Heçnəyə baxmayaraq gözləyirəm səni…

He231;n601;y601; baxmayaraq g246;zl601;yir601;m s601;ni...
Kimsənin yoxlugu bu qədər qorxutmadı məni..Özümü çətin günlərin insanı sayıram artıq.Çünki sən yoxsan….Özümü yarım hiss edirəm və sən məndən uzaq oldugun qədər mən tam ola bilməyəcəm.Dərdlənmə deyəcəksən,dərdlənmirəm.Sadəcə özümdə ümid qırıntılarından başqa heçnə görmürəm.
Harda oldugunu bilmək və dönəcəyin ümidilə yaşamaq da aldatmır məni.. Hər səhərə sənsiz oyanmaqdan, hər günün sənsiz keçməsindən qorxuram artıq. Buna görə oyanmaq istəmirəm “yatdığım yuxular” dan. Və gecələr… Nə ulduzları görürəm nə də gecənin səsini eşidə bilirəm. Saniyələrin nə qədər bitməz olduğunu görürəm, çaşıram. Zamanı bu qədər keçməz edən sənsizliyə lənət edirəm. Bildiyim bütün həsrət mahnılarını ard arda əlavə edib söyləyirəm,Səsimi özüm belə eşitmirəm…..Kədərlərlə qərq olub gedirəm.. Ertəsi gecə bir dəfə daha… Hər gecə eyni kədər… Səndən bir iz görəcəyəm deyə küçələrə çıxmıram artıq. Bu şəhərin hər yerində sən varsan, bilirəm və heç bir künc başından çıxmayacaqsan üstəlik.Yalnız sən varsan mənimlə,yaşanıb gedirsən mənimlə birlikdə.Amma heç görmədi gözlərin gözlərimdəki kədəri ,qəmi..Ən çox acı verən budur.Məsafələr qovuşmaga imkan vermir.Səni gördüyüm an tək istəyim zaman dayansın. Yaşamaqsa yaşayıram əlbəttə şairin dediyi kimi “səndən uzaq olduqdan sonra harada olsa yaşayır insan” yoxluğunu qəbul etmək belə çətinkən heç olmamaq ehtimalını düşünə bilmirəm belə. Gün doğulur, gecə bitir.
Təbiətdəki hər canlı yeni bir səhərə oyanır, hər şey canlanır.
O sevdiyin göyərçinlər belə qanad çırpıb yeni bir günü müjdələyir mənə.
Mən isə oyanmaq üçün səni gözləyirəm, yalnız səni…
Gözlərinə baxmadan, gülüşünlə oyanmadan başlayan bir günü, gün saymıram mən.
Sənin səsini eşitmədən, sənin qoxunu hiss edə bilmədən başlayan yeni bir gün köhnəsindən fərqsiz keçir mənim üçün. Səninlə başlayıb, səninlə də bitəcək bu ömür.
Səninlə güldü ,sənsiz ağlamasın bu gözlər.

Gözləyəcəyəm səni, çətin olacaq, çox çətin olacaq amma gözləyəcəyəm.

Bu yarım ürəyimin digər yarısı yəni sən…
GƏLƏCƏKSƏN DEYİLMİ?

balaca

Şərhlər:

  1. DaviDoFF dedi ki:

    cox saol xebere gore.. axsham vaxt olan kimi oxuyacamda..

  2. reyhan dedi ki:

    saq ol maraqli idi twk applause applause applause

    reyhan,
    agla heyat davam edir insanlar geride galmagi xowlayir!!!!!!!!!!!!!!!!!!

  3. BadBoy dedi ki:

    gagam cox sag Ol…

  4. Melekcik dedi ki:

    4ooox qeweng sozlerdi tewekkurler

  5. Single Girl dedi ki:

    chox gozel xeberdir ellerine saglikk sevgi xeberlerin superrrrrrrr

  6. Leonel-207 dedi ki:

    sadece ela hemishe demishem senin sevgi xeberlerin tam ayridir… shekil secimide superdir…..cox sag ol…..

  7. Admin dedi ki:

    Ayda Şəkil çoxxx super düşüb((( Əla şəkildi…

    Xəbərə gəldikdə isə MƏN ARTIQ HƏYATDAN HEÇNƏ GÖZLƏMİRƏM…

  8. aznetin_gozeli dedi ki:

    Gozle geleceyem qurbanin olum, gozle geleceyem heyranin olum..Mahnimiz yadima dusdu.
    thanks

  9. Avtosh_227 dedi ki:
    eh qaqam.sende doymadin ee bu sevgi xeberleriden.cox sagol.eziyyetine gore…
  10. АнгелоЧек dedi ki:

    Geden adam hec vaxt geriye donmez
    Onun yeri heз vaxt qelblerde sonmez

  11. Lindsay_Lohan dedi ki:

    belediki gozlemelisende cunki sevirem demisen