ROYA

ROYA

– Fanatlarla görüşünüzdə mühafizəçilərin canfəşanlığı, postunu möhkəm tutmağı nəzərimdən qaçmadı. Əlçatmaz olmaq üçün mühafizəçilər vacibdir?

– Məncə vacibdir. Bunu siz də yaxşı bilirsiniz. Mən axı adi günlərdə tək gəzirəm. Körpəmlə düşüb sərbəst gəzirəm. Amma iş vaxtı olanda mühafizəçilər fanatları çəksinlər kənara, əyləşdirsinlər. Normal, sakit mühitdə əyləşə bilim. Təsəvvür edin ki, burda mühafizəçilər olmasaydı, hamı yığılacaqdı, sizə də müsahibə verə bilməyəcəkdim.

– Son vaxtlar mətbuatla dostluğunuz açıq-aydın hiss olunur. Operativ işləyirsiniz.

– Əlbəttə. Mən onları söymürəm. Qapımdan qovmuram.

– Nisbətən yaşlı nəsil müğənnilərin özlərini mətbuatdan uzaq tutmağa çalışdığı bir vaxtda dostluğa başlamısız.

– Mən də mətbuatla çox ünsiyyətdə olmuram.

– Amma işçi qrupunuz əməkdaşlıq edir.

– Hə, o başqa məsələ. Əslində mənə də elə gəlirdi ki, mən də mətbuatdan uzağam. Adam utanır medianı çox yaxına buraxmağa. Mənə deyirlər ki, sənin xəbərin var, müğənnilər gecələr oturub jurnalistə “sms” yazır – “darıxmışam səninçün, səni görmək istəyirəm”. Nə var ki, jurnalist onu yada salıb haqqında nəsə yazsın. Düzdü, tanışlıq etdiyim jurnalistlər var. Amma gecə-gündüz oturub “sms” yazım, yox! Öldür məni, narahat edə bilmərəm.

– Bu hələlik tələb olunan müğənni olduğunuzdan irəli gəlir. İrəlidəki illərdə o müğənnilərin aqibəti gözləmir ki?

– Yoox… Heç vecimə də olmaz. Mən həyata tam başqa gözlə baxıram. Mənim vecimə də olmaz. Şəxsi həyat, ailə! Təsəvvür eləmirsiniz ki, mən necə həsrətlə 30-35 yaşlarımı gözləyirəm. Ondan sonra mən həyat yoldaşımla, balalarımla yaşamalı olacam. Əslində indi iki tərəf – sənət və ailə üçün yaşayıram. O yaşdan sonra mənə ancaq ailə maraqlı olacaq. Bir söz deyim. Əvvəllər mən də bu fikirlə razı idim ki, sənətimi ailəmə qurban vermərəm. Bax, bu gözəl sənətim qurban olsun ailəmə! Bu gün sənət var, media sənə hörmət edir, sabah etməyəcək. Fanatlar bu gün var, sabah olmayacaq. Amma mən yatanda yastığımın yanında biri də olacaq, o da həyat yoldaşımın yastığı.

– Əvvəlki çılğın Röyanın yerinə indi həyatı daha dərindən dərk etməyə başlayan Röya gəlib.

– Siz istərdiniz ki, mən həyatı dərk etməyim? (Gülür). Üç ildir ailəliyəm, bir dənə də uşaq anasıyam. İstəyirsən hələ də uçum göylərdə? (Gülür)

– Mən istəmədiklərimdən yox, gördüklərimdən danışdım. Sadəcə daha sakit və təmkinli gördüyümü demək istəyirəm.

– Hə, təmkinli olmuşam.

– Misal üçün dünənə qədər müsahibələrinizdə oxuyurduq ki, “mən Aygün Kazımova ilə barışmayacağam”. Bu gün isə tamam ayrı fikir eşidirik.

– Barışmaq deyəndə ki, mən heç kimlə öpüşüb-görüşməyə hazırlaşmıram. Nə də evinə gedib dostluq etməyi… Sadəcə dedim ki, bu söhbəti bağlayaq da… Mümkün deyil ki, kimsə kiməsə nəyisə qadağan etdirsin, Bakı şəhərindən qovdursun. Bəlkə də kiməsə bunu etmək olar, amma mənə edə bilməz. Həmçinin mən də ona. Çünki siz də yaxşı bilirsiz, hamı da yaxşı bilir, ikimizi də sevib qəbul ediblər. Və xoşagəlməz hadisələrin baş verməsi adamı hörmətdən salır. Mən artıq başa düşürəm. Çünki indi başqa mühitin içindəyəm. Müzakirələr gedir, onlar özləri məyus olurlar. Deyirlər səni də çox istəyirik, onu da. Niyə belə edirsiniz? Başqaları edir, bizim vecimizə deyil. Lakin siz bizə toxunursunuz.

– Bu bilirsiniz nəyə bənzəyir. Kriminal aləmdə belə söz var – qatı açılmamış cinayət. Hansısa məhkəmə işi qovluqda bağlı qalır… Atəşkəsin, bağlı qovluğun səbəbkarı Faiq Ağayev deyil?

– Yox. Media zarafat etdi, sonra gəldi mənə dedi.

– Çünki sizin münasibətləriniz barəsində ən son fikir Faiq Ağayevdən gəldi.

– Yox, o məsələdən sonra Faiq Ağayevi görməmişəm və bu barədə ümumiyyətlə biz danışmamışıq. Yəqin o da belə istəyir, bunu görə də belə deyib. Lakin heç bir təzyiq və məsləhət verməyib. Bunu özüm belə istəmişəm.

– Sənət aləmində kiminsə sözü sizin üçün keçərlidi? Məsləhət verən böyük bacı, böyük qardaş var?

– Nə bilim. Məncə yox. Mənə kimsə sənətdə məsləhət verə bilər? Qətiyyən. Nə ağlıma gəldi, onu da deyəcəm. Desələr də burdan qulaq asıb, ordan öz bildiyimi deyəcəm. Mənə elə gəlir belə məsələlərə ən çox Mədəniyyət və Turizm Nazirliyi nəzarət etməlidir. Onların nəzarətindən ki çıxdı, hamı başlayır saçyolduya.

– Fanatlarla görüş Azərbaycanda ənənəvi olmayan tədbirdi. Bu “mən seçilirəm, mən fərqliyəm” mənasını vermir?

– Mən hamıdan fərqliyəm. Çünki güclüyəm. O qədər qızlar var ki, məhəbbətə görə sınıblar. Mən güclüyəm. Bəlkə də kimlər üçünsə nümunəyəm. Mən çox yaxşı övlad, çox yaxşı bacıyam. Çox güclü, çox yaxşıyam. Birinciyəm.

– Bəs sizin şəxsi gəminizdə fanatlarla görüş nə vaxt olacaq?..

– Fanatlarla yox, dostlarımızla olacaq. Yayda söz vermişik ki, dostlarla gəzintiyə çıxaq. Biz bu haqda dünən evdə danışmışıq, siz hardan bilirsiz?

Cristi

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    Bunu qezetlerin birinde oxumuwdum..Halaldir ROYA!!! duzgun secimdir

  2. Cristi dedi ki:

    BEYENDIYINIZE SEVINDIM. COX SAG OLUN hello

  3. rihanna dedi ki:

    Xebere gore cooox saq ol

  4. Single Girl dedi ki:

    xowum gelir royanin mahnilarindan ellerine saglik bunu oxumuwdum

  5. Avtosh_227 dedi ki:

    cox sagol.roya superdir…royaya soz ola bilmez…

  6. Gulush_bdu dedi ki:

    Ozunu yox mahnilarini cox beyenirem!

  7. _Aynur_ dedi ki:

    Xebere gore cooox saq ol baciwkam ellerine saqliq.

  8. BadBoy dedi ki:

    Dostik Cox sag Ol….

  9. BuBLiK dedi ki:

    сагол бацышка opucuk

  10. New_Moon dedi ki:

    Cox sagolun AZERBAYCANDA YEDINLI mugennidi >>ROYA<<twk____________________
    _________________________________________________________________________
    _________________________________________________________________________
    ================ISLAM is the future ===========================
    _________________________________________________________________________
    _________________________________________________________________________

  11. Leonel-207 dedi ki:

    ROYANIN mahnilarini hedden artiq cox xoshlayiram..supppperdir seside mahnilarida ozudeki goz qavagindadir.xebere gore cox sag ol….

  12. DaviDoFF dedi ki:

    Royanin maxnilarina soz ola bilmez amma ozu day nelerden cixmiyib googlede roya yaz goreceksen =))

    cox saol bunu bazada oxumuwdum

  13. МиниК_Сердце dedi ki:

    МНЕ НЕ НРАВА рОЯ