Dost

İnanki men artiq heqiqetende dürüst dostlarin olduğuna inana bilmirem. Var heqiqi dost ya yox? Men çox dost görmüşem, yeni dost saydığım, yalançı insanlar. Mence dost, refiqe – dostunun cani yandığında, kömeye ehtiyaci olduğunda, üreyinde qalmis neyise bölüşmek istediyinde en yaxınında olan adamdır, sadece sevincli günlerinde deyil, qemli-kederli günlerinde bele, eger sen esl dostsansa sen dostunla duz çöreyini bölmelisin, sende olan her şeyi paylaşıb bölüşmelisen.

 


Dost her şeyi bölüşendi, dost qedr bilendi, dost lazım olan sirleri yaymadan saxlayandi, paxiliq bilmeyendi, insanin eger dostu varsa o dost onun üçün bir melekdi, dayağdı; her zaman qoruyan melek tebii ki ikisi de bir-birilerini. Amma indiki dostlar, sizce de beledirlermi? Yox indiki dostlar üze gülen, arxanca danışan, paxıllıq eden, sirlerini yalandan bölüşen(yeni özü haqda yalandan sirler deyir ki, qarşısındakının sirlerini öyresin tebii ki, neylesin yaysın, axı bele insanların başqa işi gücü olmur). Eleleri de var ki dostunun sirrini evinde “a mama, bax heç kese demeha,onun anasınada sonra dostum bilse menle danışmaz,bilirsen mama bele-bele………….” ve belece dostunun sirrini anası da bildi. Onlar ele bilirler ki bu dosta edilen xeyanet deyil, eger dostluğu bacara bilmirsen özüve niye “dostam” deyirsen.


Axı dostluq müqeddesdir, dostluq qırılmaz zencirdir. Dost-dostunu anasına bele satmamalıdı ne olursa olsun. Çox adam deyir insanin esl dostu anasidir. Tutalım ki eledir, senin meselen, bir sirrin var bunu anava deyirsen, ferqi yoxdu sirrin olmasa da olar lap derdin var, sen sirrivi demeye başlayan kimi anan seni danlayir sen sevhde olsan düzde olsan seni heç sonuna kimi dinlemir cezalandırır, amma senin yaşıdın olan refiqen seni axira kimi dinleyir lazim gelende sene ağıl verir, sevhsense danlayir, çalişır ki düz yola çeksin; analar bunun min qatini edir amma yene de her şeyi deye bilmirsen; bezi analar ise sonuna kimi dinleyir meslehet verir. Amma bir neçe vaxtdan sonra etdiklerivi yada salır başıva-başıva vurur. Men bilmirem belke heqiqeten de analar insanin esl dostudu.


Meni bayaq yazdıqlarıma göre sevh başa düşmeyin analar bizim göz bebeklerimizdi canlarimizdi, men sadece bezi analarda gördüklerimi deyirem. Şükür ALLAHA menim anamla heç bir saxlanılası sirrim yoxdur heç olmasın da..


Tanıdığım bir qiz var, refiqesinin bütün sirlerini gelib mene deyir ele bil bundan kiminse haqqinda soruşan oldu. Men heç vaxt elelerinin dediklerine qulaq asmiram, çünki sonra her şey yayılacaq ve deyecekler ki bunu kim bilirdi, o zaman senin de adin sirri yayanlar sirasinda gedir. Halbuki, senin heç neden xeberin olmur. Heqiqeten de kiminse özgenin seni satmağı seni incitmez, amma her zaman seninle bir süfrede duz-çöreyi bölüb hemişe seninle olan dostun, refiqen satanda bu artıq adamı yandırar.


İnsan hemişe günahı özgesinde axtarir, yanindakina baxmir, çünki o, insanın onu satacağına inanmaq istemir. Özlerine dostam deyenler dostlarının sirlerini açıb yayanda heç düşünmürler ki axı o da menim sirlerimi bilir, düzdü onlar bunu düşünmürler çünki bilirlerki satdiqları dostları onların seviyyesine enib onlarin etdiklerini tekrarlamazlar. Tekrarlayanlarin ise artiq onlardan heç bir ferqi qalmir.


Biz hardan bile-bilerik ki esl dost kimdi?! Gerek ele biz birinci dost zerbesi yeyek, sonra bilek dost kimdi, dost bizi aldatsin sonra dostu taniyaq bilek ki esl dost kimdi, yalançı dost kim.


Menim esl dostum özümem. Çünki, o qeder çirkince hereket eden insanlar yalandan özlerine refiqeyem deyen insanlar görmüşem ki,ondan sonra heç vaxt özüme dost seçmerem, ne de kiminse dostu olmaram.


Menim tanidiğim bir qiz var onun haqqinda danışmaq istəyirəm. Men ona dedim ki dostluq haqqinda yazacam olar senin de barende yazim o icaze verdi. Bu əhvalatı bir defe özü mene danişıb. Deyir ki “oturmuşdum evde mamam zeng elediki evdesen?


· Qiz: he evdeyem nediki mama nese olub ki bele narahatsan?


· Anası: heç ne olmayıb, dedim görüm evdesen ya yox, heç bir yere çixma, indi gelirem eve. BU QİZİN DA REFİQESİ XALASİ QİZİDİR..


· Qiz: Geldin mama ne olubki?


· Anası: ne olub, ne olub caniva derd olub, utanmirsan?


· Qiz: ne etmişemki utanim?


· ANASI: Bundan artiq ne etmelisen ki, o gezdiyin oğlan kimdi, her gün mektebe geden, senle gezen?


· QİZ: Mama men vallah pis hereket etmemişem, o oğlan meni sevir.


· Anası: sen ne bilirsen ki o seni sevir, belke de seni oynadir, sen ne bilirsen sevgi nedi, senin neçe yaşın var ki, sevgiden danişirsan?


· Qız: bunları sene kim deyir, qiz üreyinde deyir ki bunlari ancaq bir nefer bilir o da refiqesi. Yox o anama demez axi niye desinki?!


· ANASI: Her kim deyib sen sirlerivi hamiya deyende, hami da gelib mene deyer


· Qız: mama xaiş edirem denen bilim ki kim deyib.


· Anası: senin refiqe saydiğin xalan qizi xalava deyib, xalan da mene dedi, amma senin refiqen anasina deyende anasini tembeh eleyib ki anası heç kime demesin. Xalan da mene vallah qizivin xeyrine deyirem, amma qiziva menim dediyimi deme xalasina nifret etmesin- dedi. Senin refiqen indi bilmir ki anası senin haqqinda mene deyib. Özüve dost seçende gör kimi seçirsen. Yaxşı kı xalan mene dedi yoxsa men senin haqqinda hardan bilecekdim?


· Qız: burax meni mama gedim tüpürüm üzüne


· Anası: eybi yoxdu böyüklük sende qalsin, o eledi sen eleme, xalanla aramiz deyer. lazim deyil.


Bunlari mene danişan qiz ağlaya-ağlaya danışırdı, deyir – “mamam saxlamasaydi gedib onun üzüne tüpürecekdim, men hele de xalam qiziyla danişiram, amma sirlerimi ona demirem, çünki, o hele de bilmir ki menim haqqimda onun dediyini men bilirem, o ele bilir ki anam basqasindan esidib. İndide onunla danişanda deyir ki öyrendin seni kim satib? Dedim yox amma, onu bilirem ki o hemin adam çox çirkin insandi. Deyir ele deme günahdi söz özüne gedir axı. Heç xalam da qizina demiyib ki men xalava demişem. Axıri bele türkler demişken, yuvarlanup gidiyoruz.”


Bu jurnaldan urlenmis bir meqaledir

Firuze

Şərhlər:

  1. MILAQROS dedi ki:

    1 insanin ki,CINGIZ kimi dostu var o,en xowbext dostdur
    ASKIM oc interesno pasib
  2. Admin dedi ki:

    MILAQROS,
    request Oyy utandim lap cooox sag olll minnetdaram canim dostumm

    Avtoru spasibki

  3. IzYuMinKa dedi ki:

    MILAQROS,
    s vami polnostyu soqlasno eto tak fellow forgenc super nbumber one
    ashkim coox sag ol ellerine saglik love

  4. Avtosh_227 dedi ki:

    tewekkurler.esl dost var.beli