Möminin duasının əhəmiyyəti

M246;minin duas305;n305;n 601;h601;miyy601;ti

Əsgər Vətəninin keşiyində durub xalqını düşmən pəncəsindən qoruyur, xalq da dinc və təhlükəsiz yaşayır. Mömin də gecə-gündüz Allaha ibadət edib, yalvarmaqla, Allah kəlamı, dualar oxumaqla ölkə və xalq Allahın amanında olur. Çünkü oxxunan dualar bəhrəsiz olmur. Bir nəfərin xeyir-duası ilə bir ölkənin fəlakəti dayanar, bəlası uzaqlaşar, günahı bağışlanar, şeytan fəsadından qorunar. Möminlər Allahın yerdə alətləridir. Möminlərin etdikləri ibadət,yalvarış və oxuduqları duaları ilə şeytan ləin qüvvədən düşür, xəstələnir fəsadlar törədə bilmir. Möminin oxuduğu dualar, ölüləri də, diriləri də günahdan bağışlatdırır. Elə ölülər var ki, heç vaxt onların adı çəkilmir salavat, Quran oxunmur. Amma onların mallarını mənimsəyirlər, özlərini yada salmırlar. Möminlər isə hər gün cəmi ölülərə Quran ayəsi salavat oxuyub yad edirlər. Möminlər Allahın işçiləridir, məhz onların ruzuları nəzir, niyaz verməklə Quran oxutdurub, dualar etdirməklə verilir.

SUAL: Ölkəni düşmən pəncəsindən qoruyan əsgərin maddi tələbatı hökümət orqanları tərəfindən ödənilir. Bəs gecə-gündüz dörd divar arasında fasiləsiz ibadət edib, Allaha yalvarıb, xeyir dualar oxumaqla dünyanı şeytan düşməninin pəncəsindən xilas edən, qoruyan möminin maddi tələbatını kim ödəməlidir?

Möminlər gecə-gündüz Allaha yalvarmaqla, ibadət edib, ayələr, dualar oxumaqla dünyanı Allahın amanında edirlər. İmkanlılar isə bütün gizli hikmətlərdən xəbərsiz öz işlərində, ruzu qazanıb, dinc səhman, istirahətli yaşamaqdadırlar. Ey firavan həyat sürənlər dəm-dəsgah quranlar niyə inanmırsınız ki, bu dünya müvəqqətidir, axirət əbədidir, görmürsünüz ki, ölənlərdən biri dirilməyib, qurduğu büsata qayıtmayıb, əbədi dünyaya isə qurduğundan, yığdığından qəbir keçidindən, cəsədindən başqa heçnə keçirə bilməyib. Bir az şeytan-dünya əyləncələrindən macal tapın düşünün ki, əgər ölkə zəlzələ, tufan fəlakətlərinəməruz qalsaydı, əlbətdə siz nə yaşaya, nə də pul qazana bilərdiniz. Onu da bilin ki, fəlakətlərin səbəbkarı insan günahı, şeytan fəsadıdır. Ancaq Allah-təala bu törətdiklərimiz fəlakətlərə baxıb tamaşa edir, Allah bizə Quranda xəbər verib ki, günah etməyin, günahlar xəta-bəla fəlakətə çevrilir, lakin hər şeyə qadir olan Allah istəsəydi həmin günahları bağışlayardı və fəlakətə çevrilməyə qoymazdı. Bu bağışlanmağın da səbəbi olmalıdır. Bunun da səbəbi, Allaha yalvarmaq, gecə-gündüz namaz qılıb, ibadət etmək dualar oxumaqdır. Ey insanlar, bunu da siz etmirsiniz. Dünyanı salamat görüb, dinc yaşayıb, pul qazanan insanlar düşünsünlər ki, nəyə görə Azərbaycanda dəhşətli zəlzələ özünü titrətdi, göstərdi amma fəlakətini törətmədi, deməli, bunun gizli hikməti var. Möminlərin oxuduğu dualar, möminləri faciəyə məruz qoymazdı. Məhz möminlərin duası, Allaha yalvarışı hər möminin özünü, ailəsini, ölkəni və sakinləri dəhşətli zəlzələ faciəsindən qurtardı. Allaha sığındı, Allah amanında oldu.


BadBoy

Şərhlər:

  1. DaviDoFF dedi ki:

    cox saol xebere gore ALLAH razi olsun.

  2. girl_from baki dedi ki:

    Allah razi olsun,bele xenberler cox olsun

  3. Melekcik dedi ki:

    ALLAH razi olsun cox saol xebere gore

  4. _Aynur_ dedi ki:

    Cooox sag ol dosrik,maraqli xeberdi,ALLAH RAZI OLSUN!!!

  5. QEMLI_GECE dedi ki:

    twk xebere gore allah razi olsun ………

  6. ToN ToN dedi ki:

    Chox sag ol xəbərə gorə. Allah razı olsun

  7. ZakonLubvi dedi ki:

    MARAQLI XEBER IDI COX SAG OLUN …..ELBETDEKI BIR OLKEDEKI DINE INAM VAR DUALAR VAR O OLKEDE AMIN AMANLIK OLMALIDIR …..ALLAH BIZLERI BIZIM AILELERI MUHARIBEDEN ZELZELEDEN QORUSUN bash

  8. LoReNZo dedi ki:

    Ey firavan həyat sьrənlər dəm-dəsgah quranlar niyə inanmırsınız ki, bu dьnya mьvəqqətidir, axirət əbədidir, BIZ BU DUNYADA YASAMIRIQ BU DUNYAYA O BIRISI DUNYAYA SECILMEK UCUN GELMI
    GELIN PIS EMELLERINIZDEN ELCEKIN VE TOVBE EDIN CUNKI HEYAT QISADI

  9. Single Girl dedi ki:

    cox sagol Allah razi olsun! Allah her birimizin dualarini qebul edsin! Amin!

  10. BadBoy dedi ki:

    Rey Yazan Elleriniz Var OlSun…

  11. bakili balasi dedi ki:

    Allah razi olsun ellarina saglik

  12. BuBLiK dedi ki:

    ALLAH razi olsin gaga!!

  13. Avtosh_227 dedi ki:
    ay cox tewekkurler bu gozel xebere gore.ellerine sagliq.cox sagol.yeri var…
  14. qeribelik dedi ki:

    ALLLAH RAZI OLSUN.ALLAH HER BİRİMİZİN XOS,SAF DUASINI GERCEKLESDİRSİN.AMİN.SAG OL İLHAM

  15. Leonel-207 dedi ki:

    xebere gore,eziyyete gore cox ol…Allah razi olsun….

  16. Cristi dedi ki:

    ALLAH razi olsun!!!!!
    Sagol dostik!!!!
    angel