-yuzuq edəndən sonra ən sevdiyin T-Shirt-ünü geyin əyninə, çıx çölə, mərkəzi küçələrə get! Tanımadığın insanlara yox, tanıdığın insanlara yaxınlaş, çünki səni tanımayanlar səni tanımayanlardır. Zorla deyil ki, tanımırlar da… Nə isə!.. Yaxınlaş səni tanıyanların yanına. Denənki: ”Təzə bir hekayə yazmışam!”. Can-dərdi deyəcəklər ki: ”Telefondadır, yoxsa dəftərə yazmısan?”. Bax, elə o anda qayıd evə, qaça-qaça… Otağına girəndən sonra güləcəksən! Çalış, daha çox gül! Dəli kimi yox, ”adam kimi”, onlar kimi… Görəcəksən ki, oxuduğun romandan yeniliklər oğurlamaqdansa, özün-öz yeniliklərini yaratmısan… Ən sonunda bədəniə Baxarsan!.. Orada bir gül şəkili görəcəksən. Bədənində ki, yazının nə vaxtsa silinəcəyini bilə-bilə, o gülü qoyma sola!.. Sonra gecə olacaq, həmin gecələrinin neçə faizisə sənə qonaq gələcək. Siqareti götür əlinə, və yuxuya get!..
Bu yazımı oxu, heç bir fikir-filan bildirmə, çünki nə yaxşıdır, nə də ki, pis. Adı yoxdur! Yazsan, yazarsan ki, ”müəllifə uğurlar!”. Amma, müəllif sizin şərhlərinizi oxuyub özünə təsəllilər verməkdədir… Nə isə!..

By: KorYOLÇU!..

Kor_Yolcu

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Rehman qaqashim gel gorek deyesen nese cume axshamidir… ))))))) yada ki,afrist sohbeti var ))) neyse eziyyete gore sagol… KorYOLЗU!…

  2. Cristi dedi ki:

    TEWEKKURLER SUPERRRRRRRRRR IDI. ELINE SAGLIK applause applause applause

  3. Lindsay_Lohan dedi ki:

    ok baxaram applause

  4. aznetin_gozeli dedi ki:

    HEYAT DAVAM EDIR…. HECNEYE BAXMAYARAQ.

    cox xosuma geldi..

  5. reyhan dedi ki:

    maraqli idi saq ol tw xebere gore superrrrrrrrrrrrrrrrrrrrrrrrr

  6. Ferid dedi ki:

    Hem maraqli hemde tesirli xeberdir!

  7. FREESTYLERS dedi ki:

    maraqlidi sag ol

  8. nilgun dedi ki:

    bawkalari ucun yawayyan insan hemiwe sonunda tek qalir, unutma. mence o siqareti cekib, ezrayili gozunde alcaltdigina, oturub her nedi ALLAHA dua ederek gunahinin hec olmasa yarisinin bagiwlanmasi ucun dua etsin. kim deyirey tenhaliq pisdi ay nebilim ne… bow sozlerdi. vallah tenha olan wexs yaninda cox olan wexsden 1000 defe agilli olur, insanlarin uzunu gorub tenhaliga qacir. ama insanlarin uzunu gormeyen sonda insanlardan zerbesini alir.. ne ise….. gozel meqale idi. cox sagol.. Muellife ugurlar ))

  9. DaviDoFF dedi ki:

    xe bashladuq =) demeli bele 18il gelmesen tutaqki qiz diersen mennen 4yash balaca idi lap 1yashi olub qizin sende 18ildi gormursen onu evlenib gedibde =) eh =) qaldi dama 20 ildi uz be uz binadaki dami gorurem nece var ele qalib =) tondu oncun =) belke suzun damvuz qirdan olub nem yalan deirem =) cox saol eziyyete gore =))

  10. Avtosh_227 dedi ki:

    tewekkurer…

  11. BadBoy dedi ki:

    gaga Cox sag Ol…

  12. girl_from baki dedi ki:

    cox maraqli geldicox sag ol

  13. Single Girl dedi ki:

    teshekkurler cox sagol…

  14. Damla dedi ki:

    emeye hormet sag ol

  15. IzYuMinKa dedi ki:

    SPASIBKI ZA TRUD

  16. Jelannaya_013 dedi ki:

    coooox tesir eledi coooox twk…