Yixir omrumu

Yixir omrumu

Yıxır ömrümü

Tuş gəlmişəm taleyimin qəminə,
Yavaş-yavaş dərdi yıxır ömrümü.
Dindirəndə nə söylənir,nə dinir,
İçin-için dərdi yaxır ömrümü.

Yazılan taleyi istəməmişdim,
Bəxt yazan yazıbdır,pisləməmişdim,
Bundan da betər var,pis deməmişdim.
Ümidsizdi,dərdi sıxır ömrümü.

Dərd-qəmim dağ oldu,sevincim qaya,
Zimistan qəmimi ötürdü yaya,
İstərsən bıçağı sümüyə daya,
Qan yerinə dərdi axır ömrümün.

Bəxtimin günəşi erkən batıbdı,
Fələk güzəranı yaman qatıbdı,
Bəlkə də ömrümün sonu çatıbdı,
Bu üzdən də dərdi yıxır ömrümü

Firuze

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    Cooox sag ol Ashkim fellow forgenc

  2. Admin dedi ki:

    Ashkim ellerine saglik super aliniz ela seirdir .TEsir edicidir

  3. MILAQROS dedi ki:

    Admin,
    raziyam pasibki aftoru

  4. esmeralda dedi ki:

    Awkim cox sagol xebere gore

  5. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram

  6. BadBoy dedi ki:

    Cox sag Ol….