Cinler haqqinda

Cinler haqqinda

Gözə görünməyən məxluqların böyük hissəsini cinlər təşkil edir. Bunlar baş gözüylə görünməyən şüurlu varlıqlardır. Atəşdən yarandıqları Quranın ayələrindən məlumdur. Cinlər iradə və zəka ilə birlikdə bir sıra başqa xüsusiyyətləri ilə insana bənzəyirlər. Yer üzünün insanlardan sonra ən mühüm sakinləridirlər. Kainatda insanlardan əvvəl cinlərin yarandığı, imtahana tabe olduqları, üsyan etmələri səbəbiylə bir qisminin məhv edildiyi də ayələrdən məlumdur. Qurani Kərim onların da kitabı olub, Peyğəmbərimiz həm insanlara, həm də cinlərə vəzifələndirilmişdir. Cin surəsi ilə bir qrup cinin Peyğəmbərimizə doğru gələrək necə müsəlman olduğu anlatılır. Həzrət Ömərin rəvayətinə görə Qəza Hamə adlı bir cin Peyğəmbərin yanına gələrək iman etdiyini orada olan insanlar görmüşdülər.

Cinlərin kafir və günahkar olanları da vardır, bunlara şeytan deyilir, ataları iblisdir(el arasında “cin ayrı, şeytan ayrı” misalı da elə bundan götürülmüşdür). Hz. Adəmə sitayiş etməyərək Allaha üsyan etmiş, işi insanları və həmcinsləri olan cinləri haqq yolundan yayındırmaqdır.Necə insanlar içində yolunu azmışlar varsa, cinlər arasında da belələri var.

Cinlər də heyvanlar kimi cürbəcür olurlar. Azğınlarına ifrit adı verilmişdir, bunların yer altında məskənləri olduğu bir çox mənbələrdə göstərilmişdir. Cinlərin bir qismi insanlara bənzəməklə yanaşı, bəzi cəhətlərinə görə çox fərqlidirlər. Hər şeydən əvvəl uzun ömürlüdürlər, müxtəlif şəkillərə girə bilirlər. Təqlid etmə qabiliyyətləri mükəmməldir. Bəzi alimlər cinlərin erkək və dişi olaraq iki cinsli olduğunu söyləyirlər. Digər alimlər isə onların cinsiyyətinin olmadığını, sadəcə erkək və dişi kimi görünə bildiklərini qeyd edirlər. Toplum şəklində yaşayırlar. Müsəlman cinlər ibadət və itaətlə yaşadıqları halda, digər şeytanlaşmıs cinlər üsyandan geri qalmazlar. Ruh çağırma deyilən fal masalarında çağırışa gələn elə bu şeytanlaşmış cinlərdir. Zəkaları, qüvvətli yaddaşları, zaman və məkan anlayışından bir dərəcə azad olmaları, üstün təqlid qabiliyyətləri bu işdə onlara yardım edir. Buna baxmayaraq ümumi müqayisədə cinlər insanlardan üstün deyillər. Əksinə, insanlar daha mükəmməl yaradılmışlar. Cinlər insanlardan aldığını yenə insanlara satarlar.Cinlərlə təmasın tarixi insanlıq tarixi qədər qədimdir desək, mübaliğə olmaz. Keçmişdə bu cür təmas quran kimsələrə kahin və ya cinçi deyirdilər. Onlar bir və ya bir neçə cinlə əlaqə yaradar, onlardan xəbərlər alar, öyrəndiklərini digər insanlara çatdırardılar. Cinlər bəzən səmaya qalxar, mələklərdən gələcəyə aid xəbərlər almaq üçün qulaq oğurluğu edər, aldıqları məlumatı kahinlər vasitəsilə insanlara çatdırardılar.İndiki ruh cağıran falçıların vəziyyəti elə bu kahinlər kimidir. Fərq odur ki, kahinlər əlaqə yaratdıqları adamların cin olduğunu bilirdilər, amma , falçılar isə bunu da bilmirlər.

Peyğəmbərimizin dövründə səma yolları qapandı, cinlərin səma ilə əlaqəsi kəsildi. “İstədik göyə çıxaq, yanar odla sılahlı, güclü keşikçilərlə(mələklərlə) dolu gördük biz göyü. Göyə qulaq vermək üçün( mələklərin söhbətini eşitmək üçün) göyün bəzi yerlərində yer tutub oturardıq. İndi göyün söhbətini kim dinləmək istəsə ona tuş gələcək bir alovla rastlaşar. Şərmı istənilmiş yer üzündə olanlara,xeyirmi diləmiş Rəbbi onlara, bilmərik. Aramızda yaxşılar da var, pislər də. Ayrı-ayrı yolların yolçularıyıq. İndi anlamışıq, yer üzündə qalsaq belə, başqa məkana qaçsaq belə aciz qoya bilmərik biz Allahı. Doğru yolu nişan verən Quranı dinləmişik, ona iman gətirmişik.” Cin surəsi, ayələr 8-13.

Diqqət Diqqət !!! Bu videoya baxmazdan əvvəl 3 dəfə BİSMİLLAHİR RAHMANİR RAHİM deyin.Qurtarandan sonra isə bir stəkan su için !!!

Badi_Seba

Şərhlər:

  1. Cristi dedi ki:

    MEN INANIRAM BACIW. COX QORXDUM shock EZIYYETE GORE SAGOL

  2. Single Girl dedi ki:

    Sitat: badi_Seba
    Single Girl,
    baxmasan yaxwidi amma cox qorxuludu…men baxdim bawim agridi..hemde cox qorxdum…qorxmayanlar baxa bilerler


    az axwam sen nece yatmisan??yuxunda cin gormemisen?:)))

    aaa video indi gorsendi men buna telde baxmiwam cin girir bunun bedeninede duzdu??

  3. BadBoy dedi ki:

    Cox sag Ol Baxmayacam Meley Yenede Cox sag Ol….

  4. Badi_Seba dedi ki:

    Sitat: Single Girl
    az axwam sen nece yatmisan??yuxunda cin gormemisen?:)))


    azz yatmiwamki cinde gorem…qorxumnan sehere ki hec gozumu qirpmamiwamki birden cin geler bash

    Sitat: Single Girl
    aaa video indi gorsendi men buna telde baxmiwam cin girir bunun bedeninede duzdu??


    aha duzdu eledi…dehwetdi… scare

  5. DaviDoFF dedi ki:

    axsham baxacam =))
    cox saol xebere gore..

  6. girl_from baki dedi ki:

    men baxacagam cox sag ol

  7. Lindsay_Lohan dedi ki:

    baxdim amma qorxmadim

  8. Tix_Tix_Xanim dedi ki:

    Allah komeyi olsun

  9. Black_Boy dedi ki:

    Allahu Ekber Bu haqdir men buna inaniram cunki bizim muqeddes kitabimizda da bele bir aye var ki "Biz cinleri ve insanlari Allaha ibadet elemey ucun yaraddiq"

    Beli ey millet cinler var ve onlar haqdirlar xebere gore ise minnetdaram

  10. Avtosh_227 dedi ki:

    Sitat: SEVQILIM
    oyyyyyyyyy mamaaaaaaaaaaaaacaaannnnnnn


    happy

    ade ne olub size?biraz urekli olun daa.cindir dee.ne var ki burda?bunda qorxulu ne var? happy men baxdim videoya eksine men oldum burda gulmekden. happy ne ise…qoraqlar happy tewekkurler xebere gore..

  11. Single Girl dedi ki:

    meley meni bagiwla ama baxa bilmerem qorxuram:((((((((((

  12. Badi_Seba dedi ki:

    Single Girl,
    baxmasan yaxwidi amma cox qorxuludu…men baxdim bawim agridi..hemde cox qorxdum…qorxmayanlar baxa bilerler

  13. Suskun-Ruh dedi ki:

    )))kohne dervisemm cehhenemnen gelmisemm ?)))) Cinn gORMUS MENI GORMUS NEMENI GORMUS NE TAFORTU VARR ))) CINERE QARSHII MUNASIBETIMM YAXSIDI ))

  14. aylin dedi ki:

    Cox maraqlidir ellerine saglik amaki,,, men bburda videonu gormedimeeeeeeeeeeeeee

  15. SEVQILIM dedi ki:

    oyyyyyyyyy mamaaaaaaaaaaaaacaaannnnnnn sweated

  16. АнгелоЧек dedi ki:

    not_i scare aaaaaaaaa

  17. Leonel-207 dedi ki:

    eziyyete gore cox sag ol….amma baxa bilmedim……..

  18. alone-boy dedi ki:

    baxa bilmedim… stop