Aglamadim!

Aglamadim!

Ağlamadım.
Hər dəfə doluxsundum ağlamaq istədim. Hər dəfə bağışladım sevilmək istədim. Ürəyimin döyüntüsünü dinlədim məni sevdiyini eşitmək üçün. Qoxunu iylədim güllərin ətrini almaq üçün. Telini oxşadım səni uyutmaq üçün.
Hər dəfə də doluxsundum ağlamaq istədim.
Ağlamadım.
Bəlkə səni itirməkdən qorxdum. Səni itirməmək üçün ağlamadım. Axı göz yaşımın hər damlasında sən vardın. Gözlərim məndən xəbərsiz ağladı göz yaşlarım içimə axdı və alov kimi yandırıb-yaxdı. Ürəyim yandı qışqırmaq istədim. Susdum. Dodağım-dodağımdan qopmamaq ucun.
Hər dəfədə doluxsundum ağlamaq istədim.
Ağlamadım.
Güldüm. Təbəssümümü sənə bağlamaq üçün. Röyalarımda səni görmək istədim. Hər gecə yuxuma gəlməyin üçün. Sevgi bağımızda çiçək olmaq istədim sənin əllərinlə dərilmək üçün. Ocaq olmaq istədim səni nəfəsimlə isitmək ucun. Ağzında dilin olmaq istədim sözünün şirinliyini dadmaq üçün. Dodağın olmaq istədim öpüşlərin olmaq üçün. Sənin olmaq istədim dəli kimi sevdiyim üçün.Xəyal olmağını istədim heç kəsin səni görməməyi üçün. Kar olmanı istədim fəryadımı eşitməmək ucun. Lal olmanı istədim başqasını sevdiyini deməməyin üçün.
Hər dəfə də doluxsundum ağlamaq istədim.
Ağlamadım.
Artıq heçnə istəmirəm olmayacağını bildiyim üçün. Hönkürüb ağlamaq istədim ürəyimi boşaltmaq üçün.
Ağlamadım.
Həmişəlik urəyimdə olduğunu bildiyim üçün !!!

Melekcik

Şərhlər:

  1. Avtosh_227 dedi ki:
    ehhhh.menlik deyil bele sevgi xeberleri…eziyyetine gore tewekkurler dostikim.cox sagol…
  2. Leonel-207 dedi ki:

    COX SAG OL ELLERIN AGRIMASIN SEGIIII SEVGIIII…….

  3. Deli_oglan dedi ki:

    Cox sagol bu xebere gore amma aglama. Onu ureyinde yasatsan da aglama. seve-seve yasat ki qoy o da her zaman ona olan sevgini hiss etsin.

  4. QeMLi AuS(( dedi ki:

    DOSTIK NE DEYE BILEREM COX GOZEL YAZMISAN ALLAH SENDEN RAZI OLSUN

  5. Single Girl dedi ki:

    supppadiiiiiiiiiiiiiii ellerine saglik sevgi xeberlerine catan yoxdu:)))))))))

  6. girl_from baki dedi ki:

    aglamaq lazim deyil
    her zaman gulun tesekkur xebercun

  7. DaviDoFF dedi ki:

    cox saol xebere gore ne deim sevgudude =)

  8. _Aynur_ dedi ki:
    Artiq hec ne istemirem olmayacaqini bildiyim ucun…Honkurub aqlamaq istedim ureyimi bowaltmaq ucun….

    Tewekkur cooox xowuma geldi…

  9. BuBLiK dedi ki:

    эх бывает у меня такое utancaq

  10. _Cinbala_ dedi ki:

    Hər dəfə bağışladım sevilmək istədim.
    Sənin olmaq istədim dəli kimi sevdiyim ьзьn.

    Super hemiseki kimi cox sagol xosum geldi

  11. Cristi dedi ki:

    ELINE SAGLIK BACIW. MARAQLI IDI. AMA MENLIK DEYIL BACIW angel angel angel

  12. Melekcik dedi ki:

    Sitat: Single Girl
    supppadiiiiiiiiiiiiiii ellerine saglik sevgi xeberlerine catan yoxdu:)))))))))


    flower

    Sitat: aus
    DOSTIK NE DEYE BILEREM COX GOZEL YAZMISAN ALLAH SENDEN RAZI OLSUN


    ALLAH cumlemizden razi olsun

    werh yazan her kese tewekkurler