8MART

 


Dünya Qadınlar Günü ilk dəfə 1800-cü illərdə bir tekstil
fabrikində daha yaxşı iş şərtləri üçün tətilə gedən qadın işçilərin fabrikə
kilidlənməsi, arxasından da çıxan yanğında fabrik qarşısında qurulan
barrikadalardan qaça bilməyərək çıxmaları ilə gündəmə gəldi Qadınlar bütün
dünyada olduğu kimi ölkəmizdə də 8 Martda bərabərlik istəklərini daha yüksək
səslə dilə gətirirlər.

8 Martın Dünya
Qadınlar Günü olaraq qeyd olunması, beynəlxalq səviyyədə qeyd olunması 1970lərə
rast gəlsə də, bu tarixə qaynaqlıq edən hadisə və dünya qadınlarının ortaq bir
gün qeyd etmə istəyinin gündəmə gəlişi 1800lərin ortasınıdır. ABŞın New York
şəhərindəki Cotton tekstil fabrikində işləyən işçi qadınlar, 1800-cü illərin
ortalarından bəri daha yaxşı iş şərtləri, əməklərinin qarşılığında layiq
olduqları ödəniş və daha yaxşı həyat üçün mübarizə verməkdədir. Amma bu qədər
illik mübarizəyə qarşı əldə edə bildikləri çox qazanc yox idi.

alt


Ən sonunda, 8 Mart 1908 günü, haqqlarını ala bilmək üçün son
çarə olaraq tətilə çıxmaq istəyərlər. Ancaq müdirlər bu tətilə zalım bir
şəkildə müdaxilə edər. Tətilə gedən qadınlar fabrik binasına kilidlənərlər.
Müdirlər bu yolla tətilin başqa fabriklərə sıçramasını mane olmaq istəyərlər.
Ancaq gözlənilməz bir şey olar və fabrik yanmağa başlar. Çox təəssüf ki
yanğından fabrikdə olan qadın işçilərdən çox azı qaçaraq xilas olmağı bacarar
Yanan fabrikdən qaçmağı və fabrikin ətrafına qurulmuş olan barrikadaları aşmağı
bacara bilməyən 129 qadın işçi yanaraq ölər.

Eyni il
digər sənaye qollarındakı qadınlar da mübarizəyə davam edərlər. Qadınların icra
etdikləri mübarizənin təməlində seçmə və seçilmə haqqı, gündəlik iş
saatlarının, şərtlərinin və ödənişləndirmənin yenidən təşkil edilməsi kimi
mövzular var. Dünya Qadınlar Günündə bu gün də ilk başlarda edildiyi kimi
bərabərlik üçün, müstəqillik üçün, siyasi haqsızlıqların ortadan qalxması üçün,
daha yaxşı həyata və iş şərtləri əldə edə bilmək üçün işləyirlər.

Ayselka

Şərhlər:

  1. MILAQROS dedi ki:

    love super vsex s prazdnikom love
  2. Admin dedi ki:

    MILAQROS,
    Senide)))

    Coox sag ol Ayselka bunlari bilmek coox maraqli idi

  3. love_krasotka dedi ki:

    саул Айселька winked winked

  4. IzYuMinKa dedi ki:

    love COOOOOX SAG OL AYSELKA SENINDE BAYRAMIN MUBAREK. HEYATIN BUTUN GOZELLIKLERI SENIN LE OLSUN love

  5. EttO dedi ki:

    Tebrikler butun xanimlarimizi