Bəxtiyar Vahabzadə-Nağıl Həyatı

B601;xtiyar Vahabzad601;-Na287;305;l H601;yat305;

Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli…
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.

Dilini bir ilə öyrəndim… nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı…
Başıma bəladır mənim öz dilim,
Dənizəm, üzümə durub sahilim.

Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı…

Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.

Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.

Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.

Bir danış, hardadır, görüm səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?

Danışma, ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.

Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.

Atasını söyən, yada baş əyən
Rəhbərlər görmuşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.

Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb, asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil,
“Malades” sözünə Vətəni satmış.

Dünyanı biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.

Avtosh_227

Şərhlər:

  1. qeribelik dedi ki:

    SAG OL QAQASIM.SEİRLERİ SEVİREM

  2. Avtosh_227 dedi ki:

    qeribelik,
    Skromnaya,
    _Aynur_,
    Cristi,
    rihanna,
    bdu_sep,
    reyhan,
    Admin,
    aus,
    Lindsay_Lohan,
    DaviDoFF,
    Suphenallah,


    Her birinize rey yazdiginiz ucun derin tewekkurumu bildirirem.cox sagolun…

  3. New_Moon dedi ki:

    Anam olsan belə, ay anam, xeyli,
    Səndən gileyliyəm, səndən gileyli…
    Sən duymaq, dьşьnmək цyrətdin mənə,
    Duyub-dьşьnməkdən azad olaydım.
    Danışmaq цyrətdin sən цz kцrpənə
    Nola, mən anadan lal doğulaydım. cry Superdi Sagolun Bu Sozler menede Aiddi applause

  4. BuBLiK dedi ki:

    сагол гага юклирям))

  5. L_U_N_A_T_I_K dedi ki:

    Dьnyanı biləndən, duyandan bəri
    Mənim gцzlərimdən dьşьb həyat da.
    Nağılda gцrdьyьm qorxunc şeyləri,
    Həyatda gцrmьşəm, anam, həyatda.

    qaqam dogurdanda super seir idi cox sagol

  6. BadBoy dedi ki:

    Cox sag Ol Senani Gagam Minnetdaram Allarin Agrimasin…

  7. Single Girl dedi ki:

    chox gozel weirdi cox xowum geldi ellerine saglik dostik

  8. qeribelik dedi ki:

    SAG OL SENANİ

  9. Avtosh_227 dedi ki:

    New_Moon,
    nigulik,
    L_U_N_A_T_I_K,
    Single Girl,
    qeribelik,


    deymez.siz sagolun yazdiginiz reyler ucun?

  10. Suphenallah dedi ki:

    sadece cox sag ol

  11. DaviDoFF dedi ki:

    he qaqashim kecdun yene deyesen a sheire =)) cox saol xebere gore..

  12. Lindsay_Lohan dedi ki:

    Ana, quduzlaşır həyat, ilbəil,
    Dalayır puз olan ьmidlərimi.
    Niyə isti deyil, mehriban deyil
    Bu amansız həyat qucağın kimi?..
    Hardasan, ay ana, bir gəl, mən yenə
    Bəlalı başımı qoyum dizinə.
    Mənə nağıl danış, dayansın anlar,
    Gцrьm, nağıldakı o qəhrəmanlar
    Cьtbaşlı divləri nə təhər yıxır,
    Nə təhər gizlənib, tilsimdən зıxır.

  13. BalaM dedi ki:

    Avtosh_227 sagol dosi

  14. _Aynur_ dedi ki:

    Fikirlər yığılır beynimdə qat-qat,
    Cavablar qorxulu, suallar-yasaq.
    Həyatı qanana цgeydir həyat,
    Onu qanmayana doğmadır ancaq.

    Cooox saq ol dostik

  15. Cristi dedi ki:

    Dьnyanı biləndən, duyandan bəri
    Mənim gцzlərimdən dьşьb həyat da.
    Nağılda gцrdьyьm qorxunc şeyləri,
    Həyatda gцrmьşəm, anam, həyatda. applause

    COXXXXXXXXXXXX SAGOL QAQAW

  16. rihanna dedi ki:

    Dьnyanı biləndən, duyandan bəri
    Mənim gцzlərimdən dьşьb həyat da.
    Nağılda gцrdьyьm qorxunc şeyləri,
    Həyatda gцrmьşəm, anam, həyatda…………
    cox sagol dostik.

  17. bdu_sep dedi ki:

    Məni incidirlər bəzən qəsd ilə,
    Ertəsi hər şeyi unuduram mən.
    Girəvə dьşəndə zalimə belə
    Zьlm edib, kam almaq gəlmir əlimdən.


    applause

  18. reyhan dedi ki:

    bax buna deyerem weir superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr qaqaw eladir !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! applause

  19. Admin dedi ki:

    Yuklkeyirem yuklemesem duz cixmaz..Heqiqetende Bextiyar Bahabzadenn weirleri dehwet xoshuma gelir mena var sozlerde…

  20. QeMLi AuS(( dedi ki:

    SAGOL DOSTIK EN COX SEVDIYIM WAIRDI COX SAGOL ALLAH RAZI OLSUN

  21. Crazy dedi ki:

    cox sag ol dostik