5 yaşı tamam olan “You tube” ilə daha yaxından tanış olun

alt

İngiliscədən tərcümədə “You” – sən, “Tube” isə boru mənasını verən,
mənaca tərcüməsi isə “sənin internetə çıxış vasitən” kimi səslənən bu
xidmət, 2005-ci il fevralın 15-də, Kaliforniyada fəaliyyət göstərən
“Paypal” şirkətinin üç keçmiş işçisi tərəfindən yaradılıb. Onlar bu
xidməti yaratmaq məqsədilə, ötürülən materilların kiçik həcmdə yaxşı
keyfiyyətinə malik olmaq üçün istifadə olunan “Flash Video”
texnologiyasından istifadə ediblər.

2006-cı ildə “YouTube”,
“Quql” (Google)
şirkətinə, 1,65 milyard dollara satılıb. Layihəyə
2005-ci il aprelin 23-də yerləşdirilən ilk video, bir ailənin zooparkdan
çəkdiyi 18 saniyəlik həvəskar video olub. Hal-hazırda “YouTube”-a hər
dəqiqədə 20 saatlıq video yüklənir. Yaxın zamanlarda bu rəqəmin 24 saata
çatacağı bildirilir. Yəni, “YouTube”-a bir dəqiqədə 1 günlük görünüş
yüklənəcək. Bu videoların müddəti isə 34.560 saata, yəni 1440 günə (4 il
uzunluğuna) bərabər olacaq.

alt

Bu yaxınlarda bu xidmətdən hər gün
istifadə edənlərin sayının 1 milyard nəfərə çatdığı məlum olub. Hazırda
dünyanın ən populyar video-hostinqi və istifadəçilərinin sayına görə
dünyada üçüncü saytdır. Saytda professional videolarla yanaşı, həvəskar
videoları, o cümlədən video-bloqlar da yerləşdirilib. İstifadəçilər bu
və ya digər videoya tamaşa edə, yeni video əlavə edə və ya
yerləşdirilmiş videoları şərh edə bilər.

Hazırda bu xidmət dünya
mediasında da olduqca önəmli rola malikdir. Bir çox media-şirkətləri bu
xidmətdə öz akkauntlarını yaradır, öz məhsullarını bu xidmət vasitəsilə
reklam edirlər. Xidmətə məxsus “Memo” statusuna malik video-çarxları
tez-tez xəbər reportajlarında da görmək mümkündür.

alt

alt

Deyerler.Org


Black_Boy

Şərhlər:

  1. BuBLiK dedi ki:

    спасибо братишка)))

  2. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  3. АнгелоЧек dedi ki:

    tesekkurler

  4. girl_from baki dedi ki:

    cox sag olasan,maraqli idi

  5. Leonel-207 dedi ki:

    xebere gore cox sag ol maraqli xeber idi qaqam….

  6. Suskun-Ruh dedi ki:

    MARAQLIDI GORESEN GELIRLERII TER TEMZ NEQEDERDI?

  7. SEVQILIM dedi ki:

    OQO dash MARAQLI XEBER IDI COK BEYENDIM

  8. Cristi dedi ki:

    SAG OL QAQAW.BUNA OXWAR BIR BAWQA XEBER GORMUWEM. angel

  9. BadBoy dedi ki:

    Cox sag Ol … Tebrikler…

  10. Single Girl dedi ki:

    men bundan istifade ede bilmiremdee:(((((((((

  11. Avtosh_227 dedi ki:
    qaqam eziyyetine gore cox sagol.men bu xeberi oxumuwam bawqa saytlarin birinde.cox sagol..
  12. Lindsay_Lohan dedi ki:

    super sayitdi mende videolar yerlesdirirem