Bəzi ilklərin tarixçəsi – 1

B601;zi ilkl601;rin tarix231;601;si - 1

İLK qadın təyyarə sərnişini

Təyyarəyə minən ilk qadın, Fransız qadın Therese Peltierdir. Qadın Peltier, 8 İyul 1908 günü Fransada, Voisin bölgəsində, Leon Dalagrange tərəfindən təyyarəyə alınaraq

çox qısa bir müddət gəzdirildi.


İLK kor bağırsaq əməliyyatı

Tibb tarixinə keçən ilk apendiks əməliyyatı, 4 Yanvar 1885-də, ABŞ-ın Davenport şəhərində, Dr. William West Grant tərəfindən edildi. Bir cütçünün qızı olan 22 yaşındakı Mary Gartside, Dr. Grantın yanına gətirildiyində, appendisitin irəliləmiş mərhələsində idi və əməliyyat edilmədiyi təqdirdə öləcəkdi. Əməliyyat, tam bir müvəffəqiyyətlə nəticələndi, qadın Gartside, 1919-cu ilə qədər yaşadı. İlk edilən appendisit əməliyyatlarının demək olar bütünündə, tamamilə səhv edilmişdi, yəni xəstəliyin irəli mərhələlərinə gəlinmişdi. Appendisitin ilk dövrlərində əməliyyat fikri, İrlandiya əslli bir Amerikalı cərrah olan John Benjamin Murphy tərəfindən reallaşdırıldı və bu növdə ilk əməliyyat, 2 Mart 1889 günü Cook Country xəstəxanasında edildi. Monhan adlı gənc işçi, səkkiz saat davam edən əməliyyatdan əvvəl, Dr. Murphy-nin yanına gəldiyində, yalnız qarın ağrılarından şikayət edirdi.


İLK balta

Günümüzdən 250 min il əvvəl, müasir insanın ataları sayılan Homoerectus olaraq adlandırılan insanlar, Afrika, Asiya və Avropada daşlara forma verəcək baltalar düzəldirdilər. Bunlar, sapsız olmalarına baxmayaraq, üçbucaq formasında yonulduqlarından asanlıqla əldə tutula bilirdi. Üçbucağın bir nöqtəsi olduqca iti, bir kənarı isə bıçaq ağızı kimi idi. Bu sadə cihaz, heyvanların dərilərinin üzülməsində, ətlərin kəsilməsində, odun kəsmədə və qazıntı işlərində istifadə edildiyi kimi, silah olaraq da əhəmiyyətli bir funksiyaya sahib idi. Baltalara, E. ə. 35 min ilindən etibarən sap düzəldildi.


İLK dünya gözəllik kraliçası yarışması

Dünya Gözəllik Kraliçası yarışması ilk dəfə 1951-ci ildə Mecca Ltd. direktoru Eric Morley tərəfindən təşkil edildi. O il, Morleyin müdirləri, ondan London Festivalına beynəlxalq bir yenilik gətirməsini istəmişlərdi. Morley də uzun-uzun düşündükdən sonra, bu cür bir yarışmanın həqiqətən səs gətirəcəyinə inandı və bu düşüncəsini reallaşdırmaq üçün qolları çirmələdi. 19 Aprel günü, Strand Litseyi Balet Salonunda edilən finala yalnız 5-i dəniz aşırı ölkələrdən gələn 30 namizəd qatıldı. Bu yarışmanın bir başqa xüsusiyyəti də, bütün iştirakçıların o dövrdə İngiltərə üçün çox yeni bir fakt olan bikini ilə podiuma çıxmaları idi. Nəticədə 1000 sterlinqlik birincilik mükafatını və Dünya Gözəllik Kraliçası tacını Stocholmlu bir polisin qızı olan 22 yaşındakı İsveç gözəli Kiki Kaakonson qazandı.


İLK sürücülük vəsiqəsi

14 Avqust 1893 tarixində Paris Təhlükəsizlik Müdirliyi, bir verdi: “Heç bir motorlu vasitə, sahibinin müraciəti üzərinə tərəfimizdən veriləcək sürücü sənədi olmadan istifadə edilə bilməz. Sürücülərin səhvləri səbəbiylə, bu sənədləri ləğv etmə haqqına hər vaxt sahibik.” Bu elandan sonra, avtomobil sahibləri, Paris Təhlükəsizlik Müdirliyinə müraciət etdilər. Özləri bir sükan imtahanından keçirildi və müvəffəqiyyətli görülənlərə sürücü sənədləri verildi, 10 Mart 1899-da Fransız Hökuməti, bir fərman nəşr edərək sürücü sənədlərinin avtomobil istifadə etdikləri zaman sürücülərin yanında olmasını və hər istəndiyində göstərilməsini istədi. Sənədlərin üzərində avtomobil sahibinin bir fotoşəkilinin olması lazım idi. 1 Noyabr 1899-a qədər Paris bölgəsində 1795 adama sürücü sənədi verilmişdi.


İLK dodaqdan oxuma

Dodaqdan oxumağı öyrənən ilk kar insan, Castile Qalası Komandirinin qardaşı Luis de Velascodur. De Velascoya bu qabiliyyəti, komandirin xüsusi katibi Juan Pablo Bonet, 1615-1620 illəri arasında öyrətdi. Uels Şahzadəsi ilə birlikdə 1623-cü ildə Madridi ziyarət edən Ser Kenelm Digby, Velasconun bu xüsusiyyətini belə izah edir:



“Bu soylu İspan, anadan doğulma kar idi. Belə ki, qulağının dərhal dibində bir silah atılsa eşitməsi qeyri-mümkün idi. Bu talehsiz gənc adam üçün İspaniyanın ən irəlidə gələn həkimləri və cərrahları bütün hünərlərini sərgilədilər. Amma heç biri müvəffəqiyyətli ola bilmədi. Sonunda bir rahib, ona başqaları danışdığı zaman deyilənləri anlamağı öyrətdi. Beləcə, bu kar gənc, başqalarının anlaya biləcəyi şəkildə danışmasını da öyrənmiş oldu. Əvvəllər danışmağa çalışarkən özü də gülürdü. Amma illər sonra bir möcüzə yaratdığına inandı ki, heç də haqsız deyildi.”

BadBoy

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    MARAQLI MELUMATLARA GORE COX SAG OL…PANELDE OXUDUM…HEQIQETEN COXUNU HEC BILMIRDIM..ESHITMEMISHDIM…
  2. Single Girl dedi ki:

    Ilham cox sagol maraqli melumatlara gore:)

  3. _Aynur_ dedi ki:

    Cox saq ol dostik maraqli xebere gore …

  4. girl_from baki dedi ki:

    Cox sag ollllll amma yarimciq oxudumeeeeee)) axiracan oxuyacam soz

  5. Angelocka dedi ki:
    heart BadBoy, heart
    Cox sagol canikom..Maraqli melumatlarda idi..Bezilerini ewitmiwdim..Amma en maraqlisi mene dodaqdan oxuma..birde ilk suruculuk vesiqesi maraqli geldi ))whistle Thank you very much my dear opucuk

  6. QEMLI_GECE dedi ki:

    cox sagol maraqli xebere gore

  7. rihanna dedi ki:

    cox sagol maraqli xeber idi.

  8. Avtosh_227 dedi ki:

    cox sagol

  9. BadBoy dedi ki:

    Rey Yazan Allariniz Agrimasin..

  10. DaRk_AnGeL dedi ki:

    maraqli melumatlardi twk girl_cool

  11. BalaM dedi ki:
    BadBoy sagol dosi xebere gore give_rose
  12. QeMLi AuS(( dedi ki:

    cox sagol heqiqeten maraqli idi

  13. Melekcik dedi ki:

    tewekkur edirem dostik xebere gore

  14. qeribelik dedi ki:

    SAG OL İLHAM.COXUNU OXUDUM

  15. Cristi dedi ki:

    Coxxxxxx sagol qaqaw maraqli xeber idi!!!!

  16. dangerous_angel dedi ki:

    dogurdanda maraqlidi twkler