Quru saçlarla mübarizə

Quru sa231;larla m252;bariz601;

Əgər saçlarınız qurudursa, heç də həvəsdən düşməyə dəyməz.

Lent.az-ın məlumatına görə, mütəxəssislər saçlarda quruluğun əmələ gəlməsinin bir neçə səbəbi olduğunu deyir. Amma çox hallarda bu işdə günahkar elə saç sahibi özü olur. Çünki tez-tez rəngləmələr, isti fendən istifadə, saçların qeyri-düzgün daranması onları quru və tez qırılan edir. Quru saçlar elastik olmur, onları daramaq da çətinləşir. Saçın ucları həmişə qırılır, çox zaman kəpək olur.

Quru saçlardan qurtulmaq üçün çalışın saçınızı təbii yolla qurudasınız. Saçları ilıq su ilə yuyun. Tərkibində E vitamini olan şampunlardan istifadə edin. Saçınızı daha da qurulaşdırmamaq üçün onları 8-12 gündə bir dəfə yuyun. Yuduqdan sonra yaxşı olar ki, onları çobanyastığı dəmləməsi ilə yaxalayasınız. Suya limon suyu əlavə edərək quru saçlarınıza parıltı verə bilərsiniz. Onları yaxşı çalınmış yumurta sarısı ilə də yuya bilərsiniz. Bunun üçün qarışığı saçınıza çəkin, masaj edin, sonra isə onu soyuq su ilə yuyun. Bəzi hallarda saçı turşumuş südlə də yumaq olar. Onu kifayət qədər miqdarda saçınıza çəkin, 10-15 dəqiqədən sonra ilıq su ilə yuyun. Plastmas qabda belə bir qarışıq hazırlayın: 2 yumurta sarısı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı mayonez, xırdalanmış 2 böyük baş sarımsaq (o, kəpəyi yox edir), 2 xörək qaşığı ayıpəncəsi yağını qarışdırın. Alınan qarışığı saçınıza çəkin. Plastik papaqla və dəsmalla örtün. Bir saatdan sonra yumşaq şampundan istifadə edərək yuyun.

Qeyd edək ki, quru saçlara maskalar və düzgün qulluq etməklə bərabər həmçinin, düzgün qidalanmanıza da fikir verməlisiniz. Əgər saçlarınız qurudursa, o zaman sizin öz qidalanma rasionunuz olmalıdır. Bunun üçün müxtəlif qozlar yeyin, onların tərkibindəki yağ turşuları saçınıza parıltı verməyə kömək edəcək. Həmçinin, çoxlu çiy tərəvəz və meyvədən çox istifadə edin. Hər gün müxtəlif salatlar düzəldin, üzərinə zeytun və ya günəbaxan yağı əlavə edin. Qarğıdalı yağı məsləhət görülmür. Pendir və yoqurtların az yağlısını seçin. Duzdan istifadəni minimuma endirin. Treska balığının qaraciyərini vitamin E ilə birlikdə istifadə edin. Həmçinin, vitaminlərin xeyrini də unutmayın, xüsusilə də payız-yaz aylarında. Pəhrizlərə aludə olmayın. Yadda saxlayın ki, düzgün qidalandıqda orqanizminiz bütün lazım olanları qəbul edəcək, saçlarınız daha sağlam və gözəl görünəcək.

Cristi

Şərhlər:

  1. SEVQILIM dedi ki:

    heart UXX TIIIIIIIIIIIIIIII MARAXLI MOVZU UCUN COK SAG OLUN ,OXUDUM COK LAZIMLI MOVZUDU.AVTORA TEWEKKUR heart

  2. bakili balasi dedi ki:

    COOX SAG OL

  3. Cristi dedi ki:

    BEYENDIYINIZE SEVINDIM. CALIWACAM YAGLI SACLAR UCUNDE MUBARIZEYE AID BIR MOVZU QOYUM. THANK YOU hello

  4. Lindsay_Lohan dedi ki:

    tesekkurler

  5. Leonel-207 dedi ki:

    eziyyete gore cox sag ol….

  6. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  7. Cristi dedi ki:

    Lindsay_Lohan(SAGOL DOSTIK)
    Leonel-207(SAGOL DOSTIK)
    DaviDoFF( SAGOL QAQAW)

    REY VERIB OZ FIKRINIZI BILDIRDIYINIZ UCUN SAG OLUN flower

  8. МиниК_Сердце dedi ki:

    SOGLASNA BUBLIK

  9. Бакинка dedi ki:

    cox saol xebere gore.. give_rose

  10. Melekcik dedi ki:

    tewekkur xebere gore

  11. qeribelik dedi ki:

    thank you

    sag ol

  12. L_U_N_A_T_I_K dedi ki:

    menim saclarim yagli saclardi olarnanda mubarizeni yazardizda zehmet olmasa oldum her gun seher cimib ise getmeyden :)))

  13. Avtosh_227 dedi ki:
    tewekkurler xebere gore.cox sagol.ellerin var olsun….
  14. BuBLiK dedi ki:

    сагол быцышкам opucuk полезная информация)

  15. _Aynur_ dedi ki:

    Cooooox saq ol baciwkam ellerine saqliq lazimli melumatdi tewekkurler

  16. Suphenallah dedi ki:

    EWI BU GN YUYURAM SABAH QARGIDALI YAGI AXIR BASIMDAN
    DEHWET YAGLANIRE NE QEDER BAS YUMAQ OLAR BASIMDA BALIQ YASAYAR BELE GETSE

  17. BadBoy dedi ki:
    Xebere Gore Tewekkurler applause
  18. Crazy dedi ki:

    Sitat: Suphenallah
    BASIMDA BALIQ YASAYAR BELE GETSE


    mosking xaxa
    Xebre gore tesekkur

  19. BalaM dedi ki:

    Cristi sagol tatlim xebere gore give_rose

  20. merry-girl dedi ki:

    Cekduyun eziyyetcun cox saol.